Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-608/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin təmin edilməməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: IŞIN HALLARI : ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ilə X1 və Ocaqverdiyev Etibar Xanlar oğlu arasında minimum əmək haqqından aşağı məbləğdə əmək haqqının mövcud olması müəyyən edilmiş, nəticə də Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilmişdir Inzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbej tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət verilərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın xitam verilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə razı deyil, ona görə ki, o, işlədiyi yerdə ona verilən əmək haqqı ona tam qane edir. Buna baxmayaraq barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, məhkəmə də onun şikayət ərizəsini təmin etməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi iş materiallarını nəzərdən keçirib və tərəflərin izahatlarına nəzərə alıb hesab edir ki, iş üzrə obyektiv qərar qəbul etmək məqsədi ilə apellyasiya şikayət qismən təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və inzibati xəta üzrə yenidən araşdırma aparılması üçün materiallar həmin məhkəməyə göndərilməlidir. Işə əlavə olunmuş sənədlərdən və izahatlardan göründüyü kimi inzibati xəta hadisəsinin baş verməsinin sübuta yetirilməsi istiqamətində lazımi araşdırma və iş üçün əhəmiyyət kəsb edən zəruri xüsusatlar müəyyən edilməmiş, ona görə də inzibati xəta hadisənin baş verməsi mötəbər sübutlarla öz təsdiqini hazırki vəziyyətdə tapmamış, ona görə də məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, ##.##.2026-cı il tarixli MN № ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarda adları qeyd olunan şəxslərin X1 və Ocaqverdiyev Etibar Xanlar oğlunun nə inzibati orqan tərəfindən, nə də birinci instansiya məhkəməsi tərəfindən şahid qismində çağırılıb izahatları alınmamış və şəxsiyyətləri müəyyən olunmamış, həmin şəxslərin həqiqətən də Qərardan şikayət verən orqan (şəxs) ilə nə zaman əmək müqavilələri bağlamaları və onunla qanuni əmək münasibətlərinin olub-olmaması araşdırılmamış, həmin şəxslərin hansı zamandan hansı zamana qədər harada işləmələri və hansı məbləğdə əmək haqqı almaları araşdırılmamış, bununla da sübutların araşdırılması və qiymətləndirilməsi prinsipləri pozulmaqla səthi və natamam qərar qəbul olunmuşdur. Eyni zamanda iş materialından görünür ki, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın Qərardan şikayət verən orqan (şəxs) göndərilməsini təsdiq edən hər hansı rəsmi sənəd, sübutedici materiallar, qərarın bilavasitə qəbul edilməsi və yaxud poçt vasitəsi ilə göndərildiyi halda poçt reyestri və ya xəbərnaməsi iş materialında mövcud deyil, eləcə də inzibati orqan tərəfindən təqdim olunmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol (qərar) qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun (qərarın) barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli qərardan ##.##.2026cı il tarixdə birinci intansiya məhkəməsinə şikayət vermiş, məhkəmə isə IXM-nin 130.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən olunmuş şikayət vermə müddətini ötürübötürməməsi xüsusatını araşdırmamışdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə qeyd edir ki, yeni məhkəmə araşdırması zamanı ##.##.2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda adları qeyd olunan şəxslərin şahid qismində məhkəmə iclasına çağırılıb dindirilmələri, Qərardan şikayət verən orqan (şəxs) elektron qərarı rəsmi qaydada nə zaman alması və ya ona təqdim olunması, həmin qərardan qanunla müəyyən olunmuş şikayət vermə müddətini ötürüb-ötürməməsini xüsusatlarını aydınlaşdırdıqdan sonra şəxsin əməlinə obyektiv hüquqi qiymət verilə bilər. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Iş yenidən araşdırılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-608/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-608/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver