Məhkəmə qərarları › İş №3(3-7)-595/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-595/2026

20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-595/2026 20.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə MÜƏYYƏN ETDI: ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 22:00 radələrində Xankəndi şəhəri ərazisində yerləşən “Şah Əsəri” restoranının qarşısında ictimai yerdə xırda xuliqanlıq etmişdir. Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (hakim Niyazova Səkinə) ##.##.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Laçın rayonu, Laçın şəhəri, İ.Mirzəyev küçəsi, ev 07-də qeydiyyatda olan və Xankəndi şəhərində yaşayan IŞIN HALLARI: Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbehi tətbiq edilmişdir. “Inzibati qaydada tutma haqqında” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi və saxlanılan şəxslərin azad edilməsi haqqında“ qərardan görünür ki, X1, X4 və X2 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barələrində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, həmin şəxslər barəsində IXM-nin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada tədbir görülməsi məsələsinə baxılması qərara alınmışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, ## ###### 2026-cı il tarixdə qardaşı Hüsaməddin tanışları ilə Xankəndi şəhəri "Şah əsəri " adlı restoranda keçirilən ad günü məclisində iştirak etmiş, gecə vaxtı saat 21:54-0:22 radələrində oradan keçib yaşadığı evə getmək istədikdə bu zaman restoranın qabağında adamların toplaşdıqlarını və polis işçilərinin qardaşı Hüsamədinə zor tətbiq edərək maşına tərəf apardıqlarını görmüşdür. O, maşından düşüb onlara yaxınlaşmaq istədikdə iki polis işçisi ona zor təbiq edərək heç nə deməmiş maşına basıb polisə aparmışlar. Orada onun əlini qolunu bağlayıb döyərək işgəncə vermişlər. Odur ki, qeyd edilən halların nəzərə alınaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etmiş, polis maşınında şöbəyə aparılarkən qapını açıb maşından özünü yerə atmışdır. 2026-cı ili aprel ayında Xankəndi şəhərində sərxoş halda avtomobil idarə edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə inzibati qaydada şəbs olunmuşdur. Şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmiş, eyni zamanda şikayətin dəlillərindən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi inzibati xəta əməlləri üzrə tövsif məsələsini mübahisələndirərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Belə ki, ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi və saxlanılan şəxslərin azad edilməsi haqqında“ qərardan, şahid ifadələrindən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 22:00 radələrində Xankəndi şəhəri ərazisində yerləşən “Şah Əsəri” restoranının qarşısına qardaşına görə gəlməsi, onu müdafiə etməsi və baş vermiş hadisənin iştirakçılarından biri olması, həm restoranın qarşısında həm də xidməti avtomobildə gedən zaman polisin qanuni tələblərinə tabe olmaması, özünü avtomobildən çölə atması, nalayiq ifadələr işlədərək, səsküy salaraq və təhlükəli hərəkətlərə yol verərək ictimai asayişi kobud surətdə pozması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin, qeyd olunan xüsusatların əksini təkzib edə biləcək mötəbər sübut müdafiə tərəfindən təqdim olunmamışdır. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, birinci instansiya məhkəməsi iş materialına əlavə edilmiş sənədləri və protokol, inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin izahatı, şahid ifadələrii, raportla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1, 535.1-ci maddələri ilə müəyyən edilmiş inzibati xəta hadisəsini törətməsi və həmin əməllərə görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində yüngülləşdirən halın olmaması və ağırlaşdıran hal kimi (eyni inzibati xətanı il ərzində təkrar törətməsini) nəzərə alıb barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində qeyd edilən inzibati xəta əməllərini törətmədiyini göstərsə də belə, məhkəmə sonuncunun bu hərəkətlərini inzibati məsuliyyətdən yayınması kimi qiymətləndirir. Eyni zamanda Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbehi tətbiq edilməsinə baxmayaraq, eyni inzibati xəta üzrə yenidən inzibati xəta hadisəsi törətməsi onun belə inzibati xəta əməlləri üzrə islah yoluna qədəm qoyması inandırıcı görünmür. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Apellyasiya məhkəməsi baş vermiş hadisə ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokolu tərtib edən orqan aparlarkən xidməti avtomobilin qapısı açıb özünü yerə atmasını polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirir. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmiş, ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin edilmiş inzibati həbs tənbeh tədbirinin azad olunmasına və ya iş üzrə icraata xitam verilməsinə əsas olan xüsusatlar hazırda mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar