Məhkəmə qərarları › İş №3(3-7)-590/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-590/2026

19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-590/2026 19.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçiləri Gəncə Regional Vəkil Bürosunun üzvləri (vəkillər) vəkil2 və vəkil1 iştirakları ilə MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (hakim Məmmədov Elçin) ##.##.1987-ci ildə Ağcabədi rayonu, Qiyaməddinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağcabədi rayonu, Qiyaməddinli kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-nin 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddəlar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, o, həmin Məcəllənin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu ## ###### 2026-cı il tarixdən saat 18:35-dan hesablanmışdır. IŞIN HALLARI: “Inzibati qaydada tutma haqqında“ protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 18:35-də inzibati qaydada tutulmuşdur. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-nin, 206, 510.1 və 535-ci maddələrinin tərkib hissəsinin əlamətləri olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Gəncə şəhər BPI-nin 1-ci X3 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. ## ###### 2026-cı il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində THC aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş ## ###### 2026-cı il tarixli rəydən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi (vəkil) vəkil1 şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixdə polis əməkdaşının telefon çağırışı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü könüllü şəkildə polis şöbəsinin inzibati binasına gələrək orada iki gün saxlanıldıqdan sonra onun barəsində narkoloji test keçirilməsi zərurəti yaranmışdır. Əgər belə bir şübhə var idi isə nəyə görə çağırışa könüllü şəkildə gəldiyi anda belə bir test keçirilməmişdir. Hətta birinci instansiya məhkəməsində tələb edilməsinə baxmayaraq, bununla bağlı təkrar eskpertiza təyin edilməmişdir. Eyni zamanda polis şöbəsində onun müdafiə hüququ pozulmuş və birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi (vəkil) vəkil2 şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müdafiə etdiyi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkoloji dispanserə aparılaraq ondan sidik nümunəsi götürülmüş, ilkin olaraq aparılmış analiz nəticəsinin mənfi olduğu bildirilsə də sonrakı mərhələdə verilmiş narkoloji rəydə şəxsin narkotik vasitədən istifadə etdiyi göstərilmişdir. Bu hal iş üzrə sübutların mötəbərliliyi baxımından əhəmiyyət kəsb edir. Çünki eyni bioloji material ilə bağlı ilkin nəticənin mənfi, sonrakı nəticənin isə müsbət olması sübutların əldə edilməsi, nümunənin saxlanılması, daşınması, laborator müayiənin metodikası və nəticənin formalaşdırılması prosesinin əlavə araşdırılmasını zəruri edir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXMnin 206-cı maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə əsasən narkoloji müayinə nəticəsində verilmiş ekspert rəyinə istinad etmişdir. Lakin həmin rəyin digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməsi, onun əldə edilməsi və tərtib edilməsi qaydasının qanuniliyinin yoxlanılması, habelə rəyin mötəbərliliyinə təsir edə biləcək ziddiyyətlərin aradan qaldırılması təmin edilməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçiləri şikayətlərin dəlillərini müdafiə edərək, şikayətlərin məzmununa uyğun çıxış etdilər və şikayətlərin təmin olunmasını xahiş etdilər. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayətlər təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmiş, eyni zamanda işin hallarından göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 206-cı maddəsinin tövsif məsələsini və ona dövlət hesabına müdafiəçisinin təyin olunmamasını mübahisələndirir. Belə ki, hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, birinci instansiya məhkəməsi iş materialına ## ###### 2026-cı il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş ## ###### 2026-cı il tarixli rəyi əsas götürərək onun IXM-nin 206-cı maddəsi ilə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə onu da qeyd edir ki, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında ## ###### 2026-cı il tarixli Protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyindən THC aşkar edildiyi göstərilmiş, həmçinin ## ###### 2026-cı il tarixli rəydən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olmuş, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür, həmin rəy səlahiyyətli tibb müəssisəsi tərəfindən tərtib edilmiş, qanunvericiliyin tələblərinə uyğun əldə olunmuş ona görə də həmin rəyin əksini təkzib edə biləcək mötəbər sənəd müdafiə tərəfindən təqdim olunmamışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Gəncə şəhər 1-ci X1 Şərifov tərəfindən verilmiş imtina ərizəsindən görünür ki, o, dövlət hesabına müdafiəçi təyin olunmasından imtina etmiş və o, öz hüquqlarını bilir və özü sərbəst şəkildə müdafiə etməyi bacarır (İ cild, i.v.3). Belə olan halda şikayətin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmiş, ona görə də barəsində təyin edilmiş inzibati həbs tənbeh tədbirindən azad olunmasına və iş üzrə icraata xitam olunmasına əsas olan xüsusatlar hazırda mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, şikayətlər təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar