Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-604/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EP ******* nömrəli qərarından verdiyi şikayətin qismən təmin edilməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından vəzifəli şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktorunun ## ### 2026-cı il tarixli EP ******* nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib 2100 (iki min yüz) ABŞ dolları məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli (sədrlik edən Ülkər Babazadə) qərarına əsasən şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin baxılması üçün yenidən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilməsi qərara alınmışdır. Həmin qərardan vəzifəli şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və Mərkəzi Bankın ##.##.2026-cı il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələbləri nəzərə alınmamış, sübutlar natamam araşdırılmış və faktiki hallara düzgün qiymət verilməmişdir. Halbuki, sözügedən maddəyə əsasən hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 129.1.1-ci maddələrinə əsasən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməli və qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul olunmalı idi. Beləliklə, hakimin sözügedən işin faktiki hallarına düzgün qiymət verməməsi nəticədə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarmışdır. Apellyasiya instansiyasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətə etiraz edərək bildirdi ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar qərəzlidir. Buna görə şikayətin təmin edilməməsini xahiş edir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib hesab edir ki, şikayət təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; İXM-in 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə görə, bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, ##.##.2026-cı il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən 35474.22 ABŞ dolları məbləğində vəsait Bankı vasitəsilə ##.##.2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində 21000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan müvafiq mal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ölkəyə idxal edilməmiş və ya valyuta vəsaiti həmin müddətdə geri qaytarılmamışdır. Xəta ##.##.2026-cı il tarixdə törədilmişdir. Şikayətə əlavə edilmiş ##.##.2024cü il tarixli ************** nömrəli gömrük bəyannaməsindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ünvanına Çində yerləşən “YUANXİN TYRE CO LTD” şirkətindən “Astara” gömrük idarəsində keçməklə gələn “Minik avtomobillər üçün digər təzə pnevmatik rezin şinlər” adlı yük ##.##.2024-cü il tarixdə bəyan edilmişdir. Şikayətə əlavə edilmiş Gəncə Gömrük İdarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli ərizədən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ərizə ilə müraciət edərək gömrük bəyannaməsinin 44-cü qrafasına düzəliş edilməsini ( 240101213 PİN- 231202601 PİN olaraq düzəliş edilməsi) xahiş etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı yeni sübutlar təqdim olunmuş və həmin sübutlarla qərarda göstərilənlər arasında ziddiyətlər məqamlar üzə çıxmış və həmin ziddiyətlərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli EP ******* nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Beləliklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EP ******* nömrəli qərarından verdiyi şikayətin qismən təmin edilməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-604/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-604/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver