Məhkəmə qərarları › İş №3(3-7)-577/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-577/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-577/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Həsənova Nəzirə Altay qızının katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) X1 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət ərizəsinin geri qaytarılması barədə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 (min) manat cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan ##.##.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə şikayət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli (sədrlik edən Elçin Məmmədov) qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsinin, ona əlavə edilmiş sənədlərlə birlikdə Qərardan şikayət verən orqan (şəxs) geri qaytarılması qərara alınmışdır. Həmin qərardan inzibati tənbeh edilmiş şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini və qərardan şikayət verilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli surətdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Materialdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin elektron qərarı ## ###### 2026-cı il tarixdə qəbul edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən isə həmin qərardan ## ###### 2026-cı il tarixdə birinci instansiya məhkəməsinə şikayət təqdim edilmişdir. Bununla belə, həmin qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət təqdim edilməmişdir. Göründüyü kimi, inzibati tənbeh edilmiş şəxs tərəfindən şikayət müddət buraxılmaqla verilmiş, lakin buraxılmış müddətin bərpa edilməsinə dair birinci instansiya məhkəməsinə vəsatət verilməmişdir. Bununla bağlı, birinci instansiya məhkəməsi tərəfindən İMX-in 109.1.6-cı maddəsinə istinad edilməklə Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsinin, ona əlavə edilmiş sənədlərlə birlikdə Qərardan şikayət verən orqan (şəxs) geri qaytarılması qərara alınmışdır. İnzibati tənbeh edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunu ## ### 2019-cu i tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bundan əlavə, inzibati xətalar haqqında qanunvericilikdə işə apellyasiya məhkəməsində baxılmasını hazırlıq mərhələsində şikayət ərizəsinin geri qaytarılması barədə qərardaddan apellyasiya şikayəti verilməsi halı nəzərdə tutulmamışdır. Həmçinin inzibati xətalar haqqında qanunvericiliklə bu qərardaddan apellyasiya şikayəti verilməsinin hüquqi nəticələri müəyyən olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarına əsasən İinzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qeyd olunduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan şəxslərin dairəsi imperativ qaydada göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3 və 391.3.5-ci maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edə bilər. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın müvafiq qərarından şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürüldüyündən burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququ izah olunmalıdır. Şikayəti araşdıraraq və təqdim оlunmuş inzibati materialı nəzərdən keçirib məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikаyəti bахılmаmış sахlаnılmаlı, şikayətin Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməli, Qərardan şikayət verən orqan (şəxs) X1 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr Gəncə Şəhər Məhkəməsinə vəsаtət vеrmək hüququ izаh еdilməli, mаtеriаl birinci instаnsiyа məhkəməsinə qаytаrılmаlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayəti, Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsin. Şikаyət vеrmiş şəхsə X1 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr birinci instansiya məhkəməsinə (Gəncə Şəhər Məhkəməsinə) vəsаtət vеrmək hüququ izаh еdilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə material birinci instansiya məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar