Məhkəmə qərarları › İş №3(3-7)-588/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-588/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-588/2026 11.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi nümayəndə1 iştirakı ilə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin etibarnamə üzrə nümayəndəsi baş məsləhətçisi əmək müfəttişi X1 iştirakları Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə barəsində şərti olaraq 1500 (min beş yüz) manat məbləğində şərti inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Babazadə Ülkər) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI: Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2026-cı il tarixli əmrin surətindən görünür ki, N nömrəli hərbi hissədə tibb bacısı vəzifəsində çalışan mülki işçi X4 ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “c” bəndinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli *-**/*-****/**** nömrəli məktubundan görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən Azərbaycan Respublikasında alı və ya arta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tıöb və əczaçılıq fəaliyyəti ilə məşğul otmaq hüququna malikdirlər. “xxxx” tədris müəssisəsi ali və ya orta ixtisas tibb təhsili müəssisəsi statusuna malik olmadığından, həmin müəssisə tərəfindən verilmiş diplom əsasında X2 və X4 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan hərbi tibb müəssisələrində tibb bacısı vəzifəsində fəaliyyət göstərmələrinə icazə verilməsi qanunauyğun hesab edilməmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarı ilə razılaşmayan DƏMX-nin Hüquq Idarəsinin nümayəndəsi şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati şərti olaraq tətbiq edilməsi haqqında qərarın qüvvədə saxlanılması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Xidmətin Gəncə-Daşkəsən regional Şöbəsinə təqdim edilən sənədlərə baxıldıqda işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin qeyd hissəsinin tələbləri pozularaq işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş hissəsinin tələbi pozularaq X5 bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ##.##.2026-cı il tarixdə xitam verildiyi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin etibarnamə üzrə nümayəndəsi Samir Kazımov şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən deyil, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsi daha düzgün olar idi, ona görə ki, əmək müqaviləsinə xitam verilmiş işçinin tibb bacısı vəzifəsində işləmək hüququnun olubolmaması Səhiyyə Nazirliyinin səlahiyyətində olan məsələdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi nümayəndə1 şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, Təranə Quliyeva 4 il müddətdir ki, N nömrəli hərbi hissədə mülki tibb bacısı kimi işləmiş və onu əvvəlki hərbi hissə komandiri işə götürmüşdür. Yeni hərbi hissə komandiri 2 il müdətdir ki, hərbi hissəyə komandir kimi təyinat alıb. Yuxarı komandanlıq tərəfindən diplomların yoxlanılması barədə göstəriş gəldikdən sonra Təranə Quliyevanın diplomanın uyğunluğunun yoxlanılması barədə hərbi hissə tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət ünvanlanmış və həmin Nazirliyin 2026-cı il # ###### tarixli məktubunda X4 tibb bacısı vəzifəsində işləmək hüququnun olub-olmaması ilə bağlı qeyd edilmişdir ki, “xxxx” tədris müəsisəsi orta tibb təhsili müəsisəsi olmadığından həmin müəssisə tərəfindən verilən sənəd əsasında orta tibb işçisi vəzifəsində fəaliyyətə icazə verilməsi qanunvericilikdə nəzərdə tutulmadığı göstərilmişdir. Eyni zamanda Təranə Quliyeva işə bərpa olunması ilə bağlı hazırda Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqınd protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, iş materialına əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iş materialında olan sənədləri təkrar etməyə heç bir zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan sənədlərə əsasən apellyasiya məhkəməsi qeyd edir ki, X4 doğru olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq işdən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən müvafiq inzibati orqana müraciət ünvanlanmış, həmin müraciətə cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2026-cı il # ###### tarixli məktubunda X4 tibb bacısı vəzifəsində işləmək hüququnun olub-olmaması ilə bağlı qeyd edilmişdir ki, “xxxx” tədris müəsisəsi orta tibb təhsili müəsisəsi olmadığından həmin müəssisə tərəfindən verilən sənəd əsasında orta tibb işçisi vəzifəsində fəaliyyətə icazə verilməsi qanunvericilikdə nəzərdə tutulmur. Apellyasiya məhkəmsi hesab edir ki, tibbi ixtisası olmayan şəxsin tibbi fəaliyyətlə məşğul olması qanunsuzdur, buna görə də X4 doğru olaraq işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq işdən azad edilmişdir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, tibb ixtisası olmayan, ümumiyyətlə tibbi biliyi qanunvericiliyin tələb etdiyi səviyyədə olmayan şəxslərin hərbi hissədə xidmət edən hərbi qulluqçulara zəruri tibbi xidmət göstərməsi hərbi qulluqçuların sağlamlığını təhlükə altına alır, belə şəxslərin qanunsuz tibbi fəaliyyətlə məşğul olmaları gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Belə olan halda apellyasiya məhkəməsi hesab edir ki, işə götürən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən işçi X4 əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qəbul edilmiş qərarın əsasında peşə və ya ixtisas uyğunsuzluğu deyil, səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş peşə sənədinin tanınmaması, yəni ixtisasının qanunvericiliyin tələb etdiyi səviyyədə olmaması faktı dayanır və qeyd olunan fakt müvafiq səlahiyyətli orqan tərəfindən təsdiqlənmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, IXM-nin 8-ci maddəsinə görə şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda DƏMX-nin üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, vuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar