Məhkəmə qərarları › İş №3(3-7)-599/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-599/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-599/2026 21.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs İbrahimova Nailə Arzu qızının iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Samux Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 3(5-153)- ***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayılov Tural Ələsgər oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ## ###### 2026-cı il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Samux Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (FİN *******) oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilməsi, inzibati həbsdə olmanın əvvəlinin ##.##.2026-ci il tarixdən saat 17:10- dan hesablanması qərara alınmışdır. İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs bildirdi ki, borcunu tam olaraq ödəmişdir, buna görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında zərərçəkmiş şəxs bildirdi ki, aliment borcu tam olaraq ödənilmişdir, hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir şikayət və tələbi yoxdur, buna görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, İXM-nin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Həmin maddənin qeydinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Samux Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat alimenti İbrahimova Nailə Arzu qızına ödəməlidir. ##.##.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. ##.##.2022-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin *(***)-***/**** saylı qərardadının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayılov Tural Ələsgər oğlu tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Samux Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli, *(***)-***/**** nömrəli icra sənədi üzrə 1650 (bir min altı yüz əlli) manat aliment borcu vardır. Zərərçəkmiş şəxs İbrahimova Nailə Arzu qızı tərəfindən tərəfindən Samux Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş ərizənin mahiyyətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixədək 1650 manat məbləğində aliment borcu tam olaraq ona ödənilmiş və hazırda ona aliment borcu qalmayıb, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Yuxarıda qeyd olunanlardan aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Samux Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli icra sənədi üzrə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli protokolda qeyd olunan aliment borcunu tam olaraq ödəmişdir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilən səbəblərdən apellyasiya şikayəti təmin edilməli, Samux Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli 3(5-153)- ***/**** nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Samux Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 3(5-153)- ***/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal həbsdən azad edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar