Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-580/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: ## ###### 2026-cı il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 1500 manat aliment borcu vardır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Imanov Zaman) ilə ## ###### 1995-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, həbsdə saxlama müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən, saat 18:10-dan hesablanmışdır. IŞIN HALLARI: Iş materialında olan sənədlər: Icraata başlamaq haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılması və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal icranı könüllü təmin etməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış tələbin könüllü icra edilməsi barədə bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs imza edərək qeyd edilən sənədi qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bir uşaq üçün aylıq hər ay 220 manat aliment təyin edilmiş, sonuncu ödənişi ##.##.2026-cı il tarixdə ödəmişdir. Onun alimenti ödəməkdən yayınmaq məqsədi yoxdur. Əgər elə məqsədi olsa idi ümumiyyətlə heç bir ödəniş olunmazdı. Belə ki, hazırda valideynləri tərəfindən ümumi borcdan 600 manat ödəniş ödənilmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iş üzrə özünü təqsirli bilir, eyni zamanda 1500 manat aliment borcundan məhkəmənin qərarı qəbul edildikdən sonra zərərçəkmiş şəxs Lamiyə Nəzərliinin hesabına ## ###### 2026-cı il tarixdə 600 manat, ## ###### 2026-cı il tarixdə isə 500 manat onun hesabına ödənilmiş, qalıq 400 manat pulu isə ödəyəcəyinə söz verir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin və zərərçəkmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə işin materiallarını və şikayətin dəlillərini araşdırıb, eləcə də tərəfin çıxışını dinləyib hesab edir ki, şikayət təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və IXM-in 53.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli icra vərəqəsindən və sənədlərdən, həmçininin izahatlardan göründüyü kimi icra sənədi üzrə borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra vərəqəsini tam şəkildə yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, zərərçəkmiş şəxsin mənafeyini nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Lakin məhkəmənin qərarı qəbul olunduqdan sonra apellyasiya şikayətin əlavə olunmuş ABB vasitəsi ilə ödəniş çeklərindən görünür ki, kart nömrəsi 5522****0867 zərərçəkmiş şəxs Nəzərli Lamiyənin hesabına ## ###### 2026-cı il tarixdə 600 manat, ## ###### 2026-cı il tarixdə isə 500 manat onun hesabına ödənilmişdir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən borc ödənişləri tam şəkildə ödənilməsə belə, lakin 1500 manat aliment borcundan birinci instansiya məhkəməsinin qərarı qəbul edildikdən sonra ümumilikdə 1100 manat ödəməsi, qalıq 400 manat pulu ödəməsi öhdəliyini götürməsini nəzərə alaraq onun əməlində baş vermiş inzibati xəta hadisəsinin ictimai təhlükəliliyi aradan qalxmış, borclu icra sənədindəki tələbi icra etmişdir. Ona görə də IXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan hallara qiymət verərək məhkəmə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 53.1.2-ci maddəsinə müvafiq inzibati xəta tərkibi olmadığına görə onun tərəfindən verilmiş şikayət təmin olunaraq Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. IXM-nin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-580/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-580/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver