Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-594/2026 20.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi Quliyev Anar Elcan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs Protokolu tərtib edən orqan İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (hakim T.V.Nüsrətov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilmsəində təqsirli bilinərək, İXM-nin Məcəllənin 34.3-cü maddəsinə əsasəb 15 (on beş) gün müddətində inzibati həbs edilməsi, həbsetmənin əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, 13 avqustl 2026-cı il tarixdə Xamkəndi şəhəri " Şah əsəri " restoranında ad günü məclisində olduğu zaman tanışı Rauf sevgili olduğu Arzu adlı qız ilə iştirajk edirdilər. Onlar restoranda olanda Arzunun anası oraya gəlib Raufla mübahizə edərtək qızı Arzunu evə aparmaq istədi. Bu zaman Arzunun anası Raufla mübahisəyə başladı. O həmin mübahisəyə müdaxilə edərək onları ayırıb sakitləşdirməyə başladı. Bu zaman əvəllər tanımadığı Xakəndi şəhər pois idarəsinin əməliyyatçısı Arif adlı şəxs ona qarşı müdaxilə edərək sanki niyə mübahisəsin sakitləşdirməyini bildirmək istədi. Bu zaman bir polus serjantı orada araya girdi. Dalaşma sakitləşəndə Arif və digər polis işçiləri mübahisə edənlərdən Raufu və heç bir günahı olmadığına baxmayaraq zor tətbiq edərək onu polis avtomobilinə otuirdub polisə apardılar. Orada onu döyərək guya xuliqanlıq etməsi və polisə müqavimət kimi sənədləşdirməklə barəsində 14.08.20216-ci il tarixdə məhkəmə qərarı 15 gün müddətinə inzibati qaydada həbs qərarı verildi. Həmin vaxtı restoranın qabağına gələn qardaşı Elvinə də zor tətbiq edərək avtomobilə oturdaraq polisə gətirdilər. Onların hər iklisinə zor tətbiq edibləır. Onuin heç bir günahı olmayıb, mübahisəni sakitləşdirmiş və heç bir polis əməkdaşınınin tələblərini pozmamışdır. Həmin görüntüləri restoranın kamera görüntülərindən əldə etmək olar, əgər polis əməkdaşları o görüntüləri silməmişlərsə. O, bunu məhkəmədə demişdir. Qardaşı isə heç hadisə zamanı orada olmadığına baxmayaraq onun barəsində də 20 gün müddətinə inzibati həbs seşilmişdir. Barəsində inzibati qaydada həbs seşilməsinə dair qərar nə ona, nə də ki ailə üzvlərinə təqdim ounmadığına görə qərardan vaxtında şikayət edə bilməmişlər. Həmin qərar əsassız və qanuna zidd olduğuna görə ləğv olunmaqla həbsdən azad olunmalıdır. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, məhkəmənin qərarı ləğv edilməklə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs Protokolu tərtib edən orqan İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi R X1 apellyasiya şikayətinə etiraz edərək şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdıraraq və təqdim olunmuş inzibati materialı nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları əsasında işin faktiki halları kimi müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə, təxminən saat 22:20 radələrində Xankəndi şəhər ərazisində yerləşən “Şah Əsəri” restoranında mübahisə edərək, uca səslə səsküy salıb, ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan Protokolu tərtib edən orqan İstintaq Bölməsinin müstəntiqi, R Əsgərov Amin tərəfindən Protokolu tərtib edən orqan rəisi R Zaur Nəsirova ünvanlanmış *-**- ***/*-****/**** saylı, ## ###### 2026-cı il tarixli raportdan görünür ki, ## ###### 2026-cı il tarixdə, təxminən saat 22:20 radələrində Xankəndi şəhər ərazisində yerləşən “Şah Əsəri” restoranında vətəndaşlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X3, X2 və X4 mübahisə edərək, uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişlər. İş materiallarında olan ## ###### 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X3, X2 və X4 əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti onların əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 157, 206, 510.1 və 535.1-ci maddələrinin tərkib əlamətləri olduğu üçün barələrində həmin maddələr ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Protokolu tərtib edən orqan İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan ## ###### 2026-cı il tarixli, BB *** №-li “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədilə ## ###### 2026-cı il tarixdə, saat 18:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan ## ###### 2026-cı il tarixli, MN ******* №-li “İnzibati xəta haqqında” protokoldan görünür ki, həmin protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə, təxminən saat 22:20 radələrində Xankəndi şəhər ərazisində yerləşən “Şah Əsəri” restoranında mübahisə edərək, ünvansız uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və bununla İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuşdur. İş materiallarında olan ## ###### 2026-cı il tarixli, MN ******* №-li “İnzibati xəta haqqında” protokoldan görünür ki, həmin protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə, təxminən saat 22:20 radələrində Xankəndi şəhər ərazisində yerləşən “Şah Əsəri” restoranında mübahisə edərək, uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlədib xuliqanlıq edərkən, hadisə yerinə gələn polis əməkdaşlarının onun bu hərəkətlərinin qarşısının alınması ilə bağlı qanuni tələbinə qəsdən tabe olmaması və bununla İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuşdur. İXM-nin 510.1-ci maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbsin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbsin tətbiq olunması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində qeyd edilən material əsasında inzibati xəta haqqında işə baxılaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli məhkəmə tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilməklə o, həmin maddələrlə təqsirli bilinmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halında hüquqi qiymət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə tam sübuta yetirilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İkinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə barəsində icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin, şahidlərin izahatlarını işin bütün halları ilə müqayisəli şəkildə tədqiq edərək hərtərəfli, tam və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirmişdir. Həmin sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməlləri törətməsi təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətaları törətməsi birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş sübutlarla təsdiq edildiyindən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilib ona İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbehi tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əmələ görə inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətaların xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, yəni 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab etmiş, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh təyin etmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, eləcə də təyin edilmiş tənbehin yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur. İXM-in 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-594/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-594/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver