Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-579/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 215.5-ci maddəsilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. İŞİN HALLARI: Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsi ilə ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokola baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ekspert rəyi hadisənin konkret səbəbini və konkret təqsirli şəxsi qəti müəyyən etmir. ## ### 2026-cı il tarixli ***/KEŞ nömrəli komisyon məhkəmətibbi ekspertiza rəyində dəyişikliklərin venadaxili manipulyasiya zamanı “əmələ gələ bildiyi”, ## #### 2026-cı il tarixli prosedurdan sonra "baş verə bildiyi", texniki qüsurlar və ya damara düzgün girişin təmin olunmaması nəticəsində yaranmasının "tibbi baxımdan mümkün" olduğu, habelə qüsurlarla dəyişikliklər arasında səbəbli əlaqənin olmasının "mümkün" olduğu göstərilmişdir. "Baş verə bilərdi" və "mümkündür" ifadələri ehtimal bildirir; bunlar zədənin məhz mənim konkret hərəkətim nəticəsində yarandığını şübhədən kənar təsdiq etmir. Rəy alternativ yaranma səbəblərini aradan qaldırmır. İXM-in 215.5-ci maddəsi üzrə məsuliyyət üçün yalnız ağlamlığa yüngül zərərin mövcudluğu kifayət deyil. Şəxsin öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, bunun vicdansız və ya laqeyd münasibətdən irəli gəlməsi, yüngül zərərin məhz həmin konkret pozuntu nəticəsində yaranması və şəxsin təqsiri birlikdə sübuta yetirilmir. Gəncə şəhər Məhkəməsi isə mənim konkret olaraq hansı texniki əməli hansı normativ tələbə yetirdiyi, həmin hərəkətin nə vaxt və necə baş verdiyi,nəticəni məhz həmin hərəkətin doğurduğu göstərilməmişdir. Qan köçürülməsi həkimin göstərişi və nəzarəti altında həyata keçirilmiş, o, həkimin tapşırığını icra etmişdir. Buna baxmayaraq, prosedurda iştirak edən bütün şəxslərin funksiyaları, həkim nəzarətinin həcmi, xəstənin şikayətindən sonra qərarı kimin verdiyi və proseduru kimin davam etdirdiyi tam və fərdiləşdirilmiş şəkildə araşdırılmayıb. Kollektiv tibbi prosesdə ümumi nöqsanı avtomatik olaraq yalnız bir tibb bacısının şəxsi təqsiri kimi qiymətləndirmək olmaz. Ekspert rəyində "Xəstə müayinə və müşahidə forması"ında transfuziyanın müddəti ilə müşahidə qeydləri arasında ziddiyyətlər olduğu,şikayətlərin və görülmüş tədbirlərin sənədləşdirilmədiyi, ambulator müşahidə formasının tələblərə tam uyğun tərtib edilmədiyi göstərilir. Lakin qərarda həmin sənədlərin hansı əməkdaş tərəfindən doldurulmalı olduğu, qeydlərin aparılmamasına görə tərəfindən doldurulmalı olduğu, qeydlərin aparılmamasına görə vurulmuş zərərlə səbəbli əlaqəsi müəyyən edilməyib. Natamam sənədləşmə sübut boşluğunu onun əleyhinə istifadə edilə bilməz. Zərərçəkmiş şəxsin qolundakı dəyişikliklərin ## ##### 2026-cı il tarixli müayinələrdə qeydə alındığı göstərilir. Hadisə tarixi ilə tibbi müayinə arasında bir aydan artıq müddət vardır. Ekspert yalnız dəyişikliklərin 19 mart tarixli prosedurdan sonra baş verə biləcəyini qeyd etmiş, həmin müddətdə başqa venadaxili müdaxilələrin,travmaların və alternativ səbəblərin olubolmamasıni qəti istisna etməmişdir. Belə olan halda həm yaranma vaxtı, həm mənbə, həm də səbəbli əlaqə barədə aradan qaldırılmamış şübhələr mövcuddur. Məhkəmə ekspert rəyinin ehtimal xarakterli hissələrini təqsiri təsdiqləyən qəti nəticə kimi qəbul etmiş,lakin müdafiə mövqeyinə-prosedurun həkim nəzarəti altinda aparılmasına, zərərin mənim hərəkətimdən yaranmamasına, rəyin alternativləri istisna etməməsinə və şəxsi təqsirin fərdiləşdirilməməsinə əsaslandırılmış cavab verməmişdir. Qərarda "sübutların hüquqi qüvvəsini şübhə altina alan hallar yoxdur" formasında ümumi nəticə ilə kifayətlənilmiş, ayrıayrı sübutların niyə mötəbər, müdafiə dəlillərinin isə niyə əsassız sayıldığı göstərilməmişdir. İnzibati məsuliyyət yalnız təqsiri sübuta yetirilmiş şəxsə tətbiq edilə bilər. İXM-in təqsirə görə məsuliyyət prinsipinə və inzibati xəta haqqında iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması tələbinə əsasən, aradan qaldırılmamış şübhələr şəxsin ziyanına şərh edilə bilməz. Hazırkı işdə tibbi nəticənin mövcudluğu ilə mənim konkret təqsirli hərəkətimin sübuta yetirilməsi eyniləşdirilmişdir. Halbuki nəticənin mövcud olması onu məhz onun yaratdığını öz-özlüyündə sübut etmir. İşə baxılarkən ekspertin məhkəmə iclasına dəvət edilərək rəyin ehtimal xarakterli ifadələrinə, alternativ səbəblərin istisna edilib-edilməməsinə, zədənin yaranma vaxtının hansı dəqiqliklə müəyyən olunmasına və konkret icraçının hərəkəti ilə nəticə arasında səbəbli əlaqənin müəyyən edilib-edilməməsinə dair dindirilməsini xahiş edir. TƏRƏFLƏRİN İZAHATLARI: Apellyasiya instansiya məhkəməsində iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs şikayəti müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdi, şikayətin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Protokolu tərtib edən orqan nümayəndəsinə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə iclasının Protokolu tərtib edən orqan nümayəndəsinin iştirakı olmadan keçirilməsini qanunamüvafiq hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb, barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisi və inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsini dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə toplanmış sübutlarla inzibati xətanın törədilməsinin tam sübuta yetirilməsi və törədilmiş əməlin Azərbaycan Respublikası İXM-in 215.5-ci maddəsi ilə düzgün tövsif olunması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati ğətaların törədilməsində təqsirli hesab edilən və inzibati ğəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəğs inzibati məsuliyyətə cəlb jlunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasə isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə tərtib olunmuş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətləndirərkən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 215.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, İXM-in 215.5-ci maddəsinə əsasən tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “xxxx” X1 Komisyon məhkəmə-tibb ekspertizasının ##.##.2026-cı il tarixli, ***/KEŞ nömrəli rəyindən görünür ki, Quliyeva İlahə Səlyan qızının ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə-tibbi müayinəyə əsasən, onda sol bazunun iç səthində qeyri-müəyyən formalı, göyümtül rəngli, mərkəzi hissəsi sarımtıl çalarlı göyərmə sahəsi aşkar edilmişdir. Həmin dəyişikliklər dərialtı qansızma xarakterli olub, venadaxili manipulyasiya zamanı əmələ gələ bilərdi. Quliyeva ilahə Səlyan qızına ##.##.2026cı il tarixdə "Ak.M.A.Topçubaşov adına X4 aparılmış Doppler müayinəsində onda sol said nahiyəsində səthi venaların genişlənməsi, fraqmentar rənglənmə və bəzi venoz şaxələrin mənfəzində hipoexogen strukturlar müəyyən edilmişdir. Nəticə olaraq bu "postflebitik vəziyyət” kimi qeyd edilmişdir. Bu dəyişikliklər damar daxilinə yeridilən mayenin bir hissəsinin damarətrafı toxumalara sızması və venoz divarın travmatizasiyası ilə yarana bilərdi. Aşkar olunmuş dəyişikliklər yaranma müddətinə görə ##.##.2026-cı il tarixli transfuziya prosedurundan sonra saş verə bilərdi. Bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Quliyeva İlahə Səlyan qızının sol yuxarı ətrafında yaranmış göyərmələr, dərialtı qalınlaşmalar və yumşaq toxuma dəyişiklikləri venadaxili qan köçürülməsi zamanı texniki qaydalara tam riayət olunmaması nəticəsində əmələ gələ bilərdi. Belə ki, qan köçürülməsi zamanı şəxsdə güclü ağrı, şişkinlik və narahatlıq qeyd edilmişdir. Lakin rensfuziya proseduru davam etdirilmiş və sonradan göyərmə, infıltrasiya və postflebitik dəyişikliklər inkişaf etmişdir. Doppler müayinəsində aşkarlanan venoz dəyişikliklərdə damar divarının travmatizasiyası və perivenoz toxuma reaksiyası qeyd edilmişdir. Bu səbəbdən qeyd olunan dəyişikliklərin venadaxili transfuziya zamanı texniki qüsurlar və ya damar daxilinə cüzgün girişin təmin olunmaması nəticəsində yaranması tibbi baxımdan mümkündür. Tibbi praktikaya uyğun olaraq, transfuziya zamanı yarana biləcək narahatçılıqlarda venadaxili giriş cəmal yoxlanılmalı, infuziya müvəqqəti dayandırılmalı, damar xaricinə sızma ehtimalı qiymətləndirilməli, zərurət olduqda isə digər venoz girişi təmin edilməli idi. Lakin təqdim olunmuş sənədlərdə belə tədbirlərin vaxtında və tam həcmdə qeyd edilməsi öz təsdiqini apmamışdır. Həmçinin “Xəstə müayinə və müşahidə forması”nda transfuziyanın müddəti və müşahidə qeydləri arasında ziddiyyətlər mövcuddur. Bu səbəbdən tibbi nəzarətin və venadaxili manipulyasiyanm aparılması zamanı qüsurların olması istisna edilmir və həmin qüsurlarla şəxsin sol qolunda yaranmış dəyişikliklər arasında səbəbli əlaqənin olması mümkündür. Quliyeva İlahə Səlyan qızına ##.##.2026-cı il tarixdə “Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-n A.Səhhət adına * saylı Şəhər Klinik Xəstəxanas”nın Acil şöbəsində qan köçürülməsi proseduru qüsurlu icra edilmişdir. Bu da səhiyyə sistemində qüvvədə olan təlimat qaydalarının tələblərinin pozulması kimi qiymətləndirilir.“Xəstə müayinə və müşahidə forması”nın təhlili zamanı müəyyən edilmişdir ki, tibbi sənəd tam şəkildə və mövcud tibbi sənədləşmə qaydalarına uyğun olmamışdır. Belə ki, transfuziyanm gedişi üzrə dinamik müşahidə qeydləri natamamdır, şəxsin prosedur zamanı bildirdiyi şikayətlər tibbi sənəddə əks olunmamış, ağırlaşma və görülmüş tədbirlər barədə qeydlər aparılmamış, transfuziya monitorinqinin mərhələli göstəriciləri sənədləşdirilməmişdir. Bu səbəbdən ambulator müşahidə formasının tibbi sənədləşmə qaydalarına tam uyğun şəkildə tərtib edilməmişdir. Beləliklə, qeyd olunan ekspert rəyindən məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Gəncə şəhəri ərazisində “xxxx” X1 Abbas Səhhət adına xəstəxanasında Təcili Yardım şöbəsində tibb bacısı vəzifəsini icra edərkən tibb işçisi kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini lazımı qaydada yerinə yetirməyərək Quliyeva İlahə Səlyan qızına venadaxili qan köçürülməsi zamanı texniki qaydalara tam riayət etməyib ehtiyatsızlıqdan sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 215.5-ci maddəsinə nəzərəd tutulmuş inzibati xəta tərkibinin olması inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, komisyon məhkəmə-tibb ekspertizasının ##.##.2026-cı il tarixli rəyi və araşdırma zamanı tolpanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onun İXM-in 215.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu zaman kifayət qədər sübutlar toplanmışdır. Tətbiq edilmiş inzibati tənbehə münasibətdə isə apellyasiya instansiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbehin həddi müəyyən edilərkən inzibati xəta hadisəsinin törədilmə üsulu, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti və işin digər hallarını nəzərə alınaraq onun barəsində sanksiyada nəzərdə tutulan həddə cərimə tənbeh növü tətbiq edilməsi məqsədəmüvafiq hesab edilərək onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa vəzifəli şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh təyin edilmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanın törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. İXM-in 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarının tədqiqi nəticəsində hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21 və 31-ci maddəsinə uyğundur. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMin 215.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair qərardan verilmiş şikayətə baxılması barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və (və ya) protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-579/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-579/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver