Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-607/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Samux Rayon Polis Şöbəsinin R X1 Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Samux Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP-******* saylı inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməməsinə dair Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: ##.##.2026-cı il tarixli, TP-******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Samux ray., Aznixi yolu ərazidə idarə etdiyi “Volksagen” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ##.##.2026-cı il tarixdə yol nişanlarının tələblərinə riayət etməməsi nəticəsində o, IXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 40 manat məbləğində inzibati cərimə olunmuşdur. IŞIN HALLARI: Iş materialında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş videogörüntüdən müəyyən olunmuşdur ki, “Volksagen” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü manevr etmə qaydalarını pozmuş, dairədə olan yük avtomobilinə yol verməyərək hərəkətini eyni sürət həddində davam etdirmişdir. Inzibati xəta haqqında materiala baxan Samux Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, onun hazırda şikayətə əlavə etdiyi videogörüntüdən, həmçinin qarşı tərəfin təqdim etdiyi (məhkəmə qərarına istinadən) video görüntüdən göründüyü kimi o idarə etdiyi avtomobil ilə Atəbəylər prospekti boyunca Imamzadə kompleksinə sarı hərəkət edib, 4.3 dairəvi hərəkət nişanı ilə işərələnmiş dairəyə daxil olub, sola dönərək hərəkət etmişəm. Bu zaman Samux rayonu çobanabdalı kəndindən üzü Gəncə şəhərinə (anidən hərəkət istiqamətini dəyişərək isə Imamzadə kompleksinə) sarı yük avtomobili hərəkət etmişdir. Qarşı tərəf hesab edir ki, mən 4.3 dairəvi hərəkət nişanın tələbini pozaraq yük avtomobilə yol verməli olduğum halda bunu etməmişdir. Həm qarşı tərəfin, həm də ki, onun bu qərarını qüvvədə saxlayan birinci instansiya məhkəməsi işi bir tərəfli aparmış, "yol vermək" ifadəsini rəhbər tutmuş, nəticədə incə məqamları gözdən qaçırmışdır. Odur ki, qeyd edilən halların nəzərə alınmasını və şikayətin təmin olunmasını xahiş edir. PROSSESUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin R Elçin Əsgərov şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında tərəflərin iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdəki videogörüntülərə baxış keçirilən zaman müəyyən olunur ki, 1-ci videogörüntü yol hərəkəti haqqında qanunun tələbi ilə bağlı dairəvi yolun izahı verilmiş, 2-ci videogörüntü isə verilmiş şikayətin dəlillərinə aid olmayan, yəni daha dəqiq inzibati xəta hadisəsinin törədildiyi yerdə başqa yol polisi əməkdaşının xidməti avtomobil ilə həmin dairəvi yoldan keçməsi görüntüləri əks olunmuşdur. Eyni zamanda iş materialında olan digər videogörüntülərə baxış keçirilən zaman müəyyən olunur ki, “Volksagen” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü manevr etmə qaydalarını pozmuş, dairədə olan yük avtomobilinə yol verməyərək hərəkətini eyni sürət həddində davam etdirmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanunidir. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli, TP-******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və apellyasiya məhkəməsində videogörüntülərin tədqiqindən müəyyən olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə yol nişanlarının tələblərinə riayət etməməsi nəticəsində idarə etdiyi “Volksagen” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr etmə qaydalarını pozmuş, dairədə olan yük avtomobilinə yol verməli (gözləməli) olduğu halda həmin nəqliyyat vasitəsinə yol verməmiş, hərəkətini eyni sürət həddində davam etdirmiş və bununla da yol hərəkəti qaydalarının tələblərini pozması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, hazırki vəziyyətdə iş materialında olan sənədləri və video görüntünü şübhə altına alan mötəbər sübutlar təqdim olunmamışdır. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, işdə olan CD diskdəki video görüntülərin tədqiqindən müəyyən olunur ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcında yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdir, ona görə də Yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin XV-ci tələbinə görə Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya və apellyasiya məhkəmələrinə təqdim etdiyi şikayət ərizələrində mübahisələndirdiyi hallar formal mülahizələr və subyektiv fərziyyələrdən ibarət olduğuna görə şikayətdə qeyd edilən dəlillərin əsassız olması iş materialları ilə öz təsdiqini tapır. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya məhkəməsinə təqdim etdiyi videogörüntülər hazırki işin hüquqi və faktiki əsasları ilə öz təsdiqini tapmır. Qeyd olunan hüquq normasını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-607/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-607/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver