Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-587/2026 28.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı lə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 428.7.3-cü maddəsi ilə tənbeh edilməsinə dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X2 İdarəsi tərəfindən İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün ##.##.2026-ci il tarixdə Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Goranboy rayonu, Dəliməmmədli şəhərində Y.Rəhimov küçəsində yerləşən “Qaqalar Market” adlı obyektin sahibkarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarına əsasən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan barəsində inzibati inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını tam araşdırmamış, subatlara düzgüm qiymət verməmiş və bunun nəticəsində səhv qərar qəbul etmişdir. Belə ki, iddia olunur ki, guya o, Goranboy rayonu, Dəliməmmədli şəhərində ## #### 2026-cı il tarixdə, saat 11:00 da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Lakin işin həqiqi halı ondan ibarətdi ki, həqiqətən Goranboy rayonu, Dəliməmmədli şəhəri, Y. Rəhimov küçəsində “Qaqalar market” adlı obyekt ona məxsusdur. Uzun müddətdi ki, obyektin üzərində qeyd edilən özündə mağazanın adı əks etdirən löhvə vurulmuşdur. Bu yaxınlarda löhvədən 2 hərif düşmüşdür. Təxminən may ayının əvvəlində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X2 İdarəsinin nümayəndəsi onlara yaxınlaşaraq həmin həriflərin düzəldilməsini tələb etdi. O da onunla razılaşaraq bunu edəcəyinə söz verdi. Aralarında reklama görə pul ödənişi etməli olunması barədə hər-hası bir söhbət olmadı. Belə ki, mağaza açıldığı gündən o, həmişə Reklam İdarəsinin nümayəndəsinə illik pulu verirdi. O da pulu götürüb pulu keçirəyəcəyinə söz verirdi. Məhz bu səbəbdən də, Reklam İdarəsi tərəfindən ona göndərilən məktubların mahiyyətinə girməmişdir. Elə bilirmişdir ki, bu məktublar düşən həriflərlə bağlıdır. Yuxarıdada qeyd elədiyi kimi o, həmişə vaxtı-vaxtında ödənişlərini etmişdir. Hazırda da o, Reklam İdarəsinin əməkdaşlarının ondan pul alması barədə Prokurorluğa şikayətlər etmişdir. Eyni ifadəni o, birinci instansiya məhkəməsində də vermiş və reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunu ödəməyə hazır olduğunu bildirmişdir. Lakin məhkəmə onun ifadəsinə əhəmiyyət verməmişdir. Odur ki, Goranboy rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarını ləğv edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək eyni məzmunda izahat verdi və şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 İdarəsinə məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşə X2 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri və iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərardadda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Konstitusiyanın 129-cu maddəsinin III hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 428.7.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslərin üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin beş min manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam dedikdə reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat başa düşülür. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli **** saylı fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.22-ci bəndinə əsasən, icazənin müddəti bitdiyi halda reklam yayıcısı reklam yayımını dərhal dayandırmalıdır. Müddəti bitmiş icazə, onun müddəti uzadılmadığı halda, müvafiq qurumun inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Həmin Qaydanın 3.5-ci maddəsinə əsasən, müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. Reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. Bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Həmin Qaydanın 3.7-ci maddəsinə əsasən, müvafiq qurum reklam vericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X2 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli yazılı göstərişdən görünür ki, ondan Goranboy rayonu Dəliməmmədli şəhəri Y.Rəhimov küçəsində yerləşən “Qaqalar Market” adlı obyektdə “Reklam haqqında” Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazənin alınması üçün 5 gün müddətində X2 İdarəsinə müraciət edilməsi tələb edilmiş, bu tələblər yerinə yetirilmədikdə müvafiq reklamın yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi barədə xəbardarlıq edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli aktdan görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) tərəfindən Goranboy rayonu Dəliməmmədli şəhəri Y.Rəhimov küçəsində yerləşən “Qaqalar Market” adlı obyektdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişin yerinə yetirilməməsi aşkar edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, ##.##.2026-cı il tarixli, **-*-*/*- ***/**** nömrəli yazılı göstəriş ##.##.2026-cı il tarixdə ünvana çatdırılmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli yazılı bildirişdə göstərilmişdir ki, ##.##.2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli yazılı göstəriş icra edilmədiyi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəkdir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, ##.##.2026-cı il tarixli, **-*-*/*- ***/**** nömrəli yazılı bildiriş ##.##.2026-ci il tarixdə ünvana çatdırılmışdır. İş materiallarından həmçinin görünür ki, ##.##.2026-ci il tarixli, **-*-*/*-***/**** nömrəli məktubla inzibati xəta haqqında protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus ********** nömrəli VÖEN qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) Goranboy rayonu Dəliməmmədli şəhəri Y.Rəhimov küçəsində yerləşən “Qaqalar Market” adlı obyektində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmişdir. Bundan başqa, barəsində protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində verdiyi izahatından göründüyü kimi o, inzibati xəta hadisənin olub-olmaması məsələsini mübahisələndirməmiş və həmin inzibati xəta hadisəsinin baş verməsini etiraf etmişdir. Apellyasiya şikayətinin dəlillərində də, birinci instansiya məhkəməsinin mövqeyində qeyd edildiyi kimi, inzibati xəta hadisəsinin baş verməsi etiraf edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə barəsində icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını işin bütün halları ilə müqayisəli şəkildə tədqiq edərək hərtərəfli, tam və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətaları törətməsi birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş sübutlarla təsdiq edildiyindən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 428.7.3-cü maddəsi ilə vəzifəli şəxs kimi təqsirli bilib ona İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək qanun pozuntusuna yol verilməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə tənbeh edilməsinə dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə tənbeh edilməsinə dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-587/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-587/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver