Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-584/2026 19.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Heydərova Nazlı) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həbsə almanın əvvəli ## ###### 2026-cı il tarixdən saat 18:20-dən hesablanmışdır. IŞIN HALLARI: Iş materialına əlavə edilmiş sənədlər: Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkarın xeyrinə pul vəsaitinin tutulması qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata ##.##.2025-ci il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. “Tələbin könüllü icrası” haqqında bildirişlərdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. ##.##.2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşayış yeri müəyyən olunmadığından barəsində axtarış elan olunmuşdur. Inzibati xəta haqqında iş üzrə materiala baxan Şəmkir Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmə qərarı ilə razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini və ya barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, himayəsində 3 azyaşlı övladı var. Onun inzibati qayada həbs edilməsi ailə vəziyyətinə cidd çətinliklər yaradır. Eyni zamanda o, 31000 manat borcun ödənilməsindən yayınmır və bu öhdəliyi yerinə yetirmək niyyətindədir. Ailə vəziyyəti, kirayədə yaşaması və son iki ay ərzində etdiyin ödənişlərin nəzərə alınması xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi.Əlavə olaraq o, göstərdi ki, tələbkara olan 31000 manat borcundan son iki ay ərzində 2000 manat ödəmiş, hər ay 1000 manat ödəyəcəyinə öhdəlik götürür. Onun qalıq 29000 manat pulu tam ödəməyə maddi imkanı yoxdur. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və tələbkar üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin və tələbkarın iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materiialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində icra məmuru Zaur Aslanov protokolu müdafiə edərək göstərdi ki,........Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Hazırda borcu 29183 manat təşkil edir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmişdir, çünki iş materialında olan icra vərəqəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulsa da, o, həmin öhdəliklərin yerinə yetirilməsini üzürsüz səbəbdən icra etməmiş, həmçinin Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il taixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədini icra etmədiyinə görə barəsində 1 (bir) bir dəfə IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. “Icra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə əməldə IXM-nin 528.1-1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, ##.##.2025-ci il tarixli icra sənədi üzrə qeyd olunan borc tələbindən (31000 manat pul və 183 manat dövlət rüsumu) 1 ildən artıq müddət ərzində sadəcə 2000 manat ödəniş olunması onu göstərir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə göstərilən icra tələbini hər hansı üzrlü səbəb olmadan vaxtında yerinə yetirməmişdir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkara qalıq borcundan hər ay 1000 manat ödəməsini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmiş, eyni zamanda bu xüsusat onun hərəkətlərindən və işdə olan sənədlərdən öz əksini tapmır. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh IXM-nin 21 və 31-ci maddəsinə uyğundur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-584/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-584/2026
19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver