Məhkəmə qərarları › İş №3(3-7)-600/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-600/2026

22.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-600/2026 22.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Cəniyeva (Bağırova) Esmira Eldar qızının iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 3(5-163)- ***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati həbs edilməsi, inzibati həbsə alınmanın əvvəlinin ## ###### 2026-cı il tarixdən, saat 10:00-dan hesablanması qərara alınmışdır. İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs bildirdi ki, borcunu tam olaraq ödəmişdir, buna görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında zərərçəkmiş şəxs bildirdi ki, aliment borcu tam olaraq ödənilmişdir, hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir şikayət və tələbi yoxdur, buna görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, İXM-nin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Həmin maddənin qeydinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən ##.##.2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından ##.##.2022-ci il tarixdə anadan olmuş Uğur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməsi qət edilmişdir. ##.##.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 2(062)- ****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- ****/**** nömrəli icra sənədi üzrə 1630 (bir min altı yüz otuz) manat aliment borcu vardır. İşə apellyasiya icraatında baxılarkən təqdim edilmiş “Mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş ##.##.2026-cı il tarixli, ***** nömrəli qəbzin surətindən görünür ki, C******* E****** E***** qızına məxsus 41697388******** nömrəli bank kartına 400 (dörd yüz) manat mədaxil edilmişdir. “Mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş ##.##.2026-cı il tarixli, ***** nömrəli qəbzin surətindən görünür ki, C******* E****** E***** qızına məxsus 41697388******** nömrəli bank kartına 1000 (bir min) manat mədaxil edilmişdir. Həmçinin “birbank” mobil tətbiqindən ##.##.2026-cı il tarixli qəbzin çıxarışından görünür ki, Cəniyeva (Bağırova) Esmira Eldar qızına məxsus bank kartına 230 manat mədaxil edilmişdir. Zərərçəkmiş şəxs Cəniyeva (Bağırova) Esmira Eldar qızı tərəfindən işə baxılarkən təqdim edilmiş ərizənin mahiyyətindən görünür ki, 2026-cı ilin avqust ayına qədər yığılmış aliment məbləği tam olaraq ödənilmiş və hazırda heç bir şikayət və tələbi yoxdur iş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli protokolda qeyd olunan aliment borcunu tam olaraq ödəmişdir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilən səbəblərdən apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli 3(5-163)- ***/**** nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 3(5-163)- ***/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal həbsdən azad edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar