Məhkəmə qərarları › İş №3(3-7)-592/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-592/2026

31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-592/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 nümayəndəsi X3, Xocalı rayon prokurorunun böyük köməkçisi R X6 iştirakı ilə Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru-vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 IXM-nin 192.1ci maddəsi ilə təqsirli bilinməsinə dair Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: ##.##.2026-cı il tarixli Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru-vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işğaldan azad edilmiş Xocalı rayonunun Daşbulaq kəndində X5 ##.##.2026-cı ildən ##.##.2026-cı ilədək usta, X4 ##.##.2026-cı ildən ##.##.2026-cı ilədək fəhlə qismində işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Niftəliyev Mahir) ilə hüquqi ünvanı ünvan 1 hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC (VÖEN **********) Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, iyirmi min manat məbləğində inzibati cərimə , vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilmişdir. IŞIN HALLARI: X5 izahatında göstərmişdir ki, 2026-cı ilin mart ayında Xocalı rayonunun Daşbulaq kəndi ərazisində fəaliyyət göstərən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də usta işləyən tanışı X7 (tel: 055-875-73-74) ona həmin kənddə iş olduğunu bildirmişdir. ## #### 2026-cı il tarixdə Xocalı rayonunun Daşbulaq kəndinə gəlmiş, Muxtar Bayramov onu Azad Axundovla tanış etmiş və şirkətdə işlərə nəzarət edəcək şəxs olduğunu bildirmişdir. ## #### 2026-cı il tarixdən etibarən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də usta olaraq işə başlamışdır. Işə qəbul edilərkən Azad Axundovdan şirkətlə nə zaman əmək müqaviləsinin bağlanacağını soruşmuş, sonuncu isə əmək müqaviləsinə ehtiyac olmadığını, həmin xüsusata daha sonra baxacağını bildirmişdir. Onun təkidlərindən sonra # ##### 2026-cı il tarixdə onunla şirkət arasında əmək müqaviləsi bağlanmışdır. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC onu 7-8 gün ərzində əmək müqaviləsi olmadan işlərə cəlb etmişdir. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC onu 7-8 gün ərzində əmək müqaviləsi olmadan işlərə cəlb etmişdir. ## ##### 2026-cı il tarixədək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də usta kimi işləməyə davam etmiş, lakin, həmin müddət ərzində Azad Axundov tərəfindən əməkhaqqı verilməmişdir. Xocalı rayonunun Daşbulaq kəndində işləyəməyə gələrkən X7 vasitəsilə X4 həmin şirkətdə çalışdığını görmüşdür. Eyni rayondan olduqları üçün münasibətləri olmuşdur. Amil Hüseynov da ## #### 2026-cı il tarixdən ## ##### 2026-cı il tarixdək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də işlərə cəlb edilmiş, lakin şirkətlə sonuncunun arasında bildiyi qədərilə əmək müqaviləsi bağlanmamışdır. X4 izahatında göstərmişdir ki, 2026-cı ilin mart ayında Xocalı rayonunun Daşbulaq kəndi ərazisində fəaliyyət göstərən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də usta işləyən tanışı X7 (tel: 055-875-73-74) ona həmin kənddə iş olduğunu bildirmişdir. ## #### 2026-cı il tarixdən etibarən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də fəhlə olaraq işə başlamış, işə qəbul edilərkən Azad Axundovdan şirkətlə nə zaman əmək müqaviləsinin bağlanacağını soruşmuş, sonuncu isə əmək müqaviləsinə ehtiyac olmadığını, həmin xüsusata daha sonra baxacağını bildirmişdir. ## ##### 2026-cı il tarixədək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də fəhlə kimi işləməyə davam etmişdir. Xocalı rayonunun Daşbulaq kəndində işləyərkən X7 vasitəsilə ## #### 2026-cı il tarixdə X5 da işləmək üçün şirkətə gəlmiş və həmin tarixdən usta kimi şirkətdə işə başlamışdır. X8 # ##### 2026-cı il tarixədək, onunla isə ümumiyyətlə əmək müqaviləsi bağlamadan onları işlərə cəlb etmişdir. X2 izahatında göstərmişdir ki, 2022-ci ildən "xxxx" MMC-də menecer vəzifəsində çalışır. "xxxx" MMC Xocalı rayonunun Daşbulaq kəndi ərazisində evlərin təmiri və bərpası üzrə müvafiq işlərin icrasını öhdəsinə götürmüşdür. Lakin MMC-nin işlərinin çox olması səbəbindən şirkət rəsmi podrat müqaviləsi əsasında öhdəsinə götürdüyü işləri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə həvalə etmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru onun arvadı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1dır. Ərazidə "xxxx" MMC-nin əməkdaşı olaraq işlərə nəzarət etmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC arasında əmək müqaviləsi bağlanmışdır. Elnur Bayramovun göstərdiyi xüsusatlar həqiqət deyildir. Sonuncu ## #### 2026-cı ildən deyil, # ##### 2026-cı ildə əraziyə gəlmiş, gəldiyi gün isə şirkətlə arasında əmək müqaviləsi bağlanmışdır. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 özünü müdafiə xarakterli izahat verərək göstərmişdir ki, 2024-cü ilin avqust ayından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də direktor vəzifəsində çalışır. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC podrat müqaviləsi əsasında "xxxx" MMC-dən Xocalı rayonunun Daşbulaq kəndi ərazisində evlərin təmiri və bərpası üzrə müvafiq işlərin icrasını öhdəsinə götürmüşdür. X1 "xxxx" MMC-nin meneceri vəzifəsində çalışır. X5 ## ##### 2026-cı il tarixdən ərazidə faktiki işləri icra edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC arasında əmək müqaviləsi bağlanmışdır. Elnur Bayramovun göstərdiyi xüsusatlar həqiqət deyil. Sonuncu ## #### 2026-cı ildən # ##### 2026-cı ildə əraziyə gəlmiş, gəldiyi gün isə şirkətlə arasında əmək müqaviləsi bağlanmışdır. Materiala əlavə edilmiş ##.##.2026-cı il tarixli, *-*-***/*-******/** nömrəli protokoldan görünür ki, “X20 Sistemi"-nin (EPIS) "Elektron Sorğu" modulunun "Əmək müqavilələri” bölməsindən sorğu edilmiş məlumatlara baxan zaman X5 ilə ##.##.2026-ci il tarixdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC arasında əmək müqaviləsi bağlandığı, lakin X4 ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ilə arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlanmadığı müəyyən edilmişdir. Inzibati xəta haqqında materiala baxan Ağdam Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru tərəfindən şikayət verilərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, belə ki, işdə adı çəkilən Hüseynov Amil ümumiyyətlə şirkətdə işçi kimi nə rəsmi nə də qeyri rəsmi işləməmişdir. Elnur Bayramov özü bir neçə dəfə şirkətə işlə bağlı müraciət etmiş və onunla ##.##.2026-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır. Elnur Bayramov və Amil Hüseynovun müraciətləri əsasında iş materialı toplansa da, lakin heç bir araşdırma aparılmamış və onların həqiqətən şirkətdə qeyri rəsmi olaraq işçi kimi çalışmaqları faktı sübut olunmamışdır. Qeyd olunanları Elnur Bayramov və Amil Hüseynov məhkəməyə dəvət olunaraq izahatları ilə təsdiq edə bilərlər. Bu səbəblərdən birinci instansiya məhkəməsinin haqqında qəbul etdiyi cərimə qərarı tam qanunsuzdur. Odur ki, şikayətin təmin olunmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 nümayəndəsi Vaqif Zöhrabov şikayətin dəlillərində göstərilən xüsusatlara uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, Protokolu tərtib edən orqan izahatı alınmış işçilərlə elektron əmək müqaviləsi vaxtında imzalanaraq sistemə vaxtında yüklənmişdir. Verilmiş suala cavab olaraq o, hazırda həmin elektron əmək müqaviləsini təqdim edə bilmədiyini göstərdi. Məhkəmə iclasında iştirak edən Protokolu tərtib edən orqan izahatı alınmış X5 izahatında prokurorluqda verdiyi izahatı yenidən təsdiq edərək müqaviləsiz işlərə cəlb ounduğunu göstərmişdir. Məhkəmə iclasında iştirak edən Xocalı rayon prokurorunun böyük köməkçisi Hikmət Əsədov şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb, eləcə də tərəflərin çıxışını dinləyib hesab edir ki, şikayət təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi qeyd edir ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən X5 və X4 əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi mötəbər sübutlarla öz təsdiqini tapır. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə iş materialına əlavə edilmiş sənədləri və işlərə cəlb edilmiş işçilərin izahatlarını, eyni zamanda həmin işçilərin qərəzli izahat vermələrini şübhə altına alan mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən yuxarıda qeyd edilən xüsusatları təkizb edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayətində göstərdiyi dəlillər özünü müdafiə etmə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ ## ####### 2023-cü il tarixli Plenum qərarında qeyd edilir ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Belə ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun direktoru (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ilə işçilər Elnur Bayramov və Amil Hüseynov arasında faktiki olaraq əmək münasibətləri mövcud olsa da, həmin əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən fiziki şəxsləri işlərin görülməsinə cəlb etmişdir. Həmçinin, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən plenum qərarında birbaşa vurğulanır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Göründüyü kimi yerinə yetirilən işlər (xidmətlər) hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də Xocalı rayonunun Daşbulaq kəndində evlərin təmiri ilə bağlı usta və fəhləlik kimi işlərə cəlb edilməsi işəgötürənin əsas fəaliyyət sahəsinə aid olduğuna görə birinci instansiya məhkəməsinin hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun direktoru (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 törətmiş olduğu əməli düzgün olaraq IXM-nin 192.1-ci maddəsi ilə tövsif etməsi barədə gəldiyi nəticə əsaslı və qanunidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin direktorunun şikayətində göstərdiyi xüsusatlar inzibati məsuliyyətdən yayınma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası IXM-nin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı olara yuxarıda qeyd edilən Plenumun qərarının mövqeyindən çıxış edərək hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun direktoru (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 törətmiş olduğu əməllərə bir icraat daxilində baxaraq qərar qəbul etmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar