Məhkəmə qərarları › İş №3(3-7)-586/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-586/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-586/2026 28.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Işdə olan sənədlər: Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi *** saylı qeyri yaşayış sahəsi (Reyestr nömrəsi 1122174119), Goranboy rayonu Sarovlu kəndində yerləşən 0,319 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi 1819023640) üzərində Zərərçəkmiş şəxs və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1/2 hissədə pay hüququ müəyyən edilməli, “Ford transit 100 L” yük markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı, yəni 6500 manat Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınaraq Zərərçəkmiş şəxs qızma verilməli, tələbkar Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 55 manat mediasiya xərci borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməli, Mersedes Benz markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyəri olan 60000 (altmış min) manat məbləğində pulun yarısı, yəni 30000 (otuz min) manat məbləğində pul vəsaiti borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınaraq, tələbkar Zərərçəkmiş şəxs verilməsi qtə edilmişdir; Goranboy Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli tarixli “Icraata başlamaq haqqında” qərarının surətindən və həmin tarixli e******/****-*-** nömrəli bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Inzibati xəta haqqında materiala baxan Goranboy Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci ildən aktiv formada icra hərəkətləri başlamış, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəbərdarlıq edilmiş, məsuliyyət barədə məlumatlandırılmışdır. Lakin bu müddət ərzində heç bir hərəkət edilməməsi, bunun da hər hansısa bir xəstəlik və ya digər fövqəladə hallarla, şərtlərlə bağlı olmaması məlum olur. Deməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir üzürlü səbəb olmadan qəsdən, bilərəkdən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmək istəmir, eyni zamanda birinci instansiya məhkəmə iclası zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 36605 manat borc puldan yalnız 500 manat pul vermişdir. Qeyd edilən tarixdən bir aya yaxın müddət keçsə də, lakin yenə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə münasibət bildirərək göstərdi ki, hazırda onun tərəfindən icra vərəqəsində göstərilən 36605 manat borc zərərçəkmiş şəxsin hesabına ödənilmiş, eyni zamanda zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətindən imtina etmişdir. Apellyasiya məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclası zamanı məhkəmə iclas katibi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 051-521-54-75 mobil nömrə ilə əlaqə saxlamış və Zərərçəkmiş şəxs borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra vərəqəsində göstərilən borcunu tam şəkildə ödədiyi üçün verdiyi apellyasiya şikayətindən imtina edilməsi ilə bağlı elektron məhkəməs siteminə ərizə göndərdiyini və apellyasiya şikayətinə xitam verilməsinə xahiş etmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sisteminə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş ərizənin məzmunundan görünür ki Samir Məmmədov məhkəmənin qanuni qüvvəyə minmiş qərarını bir neçə gün əvvəl icra etmiş, ona görə də onun məsuliyyətə cəlb edilməsi üçün hazırda heç bir əsas yoxdur. Məhz bu səbəbdən apellyasiya şikayətindən imtina edir və icraata xitam verilməsini xahiş edir. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQI MƏSƏLƏLƏR: Elektron məhkəmə informasiya sisteminə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş ərizənin məzmunundan görünür ki Samir Məmmədov məhkəmənin qanuni qüvvəyə minmiş qərarını bir neçə gün əvvəl icra etmiş, ona görə də onun məsuliyyətə cəlb edilməsi üçün hazırda heç bir əsas yoxdur. Məhz bu səbəbdən apellyasiya şikayətindən imtina edir və icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətdən imtina etmişdir. Məhkəmə verilmiş şikayətdən imtina barədə məktuba münasibət bildirərək aşağıdakıları qeyd edir. Mövcud inzibati xətalar qanunvericiliyində zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətdən imtina etməsi institutu nəzərdə tutulmamış, oxşar münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməmişdir. Buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “IXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. IXM-in 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə hazırki iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyi rəhbər tutaraq eyni münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) müddəalarına istinad edilməsini qanuna müvafiq hesab edir. CPM-nin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə görə bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı maddəsinə görə apellyasiya şikayətini vermiş şəxs öz tələbindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətdən imtina barədə müraciəti qəbul edilməli, şikayətə baxılmasına və apellyasiya icraatına xitam verilməlidir. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qanunvericliyin tələblərinə uyğundur, başqa proses iştirakçılarının mənafeyinə qarşı yönəlməmişdir. Apellyasiya şikayətindən imtinanın qəbul edilməsi mümkündür. Qeyd olunanlara əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış IXM-nin 528.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardad elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar