Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-591/2026 01.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X4 İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X4 İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının tamamilə ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X4 İdarəsi tərəfindən ona ünvanlanmış ##.##.2026-cı il tarixli, № **-3-3/2-739/2026 yazılı göstəriş, poçt bildirişinə əsasən onun tərəfindən yalnız ##.##.2026-cı il tarixdə şəxsən qəbul edilmişdir. Bununla belə, "açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamlarla bağlı tərtib olunmuş yazılı göstərişin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılması barədə" **** saylı akt da məhz ##.##.2026-cı il tarixi ilə tərtib edilmiş və orada artıq onun tərəfindən göstərişin icra edilmədiyi qeyd olunmuşdur. Bu, məntiqi və hüquqi baxımdan mümkün deyildir: ona hələ çatdırılmamış (və hətta eyni gün tərtib olunmuş) göstərişin icrası həmin göstərişin tərtib edildiyi gün yoxlanıla bilməz. Bu ciddi ziddiyyət **** saylı aktın etibarlılığına, deməli, ona istinadən formalaşdırılmış bütün sübut bazasına əsaslı şübhə yaradır. Məhkəmə bu ziddiyyəti araşdırmamış, ona hüquqi qiymət verməmiş və qərarında əks etdirməmişdir ki, bu da İXM-in 84-cü maddəsində (sübutların hərtərəfli, tam və obyektiv araşdırılması prinsipi) nəzərdə tutulmuş tələbin pozulması deməkdir. Qərarda göstərilir ki, ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol "onun iştirakıyla" tərtib olunmuşdur. Ümumiyyətlə onun iştirakı ilə heç bir protokol tərtib edilməyib. O, məhkəmə iclasında verdiyim izahatda bunun əksini bildirmişdir. Ona heç bir bildiriş gəlməmiş, heç bir sənəd təqdim edilməmiş, heç nə imzalatmamışlar. Reklam Agentliyinin əməkdaşları yalnız video çəkiliş aparmış, onun iştirakıyla hər hansı protokol tərtib edilməmişdir. Anlaşılır ki, protokol tərtib edən şəxs ümumiyyətlə həmin yerdə olmayıb, sadəcə iş yerində oturub protokol yazıb. Bu iki bir-birinə zidd iddianı təsdiq və ya təkzib edən heç bir əlavə sübut (mənim imzam, şahid ifadəsi, video-audio yazı və s.) iş materiallarında yoxdur və məhkəmə qərarında bu barədə heç bir əsaslandırma verilməmişdir. Beləliklə, protokolun onun iştirakıyla tərtib edildiyi iddiası sübuta yetirilməmiş qalır. Protokol onun iştirakıyla tərtib edilmədiyinə görə İXM 78, 100.3, 100.4-cü maddəsində nəzərdə tutulan hüquqlarımdan da məhrum edilmişdir. Qərarda onun vəzifəli şəxs sayıldığı açıq şəkildə əsaslandırılmamışdır. Qərarda yalnız İXMin 17-ci maddəsinin qeydinə istinad edilir (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəzifəli şəxs sayılması), lakin onun həqiqətən həmin obyektdə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi faktı ayrıca sübut edilməmiş, yalnız "vergi ödəyicisi kimi uçotda olmağı" əsas götürülmüşdür. Vergi uçotunda olmaq faktı avtomatik olaraq konkret obyektdə fəaliyyətin bilavasitə həyata keçirilməsini və ya reklamın yerləşdirilməsinə görə şəxsi məsuliyyəti sübut etmir. O, sadə kənd sakinidir və yanacaqdoldurma məntəqəsində işləyir.Bu səbəbdən, ona tətbiq edilmiş cərimə məbləği hüquqi cəhətdən əsaslandırılmamışdır. Bu halları nəzərə alaraq məhkəmənin qərarının tamamilə ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Apellyasiya instansiyası iclasında inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsi şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək təmi edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya instansiyası iclasında mütəxəssis qismində dindirilən X3 öz ifadəsində bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində protokol tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Reklam qanunvericiliyinə əsasən açıq məkanda 1 kvadrat metrdən sonra yerləşdirilmiş reklama görə ödəniş hesablanır. 2019-cu ildə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs reklam lövhələri ilə bağlı məsuliyyətə cəlb olunmuş, lakin reklam lövhələrini söktüyü üçün işə xitam verilmişdir. 2025-ci ildə yenidən reklam lövhələri yerləşdirdiyi üçün barəsində protokol tərtib olunmuşdur. Qiymətlər yazılan lövhəni reklam kimi qəbul edilib edilməməsi məsələsinə gəldikdə həmin lövhələr reklam sayılır və digər yanacaq doldurma məntəqələri ilə həmin lövhələrə görə ödəniş edilməsi ilə bağlı icazə sənədləridə mövcuddur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, habelə tərəfləri dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması” barədə ## #### 2026-cı il tarixli, ***** saylı “akt”dan görünür ki, X4 İdarəsinin əməkdaşları Səbuhi Hüseynov və Anar Seyidov tərəfindən ünvan 1 ünvanında fəalliyyət göstərən “RET Petrol” adlı sahibkarlıq obyektində vergi ödəyicisi kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icazəsiz reklam yayını etdiyi müəyyən olunmuş və bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq “RET Petrol” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində akt tərtib olunmuşdur; - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X4 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” ## #### 2026-cı il tarixli yazılı göstərişdən görünür ki, ünvan 1ndə yerləşən “RET Petrol” obyektinin sahibkarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “RET Petrol” adlı obyektdə açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazənin alınması üçün idarəyə müraciət etməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilmişdir; - Poçt göndərişinin verilməsi haqqında AZ**** nömrəli, ##.##.2026-cı il tarixli xəbərnamədən görünür ki, “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” ## #### 2026-cı il tarixli yazılı göstəriş *** nömrəli məktubla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmiş və həmin məktub onun tərəfindən ##.##.2026-cı il tarixdə şəxsən qəbul edilmişdir; - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X4 İdarəsi tərəfindən “açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamlarla bağlı tərtib olunmuş yazılı göstərişin tələblərinə əməl olunması vəziyyətinin yoxlanması barədə” ## #### 2026-cı il tarixli, **** nömrəli aktdan görünür ki, X4 İdarəsinin əməkdaşları X2, X3, X1 tərəfindən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında fəalliyyət göstərən “RET Petrol” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona təqdim olunmuş ##.##.2026-cı il tarixli, 11-3-3/2- ***/**** nömrəli icrası məcburi olan göstərişin tələblərini icra etməyərək reklam haqqında qanunvericiliyə zidd olaraq qanunsuz olaraq reklamları yayımlamaqda davam edir; - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X4 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ## #### 2026-cı il tarixli məktubdan görünür ki, onun barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokolun surəti ona göndərilmişdir. - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X4 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, “RET Petrol” adlı sahibkarlıq obyektində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi aşkar edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Beləliklə, iş materiallarında olan mötəbər sübutlarla müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. Eləcə də şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiya məhkəməsi işin hallarını yoxlayarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğvi üçün heç bir qanuni əsas müəyyən etmədi. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-591/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-591/2026
01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver