Məhkəmə qərarları › İş №3(3-7)-597/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-597/2026

27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-597/2026 27.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-in nümayəndəsi Nümayəndə iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli (hakim Məhəmməd Həsənli) qərarı ilə ##.##.1968-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında yerləşən qeydiyyatsız fərdi yaşayış evində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib maddənin sanksiyası çərçivəsində 75 (yetmiş beş) manat cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi, R X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün ## #### 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-in 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi mötəbər sübutlarla təsdiq edilir. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixində saat təxminən 20:40 radələrində “xxxx” MMC-ə məxsus avtobusa minərkən müharibə əlili vəsiqəsini kameraya tuşlayaraq keçmək istədikdə sürücü Şahid vəsiqənin mülki əlil vəsiqəsi olduğunu bildirərək onunla mübahisəyə başlamışdır. Təkrar vəsiqəni bir də kameraya tuşlayaraq vəsiqəsinin qanuni müharibə əlili vəsiqəsi olduğunu bildirmişdir. Yenə də sürücü buna məhəl qoymayaraq onunla mübahisəni davam etdirmiş, o da keçib arxa oturacaqda oturmuşdur. Yaşadığı ünvanda, yəni Tofiq Bağırov küç.136 ünvanında dayanacaqda düşmək istəsə də sürücü qapıları açmamışdır. Stop düyməsinə dəfələrlə bassa da sürücü buna məhəl qoymayaraq, düşməsinə imkan verməmişdir. Növbəti digər dayanacaqlarda da avtobusda başqa sərnişin olmadığından onun avtobusdan düşməyisinə sürücü imkan verməmişdir. Onu hədələyərək sonuncu dayanacağadək aparmışdır. Təxminən 40 dəqiqə onu avtobusda girov kimi saxlamışdır. Sonuncu dayanacaqda dispeçerin müdaxiləsindən sonra o avtobusdan düşə bilmişdir. ##.##.2026-cI il tarixində Gəncə şəhər 1-ci Polis Şöbəsinə dəvət olunmuş, onu İTB-nin rəisinin otağına dəvət etmişlər. Otağa daxil olarkən ondan şikayətçi olan “xxxx” MMC-in hüquqşünası Nümayəndə və İTB-nin rəisinin bir masada çay içdiklərini görmüşlər. Otaqda İTBnin rəisi dərhal onu təhqir etmiş, onu təhqir etdiyinə görə iradını bildirdikdə o polis sahə rəisi X3 xahiş etmişdir ki, ona qarşı polisə müqavimət maddəsini də tətbiq etsin. Polisə dəvət edilərkən izahat verməsini, sürücü Şahid qarşı şikayətçi olduğunu, eyni zamanda qarşı tərəfdən də izahat alınmalı olduğunu bildirsə də, buna məhəl qoymamışlar. Heç bir istintaq hərəkətləti aparılmadan barəsində protokol tərtib edilərək hakim qarşısına çıxarılmışdır. Mübahisə zamanı hadisə yerində o və sürücü X2 olmuşdur. Hadisə zamanı orada olmayan, üzünü görmədiyi Nümayəndə barəsində şikayətçi olmuşdur. Özü 2-ci qrup Qarabağ Müharibəsi əlilidir, Daxili İşlər Nazirliyinin müharibə veteranıdır. Xidməti vəzifəsini icra edən zaman polis övladı şəhid olmasına görə nevroloji xəstə olduğundan Gəncə Şəhər psixo-nevrolji dispanserdə qeydiyyatda olmaqla müalicə alır. X1 Xüsusi Təyinatlı Qüvvələrinin zabitidir, digər oğlu Fərid fiziki qüsurlu olaraq onun himayəsindədir. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayəti təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, heç bir inzibati xəta törətməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin nümayəndəsi şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 510.1-ci maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkəti İXM-nin 510.1-ci maddəsinin təsiri altına düşür. Belə ki, mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan hakim inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərlə, habelə şahidlərin izahatları ilə İXM-in 510.1 –ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsinin baş verməsini sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilərək, barəsində 75 (yetmiş beş) manat məbləğdə cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. İş materiallarında olan 01 ədəd “DVD” diskdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat təxminən 20:40 radələrində Gəncə şəhər, “xxxx” MMC-yə məxsus 77- JZ-493 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə minərək sürücünün ünvanına nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Yuxarıda qeyd olunanlara qiymət verərək hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 510.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibinin olması və onun həmin xətanı törətməkdə təqsirli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin hallarından görünür ki, inzibati xəta hadisəsi material üzrə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi apellyasiya şikayətində yalnız Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir qanunsuz hərəkət etməməsi qeyd edilsə də, iş materiallarında olan “DVD” diskdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat təxminən 20:40 radələrində Gəncə şəhər, “xxxx” MMC-yə məxsus 77- JZ-493 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə ictimai asayişi pozması görünür. Həmçinin birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati tənbeh tətbiq etmişdir. Apellyasiya şikayətində qeyd edilən əsaslar yalnız mülahizədən ibarətdir, heç bir sənədlə öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cы maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar