Məhkəmə qərarları › İş №3(3-7)-578/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-578/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-578/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə “Toyota Prius” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası IXM-nin 346.5-ci maddəsi ilə (nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişmənin hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və durmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, barəsində IXM-nin 346.5-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Mehrəliyev Sərdar) ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Baş Dövlət Yol Polis Idarəsinin X2 ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: - Birinci instansiya məhkəməsinə təqdim edilmiş fotoşəkillərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Toyota Prius” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2026-cı il tarixdə, saat 22:44-də yolun kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmışdır. - Inzibati xəta haqqında materiala baxan Şuşa Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarı ilə razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 5 metrdən az məsafə obyektiv qaydada sübut edilməmişdir, kəsişən hərəkət hissəsinin konkret sərhədi müəyyən edilməmişdir, hadisə yerinin konkret yol kəsişməsi olub-olmaması araşdırılmamışdır, fotoşəkilin hansı texniki vasitə ilə əldə edildiyi və həmin vasitənin hüquqi statusu müəyyən edilməmişdir, xüsusi texniki vasitədən istifadə edilmişdirsə, IXM-in 100.1.8-ci maddəsində nəzərdə tutulan məlumatların mövcudluğu yoxlanılmamışdır, fotoşəkilin əldə edilməsinin prosessual qanuniliyi və mötəbərliyi hərtərəfli araşdırılmamışdır, şikayətin əsas dəlillərinə hüquqi qiymət verilməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSSESUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında qərar qəbul etmiş etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, IXM-nin 133.2.4-cü maddəsinə əsasən nümayəndənin və tərəfin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Inzibati xətaya dair işin materiallarını araşdırıb, şikayətin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə “Toyota Prius” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası IXM-nin 346.5-ci maddəsi ilə (nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişmənin hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və durmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, barəsində IXM-nin 346.5-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Apellyasiya məhkəməsi, yuxarıda qeyd edilənlərlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: IXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının X2 proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin X2 müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası DIN 2012-ci il ## ###### tarixli Q*-***-** nömrəli qərarı ilə təsdiq olunmuş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda dəyişikliklər edilməsi barədə” qərarın 1.2-ci bəndinə əsasən aşağıdakı məzmunda 2.10 və 2.11-ci bəndlər əlavə edilsin: 2.10. DIN-nin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə Inzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə operator nəqliyyat vasitəsinin iki qayda pozuntusunu və bir dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklini çəkir, DIN BDYPI-nin X3 avtomobilin sahibi haqqında məlumatlar əsasında xüsusi formalı blank doldurur (Təlimata ** nömrəli əlavə). Blankda eyni zamanda pozuntunun aşkarlanmasında istifadə edilmiş nəzarət kamerasının nömrəsi, xətanın mahiyyəti, törədildiyi ərazi, tarix və saat, habelə nəqliyyat vasitəsinin sahibi barədə məlumatlar qeyd olunur.” 2.11. Blank doldurulduqdan sonra “Yol hərəkəti qayda pozuntularının qeydiyyatı kitabı”nda (Təlimata ** nömrəli əlavə) sıra ardıcıllığı üzrə qeydiyyata alınır”. Maddənin tələbindən də göründüyü kimi IXM-nin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının X2 proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. “X1” Qanunun 52-ci maddəsinin 6-ci hissəsinə əsasən 1.1-1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanması qadağandır. IXM-nin 346.5-ci maddəsinin məzmununu hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə müəyyən olunur ki, ##.##.2026-cı il tarixdə tarixdə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 346.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Ona görə də Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayətin dəlillərində göstərilən xüsusatlar hazırki işdə olan sənədlərlə və işin faktiki halları ilə sübut olunmadığından məhkəmə şikayətin dəlillərində göstərilən xüsusatları əsaslı və qanuni hesab etmir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarla tam təsdiq olunur. O cümlədən, məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar IXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Şikayətin dəlilləri formal olmaqla özünü müdafiə xarakteri daşıdığından düzgün nəticəyə gəlinmiş birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi, ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, şikayət məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar