Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-596/2026 27.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin məsləhətçi-əmək müfəttişi nümayəndə3 tərəfindən tərtib edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından X5 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsi barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsinin ##.##.2026ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və X3 Xidmətinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil ldarəsi inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, X1 şikayəti əsasında Xidmətin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən aparılan araşdırma zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinə ##.##.2026-CI il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Gəncə-Daşkəsən regional şöbəsinə verilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Elm ve Təhsil Nazirliyi yanında Məktəbəqədər ve Ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən sənədlər natamam təqdim edilmişdir. Xidmətin Gəncə-Daşkəsən regional şöbəsinə müəyyən edilmiş müddət ərzində sənədlər natamam təqdim edildiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xətanın törədilməsində təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı qənaəti əsassızdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs nümayəndəsi apellyasiya şikayəti dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında materiallarla birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya şikayətinin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatları dinləyərək məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində aparılmış araşdırmadan da göründüyü kimi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mötəbər sübutlar təqdim edilmədiyindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsində haqlı olmuşdur. Apellyasiya instansiyası zamanı da göstərilən halları təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinə şikayəti əsasında Gəncə şəhər M.Əzizbəyov adına ** nömrəli tam orta məktəbin rəhbərliyinə və məlumat üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə 3-17- 5/2- *****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub göndərilərək, şikayətin araşdırılması məqsədi ilə lazımi sənədlərin 7 iş günü ərzində idarəyə təqdim edilməsi xahiş edilmiş, Gəncə şəhər M.Əzizbəyov adına ** nömrəli tam orta məktəb tərəfindən qəbul edilmiş, 7 iş günü ərzində, yəni ##.##.2026-cı il tarixdə *** nömrəli məktubla tələb olunan sənədlər natamam şəkildə təqdim edilmişdir. Sənədlər natamam təqdim olunduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin Gəncə şəhər M.Əzizbəyov adına ** nömrəli tam orta məktəbin direktoru Vəfa Nəbiyevaya və Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimova ünvanlanmış 3-17- */*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub ünvanlayaraq inzibati xətanın elementlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq ##.##.2026-cı il tarixdə saat 10:30-da X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə və ya video konfrans vasitəsi ilə dəvət olunmuş lazımi sənədlər məktəb tərəfindən tam düzgün olaraq “mail” üzərindən ##.##.2026-cı il, saat 17:00 tarixində təqdim edilmişdir, hazırda törədilmiş inzibati xəta pozuntusu aradan qaldırılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, inzibati xəta yalnız qəsdlə törədilir, lakin tərəflərin izahatından aydın oldur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumtəhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin niyyəti sənədləri təqdim etməmək olmamışdır. Sadəcə bank tərəfindən sənədlər onlara vaxtında təqdim olunmadığı üçün obyektiv səbəbdən həmin sənədlər inzibati orqana bir neçə saat fərqlə təqdim olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsasların olmadığını tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Beləliklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumtəhsil üzrə X4- Daşkəsən Regional Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-596/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-596/2026
27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver