Məhkəmə qərarları › İş №3(3-7)-593/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-593/2026

27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-593/2026 27.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə, Hüseynov İsgəndər Dayandur oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Hüseynov İsgəndər Dayandur oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib, qırx manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Hüseynov İsgəndər Dayandur oğlu məhkəməyə şikayət ünvanlayaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilməməsi, Hüseynov İsgəndər Dayandur oğlunun barəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin və DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli EQ ******** nömrəli qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında və birinci instansiya məhkəməsinin qərarında hadisənin qeydə alındığı tarix və vaxt ##.##.2026-cı il saat 15:46:42, elektron qərarın qəbul edildiyi vaxt isə ##.##.2026-cı il saat 10:22:27 kimi göstərilmişdir. Bu iki vaxt arasında 18 saat 35 dəqiqə 45 saniyə fərq vardır. Birinci instansiya məhkəməsi şikayətimdə qaldırılan xüsusi texniki vasitənin statusu, real vaxt rejiminin pozulması, tam videoyazının təqdim edilməməsi, fotoşəkillərin pozuntunu birmənalı təsdiq etməməsi və məhkəmə aidiyyəti barədə dəlilləri qərarın təsviri hissəsinde sadalamış, lakin həmin dəlillərə ayrıca hüquqi və sübut əhəmiyyəti daşıyan qiymət verməmişdir. İş materiallarında pozuntunu qeydə aldığı bildirilən qurğu yalnız "TŞ6-010" kodu ilə göstərilmişdir. Qurğunun modeli, istehsalçısı, sertifikat nömrəsi, metroloji yoxlamadan keçmə tarixi, yoxlamanın qüvvədəolma müddəti, ölçmə və görüntü imkanları, habelə DİN-in mərkəzi informasiya sisteminə inteqrasiya statusu barədə sənəd təqdim edilməmişdir. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati tənbehetmə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə gəlməəyn tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-ci maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Apellyasiya şikayətində qeyd edilən əsaslar yalnız mülahizədən ibarətdir, heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan iş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Hüseynov İsgəndər Dayandur oğlunun idarə etdiyi VAZ-2106 markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Z.Bünyadov prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsi Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan hərəkt etmişdir. Beləliklə, İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (təhlükəsizlik kəmərindən qaydalarının pozulması) törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 37-cı maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasənkonstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motodəbilqəni düymələməli və sərnişinlərin də motodəbilqəni düymələməsini təmin etməlidir. Bununla belə, iş materiallarında olan elektron protokol və ona əlavə edilmiş foto-şəkildən görünür ki, Hüseynov İsgəndər Dayandur oğlu tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Beləliklə, məhkəmə apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, iş materiallarında olan sübutlara əsasən onun tərəfindən müvafiq qayda pozuntusu edilməsi təsdiqini tapmışdır. Həmçinin şəxsin məsuliyyətə cəlb edilməsini istisna edən hallar da mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cы maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hüseynov İsgəndər Dayandur oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar