Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-582/2026 27.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi ilə, Vəliyev İlkin Rahib oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İ.R.Vəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ##.##.2026-cı tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Vəliyev İlkin Rahib oğlu Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərardan Vəliyev İlkin Rahib oğlu Tovuz Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərar qanunun tələblərini pozmaqla qəbul edilmişdir və ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi qayda pozuntusu patrul xidməti avtomaşına quraşdırılmış radar vasitəsi ilə ##.##.2026-ci il tarixdı qeydə alınmış, lakin elektron qərar ##.##.2025-ci il tarixdə tərtib edilmişdir. Yəni qərar real vaxt rejimində qəbul edilməmişdir. Tovuz Rayon Məhkəməsinin (hakim Z.A.Hünbətov) ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Vəliyev İlkin Rahib oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin “yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” ## ### 2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vəliyev İlkin Rahib oğlu apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarının və barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı elektron qərarın ləğv edilməsi, cərimənin və cərimə balının silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş Vəliyev İlkin Rahib oğlu apellyasiya şikayətində göstərmişdir ki, qərar qanunun tələbləri pozulmaqla qəbul edilmiş və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1,346,346-1.1, 346-1.5,353.2 və 469.3cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 53.1 -ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar göstərilmişdir. Həmin Məcəllənin 53.1 və 53.1.11-ci maddələrinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edir ki, o, Quba şəhərindən Bakı şəhərinə ##.##.2026-cı il tarixdə qayıtmışdır və ##.##.2026-cı il tarixdə ümumiyyətlə Quba şəhəri istiqamətinə getməmişdir. Qeyd olunan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, lakin inzibati icraat aparılarkən sübutlar saxtalaşdırılmışdır. Belə ki, qərarda guya inzibati xətanın ##.##.2026-cı il tarixdə törədilməsi qeyd olunmuş, şəxsi kabinetə yerləşdirilmiş fotoşəkillərdə tarix və digər rekvizitlər göstərilən hissə silinmiş və ancaq avtomaşının şəkli saxlanılmışdır ki, həmin şəkildən də ümumiyyətlə qayda pozuntusu müəyyən olunmur. Belə ki, qayda pozuntusu əks istiqamətdə hərəkət zolağına çıxmaqla ötmə əməliyyatının aparılması əsas götürülərək qeydə alınmış, lakin fotoşəkillərdən də aydın olur ki, qeyd olunan qayda pozuntusu törədilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqan Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Vəliyev İlkin Rahib oğlu məhkəmə iclasına gəlməmiş, DİN BDYPİ-nin nümayəndəsinin məhkəmə baxışına gəlməməsinin səbəbləri barədə məlumat verilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vəliyev İlkin Rahib oğlu isə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə DİN BDYPİ-nin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə birlikdə yoxlayaraq və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlarla müəyyən edilir ki, Vəliyev İlkin Rahib oğlu ##.##.2026-cı il tarixdə, saat 11:12-də Quba-Xaşmaz yolunda idarə etdiyi etdiyi “Toyota Prius” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomibillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı etmişdir. Bununla da o, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin VII bəndinin tələblərini pozmuşdur. İş materiallarında olan foto şəkillərə baxış keçirilmiş və foto şəkillərdə Vəliyev İlkin Rahib oğlunun yuxarıda qeyd edilən qayda pozuntusunu törətməsinin əks olunduğu müəyyən edilmişdir. İş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Vəliyev İlkin Rahib oğlunun İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Vəliyev İlkin Rahib oğlunun barəsində DİN BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində qəbul edilmiş ##.##.2026-cı tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirmədən saxlamaqla işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, DİN BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində Vəliyev İlkin Rahib oğlu barəsində inzibati tənbeh vermə xəta haqqında qərar İXM-nin tələblərinə əməl olunmaqla qəbul edilmiş, qərar qəbul edilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 61-ci maddəsinin İ bəndinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (* saylı Əlavə). II bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). 64-cü maddəsinin İ bəndinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. VI bəndinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. 69-cu maddəsinin VI bəndinə əsasən üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1) 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Həmin maddənin VII bəndinə əsasən üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Barəsində inizbati tənbeh tətbiq edilmiş Vəliyev İlkin Rahib oğlu şikayətində dəlil kimi göstərmişdir ki, heç bir ötmə əməliyyatı aparmamış və yol hərəkəti qaydalarını pozmamışdır. Ümumiyyətlə ##.##.2026-cı il tarixdə Quba şəhəri istiqamətində hərəkət etməmişdir. Onun barəsində əsassız olaraq qərar qəbul edilmişdir. Lakin DİN BDYPİ-nin ##.##.2026-cı tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından, inzibati xəta haqqında iş materiallarında olan fotoşəkillərdən aydın şəkildə görünür ki, Vəliyev İlkin Rahib oğlu idarə etdiyi “Toyota Riyus” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına-əks istiqamətdə hərəkət edən minik maşınının yoluna çıxmaqla önündə olan mink maşının solundan ötmə əməliyyatı etmişdir. Vəliyev İlkin Rahib oğlu heç bir ötmə əməliyyatı etmədiyini və yol hərəkəti qaydasını pozmadığını iddia etsə də, onun əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etməsi və bununla yol hərəkəti qaydasını pozması kamera vasitəsi ilə çəkilmiş foto şəkillərlə təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ləğv edərək, işin icraatına xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Vəliyev İlkin Rahib oğlunun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapması qənaətinə gələrək onun barəsində səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarını dəyişdirilmədən saxlamaqda haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən apellyasiya məhkəməsi Vəliyev İlkin Rahib oğlunun apellyasiya şikayətində qeyd etdiyi dəlilləri qəbul etmir və həmin dəlilləri əsassız hesab edərək onun məsuliyyətdən yayınma məqsədi güdməsi kimi qiymətləndirir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən maddi və prosessual normalara əməl olunmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılmasını istisna edən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Vəliyev İlkin Rahib oğlunun apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, hazırkı iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vəliyev İlkin Rahib oğlunun apellyasiya şikayəti təmin edilməsin. Vəliyev İlkin Rahib oğlunun Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş ##.##.2026-cı tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-163)-417/2026 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, dərhal qanuni qüvvəyə minir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-582/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-582/2026
27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver