Məhkəmə qərarları › İş №3(3-7)-576/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-576/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-576/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinməsinə dair verdiyi şikayətin təmin edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Gəncə şəhər BPI-nin DYPŞ-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Babazadə Ülkər) ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Gəncə şəhər BPI-nin X1 Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından Gəncə şəhər BPI-nin DYPŞ-nin nümayəndəsi tərəfindən şikayət verilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada inzibati xəta haqqında qərar qəbul etmiş şəxsə məlumat verilməmiş və məhkəmə iclasına sübutlar təqdim edilmədiyi üçün işə tək tərəfli baxış keçirərək qərara xitam verilmişdir. Odur ki, videodiskdə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi «Ford Fusion» markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillə məcburi hərəkət nişanı olan 4.1.2 “sağa hərəkət” nişanının tələbini pozaraq və eyni zamanda üfüqi nişanla xətlərinin tələblərinə riyaət etməyərək sola 28 May küçəsinə dönməsi aşkar sürətdə həmin qayda pozuntularını törətməsi görünür. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, hadisə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi 28 may prospekti bina 16-nın qarşısında avtomobilini saxladığı zaman yol polisi əməkdaşları onun arxasınca gəlib ona yaxınlaşaq qeyd edilən inzibati xəta hadisələrini törətdiyini bildirmişlər. Bununla bağlı polis əməkdaşı heç bir görüntünü ona təqdim etməmişdir. Hesab edir ki, əsassız cərimə olunmuşdur. Inzibati xətanı törətməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə protokolu tərtib etmiş R Ramin Bağırova rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında üzrlü səbəb olmadan iştirak etməmiş, eyni zamanda məhkəmə iclası zamanı məhkəmə iclas katibi tərəfindən mobil telefon vasitəsi ilə R.Bağırov ilə əlaqə saxlanılaraq hazırki iş üzrə sübutların təqdim edilməsi zərurətinin ona bildirməsinə baxmayaraq, R Ramin Bağırov hazırki iş üzrə sübut təqdim edə bilmədiyini, həmçinin işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə və qərar qəbul edilməsinə etirazının olmadığını göstərmişdir. Bununla da məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən protokolu tərtib etmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 327.1-ci və 327.2-ci maddələrinin tərkib əlamətlərinin olub-olmaması istiqamətində səlahiyyəli inzibati orqan tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə əsaslı mötəbər sübut təqdim etməmiş, ümumiyyətlə hazırki iş materialında olan sənədlərlə Qərardan şikayət verən orqan (şəxs) əməlində qeyd edilən inzibati xəta əməllərini törətməsini təsdiq edən mötəbər sübut yoxdur. Eyni zamanda səlahiyyətli inzibati orqanın inzibati protokolu tərtib edən R Ramin Bağırov apellyasiya şikayətinin dəlillərində Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 327.1-ci və 327.2-ci maddələrinin tərkib əlamətlərinin olmasını təsdiq edən videogörüntülərdə əks olunduğunu qeyd etsə də, həmin videogörüntüləri nə apellyasiya şikayətinə əlavə etməmiş, nə də ki məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən ziddiyətli xüsusatların aydınlaşdırılması məqsədilə ## ###### 2026-cı il tarixdə məhkəmə iclası zamanı məhkəmə iclas katibi tərətindən mobil telefon vasitəsi ilə inzibati protokolu tərtib edən R Ramin Bağırov ilə əlaqə saxlanılaraq ona hazırki iş üzrə zəruri sübutların təqdim edilməsini bildirilmiş, lakin o, şifahi şəkildə onun iştirakı olmadan qərar qəbul edilməsinə etiraz etmədiyini göstərmişdir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, IXM-nin 8-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla səlahiyyətli inzibati orqanın, yəni Gəncə şəhər BPI-nin DYPŞ-nin üzərinə qoyulsa da, səlahiyyətli inzibati orqan tərəfindən hazırki iş üzrə Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 327.1-ci və 327.2-ci maddələrinin tərkibinin olması ilə bağlı ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunsa da, onun FORD FUSION MINIK markalı **SK*** dövlət qeydiyyat markalı, nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi.yol nişanlarının tələblərinə riayət edilməməsi, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə 327.2-ci dönmə qaydalarının pozmasını təsdiq edən videogörüntü, fotoşəkil və ya digər mötəbər sübut IXM-nın 76-cı maddəsinin tələbinə müvafiq təqdim olunmamışdır. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinməsinə dair işdə hər hansı bir mötəbər sübut yoxdur, bütün qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə düzgün və qanuni nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar