Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-589/2026 27.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, məhkəmə iclas zalında dərhal azad edilməsi qərara alınmışdır. İŞİN HALLARI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-in sahə rəisi, X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə qərarının 13-cü bəndində göstərmişdir ki, guya o öz səlahiyyətinə aid olmadığı halda polisə onların fəaliyyətinə nəzarət edəcəyini bildirmişdir. Hesab edir ki, bu nəticə hüquqi cəhətdən əsassızdır. Əvvəla, məhkəmə onun guya söylədiyi ifadənin dəqiq mətnini qərarda göstərməmişdir. İkincisi, belə bir ifadənin hansı konkret şəraitdə, hansı məqsədlə və hansı formada səsləndirildiyi müəyyən edilməmişdir. Üçüncüsü, vətəndaşın polis əməkdaşlarının fəaliyyətinin qanuniliyinə maraq göstərməsi, onların hərəkətlərini müşahidə etmək və ya qanuniliyini yoxlamaq niyyətini ifadə etməsi öz-özlüyündə ictimai qaydanı pozan əməl deyil. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin II hissəsi vətəndaşlara dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətini tənqid etmək hüququ verir və tənqidə görə təqibi qadağan edir. Bu hüquq təbii olaraq qanunla müəyyən edilmiş çərçivədə həyata keçirilməlidir. Lakin məhkəmə mənim konkret ifadəmin məhz hansı səbəbdən Konstitusiyanın 57-ci maddəsi ilə qorunan tənqid və etiraz hüdudlarından çıxaraq İXM-in 510.1-ci maddəsinin predmetinə çevrildiyini əsaslandırmamışdır. Məhkəmə qərarının 13-cü bəndində mənim polis əməkdaşları ilə “kobud rəftar etdiyi” göstərilmişdir. Lakin “kobud rəftar” ümumi qiymətləndirici ifadədir. Məhkəmə konkret olaraq hansı sözləri dediyini, hansı hərəkətləri etdiyini, bu hərəkətlərin kimə qarşı yönəldiyini, həmin hərəkətlərin ictimai qaydanı necə pozduğunu, cəmiyyətə açıqca hörmətsizliyin konkret nədən ibarət olduğunu göstərməmişdir. Məhkəmənin hüquqi nəticəsi faktın konkret təsvirinə deyil, ümumi xarakterli “kobud rəftar” ifadəsinə əsaslanmışdır. Bu isə 510.1-ci maddənin tərkibinin müəyyən edilməsi üçün kifayət deyil. Məhkəmə qərarının 14-cü bəndində hadisənin ictimai yer sayılan küçədə baş verməsini 510.1-ci maddənin tərkib əlamətlərindən biri kimi qiymətləndirmişdir. Lakin hadisənin ictimai yerdə baş verməsi yalnız hadisənin məkanını müəyyən edir. İctimai yerdə baş verən hər bir mübahisə, narazılıq, etiraz və ya polis əməkdaşı ilə sözlü qarşıdurma avtomatik olaraq xırda xuliqanlıq hesab edilə bilməz. Əks halda, polis əməkdaşı ilə küçədə mübahisə edən istənilən şəxs yalnız hadisənin küçədə baş verməsinə görə 510.1-ci maddə ilə məsuliyyətə cəlb edilə bilərdi. Bu isə maddənin hüquqi məzmununa uyğun deyil. Məhkəmə əlavə olaraq konkret davranışın ictimai qaydanı pozduğunu və cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini müəyyən etməli idi. Məhkəmə qərarının 14-cü bəndində əməlin “qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə uyğun olmadığı” göstərilmişdir. Lakin məhkəmə hansı konkret davranış və birgəyaşayış qaydasının pozulduğunu göstərməmişdir. Qərarda ümumi hüquqi ifadələr konkret faktın yerini tutmamalıdır. 510.1-ci maddənin tətbiqi üçün “uyğun deyil” nəticəsi deyil, hansı konkret hərəkətin həmin nəticəyə səbəb olduğu müəyyən edilməlidir. Məhkəmə qərarında protokol tərtib edən şəxsin, polis orqanının səlahiyyətli nümayəndəsinin və şahidin izahatlarına istinad edilmişdir. Lakin sübut vasitəsinin mövcudluğu həmin sübutun məzmununun avtomatik olaraq həqiqət kimi qəbul edilməsinə əsas vermir. Məhkəmə hər bir sübutu digər sübutlarla müqayisəli şəkildə qiymətləndirməli və konkret olaraq hansı hərəkətinin 510.1-ci maddənin tərkibini yaratdığını müəyyən etməlidir. Əgər polis əməkdaşlarının bədən kameraları, xidməti avtomobillərdə videoregistratorlar, ərazidə müşahidə kameraları və ya digər video/audio materiallar mövcuddursa, onların iş üzrə tələb edilməsi və tədqiq edilməsi zəruridir. Çünki mübahisəli hadisənin real gedişatını obyektiv texniki vasitələrlə müəyyən etmək mümkündürsə, yalnız hadisədə iştirak edən şəxslərin subyektiv izahatları ilə kifayətlənmək işin hərtərəfli, tam və obyektiv araşdırılması prinsipinə uyğun deyil. PROSES İŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya məhkəmə iclasında iştirak edən inzibati tənbeh edilmiş şəxs şikayəti müdafiə etdi və şikayətdə göstərilən məzmunda çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadаn məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsi və müdafiəçini dinləyib, inzibati xəta üzrə işin materiallarını və şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran apellyasiya məhkəməsi təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Bu sübutlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə yuxarıda qeyd olunan iş materiallarında olan sübutlara istinad edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi mövqeyini bu cür əsaslandırmışdır ki, həm protokol tərtib edən orqanın səlahiyyətli nümayəndəsinin, həm də barəsində protokol tərtib edən şəxsin izahatları, eləcə də şahidin məhkəmə araşdırması zamanı verdiyi məlumatlarla birmənalı şəkildə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510.1-cu maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz səlahiyyətinə aid olmadığı halda polisə onların fəaliyyətinə nəzarət edəcəyini bildirmiş, bundan əlavə onlarla kobud rəftar etmişdir. İnzibati hüquq nəzəriyyəsində inzibati xətanın obyekti - ictimai qaydadır. Bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli Qərarında qeyd edilir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Lakin, iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1-ci maddəsi ilə təqsirini sübut edəcək hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsinin nədə ifadə olunmasını müəyyən etmək mümkün deyil. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə iş materiallarında polis əməkdaşlarının ifadələrindən başqa bu halı təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir, digər sübutlar təsdiqini tapmadığı və ziddiyyət yarandığı halda da təkcə polis əməkdaşlarının ifadələri mötəbər hesab edilə bilməz. Göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində ictimai qaydanı pozmasına dair hərəkətlərin edilməsi mötəbər sübutlarla təsdiq olunmur. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-in 535.1-ci maddəsinin dispozisiya şərtində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyi də öz təsdiqini tapmır. Belə ki, protokolu tərtib edən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən konkret olaraq polis işçisinin qanuni tələbinə tabe olmama halının nədə təzahür etdiyini göstərə bilməmiş, ümumi xarakterli ifadələrdən istifadə edilməklə qeyd edilən əməllə bağlı fikir irəli sürülmüşdür İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin «təqsirsizlik prezumpsiyası prinsipi» adlanan 8-ci maddəsində göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Bu sübutlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-589/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-589/2026
27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver