Məhkəmə qərarları › İş №3(3-7)-598/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-598/2026

31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-598/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Səfərova Aynur) qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Qərarından şikayət verilən orqan Yol patrul xidmətinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Işdə olan ##.##.2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 19:50-də idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Göygöl rayonu, Çaykənd kəndi, Məhəmməd Füzuli küçəsində hərəkətdə olarkən sərnişin daşıma qaydalarını pozmuşdur. Buna görə də barəsində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib olunmuşdur. Işdə olan CD diskdəki video görüntülərin tədqiqindən müəyyən olunmuşdur ki, yol patrul xidmətinin əməkdaşı “Hyundai Sonata” minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünə yaxınlaşır. Videogörüntüdə sürücünün Qərardan şikayət verən orqan (şəxs) olduğu müəyyən olunur. Yol patrux xidməti əməkdaşı tərəfindən sürücüyü törətdiyi inzibati xətanın mahiyyəti hərəkətdə olarkən uşağın maşının kabinəsindən kənarda, oturmaq üçün nəzərdə tutulmayan yerdə daşınması, bununla da sərnişin daşıma qaydalarının pozulması izah olunduqda, sürücü təkzib etməyərək, uşağın nəzarətdə olduğunu, hava isti olduğunu bildirir. Polis əməkdaşı bunun qaydalara zidd olduğunu bildirdikdə, sürücü cavabında hava almamalıdır, nəfəs almamalıdır deyə iradını bildirir. Barəsində inzibati xəta ilə bağlı tədbir görülməsi üçün özünü təqdim etməsi tələb olunduqda, yalnız adını təqdim edərək, həmin ərazidən uzaqlaşır. Inzibati xəta haqqında materiala baxan Göygöl Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərarla razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Babək Vediyev apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il saat 19:50 radələrində Çaykənd-Göygöl yolu Göygöl rayonu istiqamətində hərəkətdə olarkən Qərarından şikayət verilən orqan Yol-Patrul Xidmətinin əməkdaşı (qərarda göstərilmiş R X2) etibarnamə ilə idarə etdiyi qara rəngli "HYUNDAI SONATA" markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq və ona dedi ki, uşaq başını maşının panarama luktan çıxarıb. Bu səbəbdən saxlamışdır. O isə öz növbəsində etirazını bildirdi və dedi ki, uşaq başını lukdan çıxarmayıb, ona hadisə ilə bağlı video görüntü və ya şəkil təqdim etsin. Yol Polis əməkdaşı ona heç bir video görüntü və ya şəkil təqdim etmədi və ondan adını soruşdu, o, adını dedi və dedi get. Bundan sonra o, yoluna davam etdi. Bir neçə dəqiqədən sonra elektron ünvanına cərimə barədə bildiriş gəldi. Odur ki, şikayətin təmin olunmasını xahiş edir. PROSSESUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətində göstərdiyi xüsusatlara uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokol, ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərar, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən yol polisi şöbəsinə sorğu verilmiş və sorğuya cavab olaraq göndərilmiş CD diskdəki video görüntülərin tədqiqindən müəyyən olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. Hazırki iş üzrə iş materialında olan sənədləri və CD diskdəki video görüntüləri şübhə altına mötəbər sübutlar təqdim olunmamışdır. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayətində göstərdiyi xüsusatları təsdiq edən mötəbər sübut təqdim etməmiş, ümumiyyətlə həmin dəlillər iş materialında olan sənədlərlə və CD diskdəki video görüntüdən təkzib olunur. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinə və apellyasiya məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində mübahisələndirdiyi hallar formal mülahizələr və subyektiv fərziyyələrdən ibarət olduğuna görə şikayətdə qeyd edilən dəlillərin əsassız olması iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan hüquq normasını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar