Məhkəmə qərarları › İş №3(3-7)-601/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-601/2026

27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-601/2026 27.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin sədri Əli Toğrul Məhəmməd oğlu Azərbaycan Republikası DIN Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş materiallar üzrə, birinci instansiya məhkəmələri arasında məhkəmə aidiyyəti ilə əlaqədar yaranmış fikir ayrılığına dair məsələyə baxaraq MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin Mərkəzi Informasiya Sistemi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM) 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayət verməklə Imişli Rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Şikayət Imişli Rayon Məhkəməsinin icraatına ## ###### 2026-cı il tarixdə daxil olmuşdur. Imişli Rayon Məhkəməsinin (hakim O.Ə.Mahmudov) ## ###### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı ilə şikayət, buraxılmış müddətin bərpası barədə vəsatət (o cümlədən şikayətin icraata qəbul edilməsinin mümkünlüyü məsələsi) və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda göstərilmişdir ki, şikayət verilmiş qərar IXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş elektron qərar deyildir, belə ki, qərarda xüsusi texniki vasitənin məlumatları, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli və yerləşdiyi yer barədə məlumatlar göstərilməmiş, qərara unikal nömrə verilməmiş və o, elektron imza ilə təsdiqlənməmişdir; qərarın nömrəsi elektron sistem tərəfindən verilməmiş, şikayətçi tərəfindən əlavə edilmiş nüsxədə həmin hissə boş saxlanılmışdır. Bu qənaətdən çıxış edərək Imişli Rayon Məhkəməsi IXM-in 129.1.3-cü maddəsinə əsasən şikayətin inzibati xətanın törədildiyi yer – Gəncə şəhəri üzrə məhkəməyə verilməli olduğu nəticəsinə gəlmişdir. Gəncə Şəhər Məhkəməsinin (hakimi L.Ə.Xanməmmədova) ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin Mərkəzi Informasiya Sistemi üzərindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət üzrə Imişli Rayon Məhkəməsindən daxil olmuş material ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, şikayət IXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş elektron qərardan verildiyindən və şikayət verən şəxsin qeydiyyat üzrə yaşayış yeri Imişli rayonu olduğundan, IXM-in 129.1.3-1-ci maddəsinə əsasən hazırkı materiala Imişli Rayon Məhkəməsində baxılmalıdır. Iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin Mərkəzi Informasiya Sistemi üzərindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət üzrə işə Imişli Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” # ###### 2016-cı il tarixli qərarında göstərilir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir; 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Republikası DIN Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının elektron qərar olduğu müəyyən edilir. Həmin qərardan elektron qərara aid rekvizitlərin hər birinin – xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, habelə EQ 37597435 unikal nömrəsinin mövcud olduğu görünür. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarda - inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi – “Hərəkət halında çəki ölçmə nəzarət sistemi”, markası – “KISTLER”, modeli – “9835A”, yerləşdiyi yer isə “S21 – Bakı – Gəncə” kimi göstərilmiş, qərara Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin informasiya sistemindən çıxarış əlavə edilmiş, həmin çıxarışda kameranın nömrəsi (0FC9B952-8095-412E-91F2-534D5C077187), xətanın növü (353.2), xətanın yeri, tarixi və saatı (“M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 343.3-cü km (Qazax istiqaməti, S21, Gəncə), ##.##.2026, 21:10:05), nəqliyyat vasitəsinin qeydiyyat nişanı (**US***), markası (MAN TGX 18.440 YÜK), maksimum kütlə (40000 kq) və faktiki kütlə (42690 kq) göstərilməklə xətanın anına aid dörd ədəd foto qeydiyyat kadrı yerləşdirilmişdir. Beləliklə, xətanın foto qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilməsi sənədlərlə təsdiqlənir. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Imişli rayonu, Qərəvəlili ərazi d., Qaravəlili kəndində qeydiyyatdadır. Odur ki, qeyd edilən inzibati tənbeh vermə haqqında qərar elektron qaydada tərtib edildiyindən, inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri üzrə məhkəmədə, yəni Imişli Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və IXM-in 129.1.3-1, CPM-in 77.1 maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Azərbaycan Republikası DIN Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş materiallar baxılması üçün aidiyyəti üzrə Imişli Rayon Məhkəməsinə göndərilsin. Sədr Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar