Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-585/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından vəzifəli şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “X1” MMC barəsində İXM-in 326 cı maddəsi ilə MN ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş MN******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “X1” MMC ##.##.2026-cı il tarixdə, saat 12:10 radələrində Abşeron rayonu, Novxanı yolunda “X1” MMC-yə məxsus yük daşımasını yerinə yetirən “İsuzu” markalı, H****** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi reysqabağı yoxlanılması zamanı, həmin nəqliyyat vasitəsinin sürücüsü tərəfindən tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Nəticədə, “X1” MMC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə “X1” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından vəzifəli şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini, AYNA-nın ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı protokolunun dəyişdirilmədən saxlanılmasını, “X1” MMC-nin Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair təqsirli hesab edilərək 2000 manatdan 3000 manatadək məbləğində cərimə edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada AYNA-ya heç bir məlumat göndərilməmişdir və ya göndərilməsinə dair hər hansı bir təsdiqedici məlumatlar qeyd edilməmişdir. Bu da AYNA-nın nümayəndələrinin məhkəmədə iştirak etmək və iş üzrə mövqeyini tam və ətraflı təqdim edilməsinə dair imkan yaradılmamasına səbəb olmuşdur İnzibati xəta haqqında protokol AYNA tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə tərtib olunsa da, məhkəmə hal-hazırda qüvvədə olan maddi normaya deyil, qüvvədən düşmüş maddi normaya istinad etmiş, həmçinin hal-hazırda qüvvədən düşmüş maddi normaya aid Konstitusiya Məhkəməsinin qərarına istinad etmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin həmin qərarından sonra qanunvericiliyə dəyişikliklər edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarında göstərmişdir ki, "Məhkəmə hesab edir ki, reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin təsərrüfat ehtiyacları üçün daşımanı həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara, qanunvericiliyə dəyişikliklər edilməklə şamil olunması mümkündür və belə tənzimləmə bu tələblərin yönəldiyi əsas məqsədlə (daşımaların təhlükəsiz icrası və insanların həyat və sağlamlığının qorunması) ziddiyyət təşkil etmir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da göründüyü kimi, məhkəmə məhz qanunvericiliyə edilə biləcək dəyişiklikləri nümkün sayaraq həmin dəyişikliklər ediləcəyi təqdirdə reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin haqq müqabilindən başqa digər daşımaları həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara amil edilə biləcəyini vurğulamışdır. "Avtomobil Nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununda bəzi dəyişikliklər edilmiş, o cümlədən də 1.0.9-cu maddəsi yeni redaksiyada verilmişdir. 1.0.9-cu maddəsində "daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində" sözləri "daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş" sözləri ilə əvəz edilmişdir. “Avtomobil Nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun hal-hazırda qüvvədə olan 1.0.9-cu maddəsinə əsasən daşıyıcı - daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkarlardır Azərbaycan Respublikası Prezidentinin 2022-ci il # ######## tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"nin 3.1.24-cü yarımbəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinənin və sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin müəyyən edilməsi, həmçinin bu sahədə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifəsi olaraq müəyyən edilmişdir. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilən "Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı"nda aparılır. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. Arayış yalnız texniki cəhətdən qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələri üçün verilir. Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 60-ci maddəsinə əsasən həmin qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar Müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi şikayətin dəlillərinə uyğun çıxış edərək qərarın ləğv edilməsini və hüquqi şəxs “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadаn məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 326-cı maddəsinə əsasən Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında ## ### 2026-cı il tarixli aktdan görünür ki, Abşeron rayonu, Novxanı yolu, “X1” MMC-nin mülkiyyətində olan “İsuzu” markalı, H****** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Soltanov Ayaz İsmət oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinon ## ##### 2009-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2.2 və 2.3-cü bəndlərinin tələbləini pozmuşdur. Belə ki, MMC-yə məxsus yükdaşıma yerinə yetirən “İsuzu” markalı, H****** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Soltanov Ayaz İsmət oğlu tibbi müayinədən keçməmişdir. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar daşıyıcı hesab olunur. “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 3-cü bəndinin birinci və ikinci hissələrinə görə reysqabağı tibbi müayinənin əsas məqsədi reysə çıxmazdan əvvəl sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndinin 10-cu hissəsinə əsasən sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. Məhkəmə qeyd edir ki, təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, “X1” MMC tərəfindən avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi faktları yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu ##.##.2025-ci il tarixli qərarında göstərmişdir ki, "Avtomobil nəqliyyatı haqqında" Qanunun 3.2-ci maddəsindən göründüyü kimi hüquqi şəxslərin və fərdi sahibkarların təsərrüfat ehtiyacları üçün yerinə yetirdikləri daşımalar (ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirilən texnoloji və təsərrüfatdaxili avtomobil nəqliyyatı ilə daşımalar istisna olmaqla) bu Qanunun şamil edilmədiyi daşımaların siyahısında öz əksini tapmamışdır. Həmçinin reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin təsərrüfat ehtiyacları üçün daşımanı həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara, qanunvericiliyə dəyisikliklər edilməklə şamil olunması mümkündür və belə tənzimləmə bu tələblərinyönəldiyi əsas məqsədlə (daşımaların təhlükəsiz icrası və insanların həyat və sağlamlığının qorunması) ziddiyyət təşkil etmir. Konstitusiya Məhkəməsinin bu qərarından da göründüyü kimi, məhkəmə məhz qanunvericiliyə edilə biləcək dəyişiklikləri mümkün sayaraq həmin dəyişikliklər ediləcəyi təqdirdə reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin haqq müqabilindən başqa digər daşımaları həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilə biləcəyini vurğulamışdır. Həmçinin qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən protokol tərtib ediliyi tarixə yükdaşımanı həyata keçirən sürücünün tibbi yoxlamadan keçməsi barədə zəruri sənədlər də məhkəmə təqdim edilə bilməmişdir. Göründüyü kimi toplanmış sübutlarla "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübut edilir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, "X1 " Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 326-cı maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. "X1 " Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın icrası hüquqi şəxsin olduğu yer üzrə icra və probasiya qurumuna həvalə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-585/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-585/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver