Məhkəmə qərarları › İş №3(3-7)-602/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-602/2026

02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-602/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış IXM-nin 342.9-cu maddəsi ilə iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Gəncə şəhər BPI-nin DYPŞ-nin rəisi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : IŞIN HALLARI: Iş materialında olan sənədlər: - Iş materiallarına əlavə edilmiş 01 ədəd “DVD” diskdəki videogörüntülərdən görünür ki, “X1 Rover Velar” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobildən xüsusi (çoxavazlı) səs siqnalının səsi eşidilir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından Gəncə şəhər BPI-nin DYPŞ-nin rəisi apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından və inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, ## #### 2026-cı il tarixdə, saat 17:10 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "X1 Rover Velar" markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra onun idarə olunması ilə bağlı sənədlər yoxlanılarkən, avtomobildə müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalının mövcud olduğu aşkar edilmişdir. Aşkar edilmiş xüsusi səs siqnalı sonradan nəqliyyat vasitəsindən sökülərək maddi sübut qismində götürülmüş və məhkəməyə təqdim edilmişdir. Bu hal da məhkəmə qərarında öz əksini tapmışdır. Iş materiallarında hadisənin görüntülərini əks etdirən DVD diskin olduğu qərarda açıq şəkildə göstərilmişdir. Bundan əlavə, protokolu tərtib edən polis əməkdaşı məhkəmə iclasında hadisənin videogörüntülərinin diskdə olduğunu bildirmişdir. Lakin məhkəmə həmin videomaterialın məzmununu və sübutetmə əhəmiyyətini qərarda ətraflı təhlil etməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə ##.##.2026-cı il tarixdə teleqram göndərərək ailə problemləri ilə əlaqədar Bakı şəhərində olduğunu və işə onun iştirakı olmadan baxılmasına etirazının olmadığını göstərmişdir. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, iş üzrə məhkəmənin qərarı ləğv edilməli və yeni qərar qəbul olunmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsində iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, polis əməkdaşı onu saxlamış, yol vərəqəsi olmaması barədə ona məlumat vermişdir. Polis əməkdaşı təsadüfən siqnala basan zaman avtomobildə xüsusi (çoxavazlı) səs siqnalı aşkar edilmişdir. Özünün də avtomobildə xüsusi (çoxavazlı) səs siqnalı olmasından məlumatı olmamış, həmin səs siqnalını avtomobilə o, quraşdırmamış həmçinin ondan ümumiyyətlə istifadə etməmişdir. Bundan sonra avtomobil duracağa yerləşdirilmişdir. Ona verilən suallara cavab olaraq göstərmişdir ki, özünün sürücülük hüququ var, “X1 Rover Velar” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun dayısına məxsusdur. X3 Xidmətində (Gürcüstan Respublikasında) işdə olduğundan avtomobili yuyulması üçün avtoyuma məntəqəsində aparmış, bu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Birinci instansiya məhkəməsində iştirak edən Gəncə şəhər BPI-nin DYPŞ-nin Yol patrul xidməti inspektoru, R Nümayəndə izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə “X1 Rover Velar” minik markalı, **-AA- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış, bu zaman onun etibarnamə olmadan avtomobil idarə etdiyi müəyyən edilmişdir. Daha sonra təsadüfən siqnala basan zaman avtomobildə müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə edildiyi müəyyən edilmişdir. Hadisənin videogörüntüləri diskdədir. Ona verilən suallara cavab olaraq göstərmişdir, “X1 Rover Velar” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil hüquqi şəxsin mülkiyyətindədir. Siqnal duracaqda sökülərək məhkəməyə təhvil verilmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş “DVD” diskdəki görüntülərlə müəyyən olunur ki, “X1 Rover Velar” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobildən xüsusi (çoxavazlı) səs siqnalının səsi eşidilir. Apellyasiya məhkəməsi hazırki iş üzrə ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolu, tərəflərin birinci instansiya məhkəməsində verdikləri izahatları və iş materialına əlavə edilmiş “DVD” diskdəki görüntüləri, həmçinin maddi sübut qismində əlavə olunmuş inzibati xətanın bilavasitə obyekti olmuş xüsusi (çoxavazlı) səs siqnalını mötəbər sübut kimi hesab edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 342.9cu maddəsinin tərkib əlamətinin olmasını göstərir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “X1 Rover Velar” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman onun həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ olmasa da belə, həmin avtomobili etibarnamə olmadan özü idarə etmiş, belə olan halda avtomobilə quraşıdırılmış xüsusi (çoxavazlı) səs siqnaldan da məlumatı olmuşdur. Işdə olan ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolu, iş materialına əlavə edilmiş “DVD” diskdəki görüntüləri, həmçinin maddi sübut qismində əlavə olunmuş inzibati xətanın bilavasitə obyekti olmuş xüsusi (çoxavazlı) səs siqnalını şübhə altına alan mötəbər sübutlar təqdim olunmamış, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən izahatında qeyd etdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etirafedici izahatını və işdə olan videogörüntünü onun təqsirliliyini təsdiq edən mötəbər sübut kimi qəbul edir. Ona görə də IXM-nin 342.9-cu maddəsinin (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması - Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs) dispoziyasından göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qeyd edilən inzibati xəta hadisəsi törədilmişdir. Göründüyü kimi toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi təsdiq olunur. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri və izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam araşdırma aparılmaması qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, məhkəmənin qərarı qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan 500 (beş yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilməli, qərarın icrası Gəncə şəhəri üzrə Icra Idarəsinə həvalə edilməlidir. Şərh edilənlərə və IXM-nin 133-136 və 138-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Gəncə şəhər BPI-nin DYPŞ-nin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbacan Respublikası IXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə Icra Idarəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar