Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-609/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsədova Miləyla Əkbər qızının iştirakı ilə, Əsədova Miləyla Əkbər qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Goranboy Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli (sədrlik edən Kazım Vəliyev) qərarı ilə ## #### 1962-ci il tarixdə Ermənistanın Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Əsədova Miləyla Əkbər qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarını ləğv edib iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə razı deyil və hesab edir ki, məhkəmə onun hüquqlarının pozulması ilə qərar qəbul etmişdir. Belə ki, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmiş, məhkəmə qərar qəbul edərkən baş vermiş hadisəni əks etdirən video görüntünü nəzərə almamış, yalnız qarşı tərəfin şər-böhtan xarakterli ifadəsinə əsasən onun inzibati qaydada cərimə olunmağına dair qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs şikayəti müdafiə etdi və şikayətin təmin edilməsini və qərarı ləğv edərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında materiallarla birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatı dinləyərək məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətlədirərkən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onun İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X1 ## #### 2026cı il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının ##.##.2026-cı il tarixli, *** nömrəli rəyindən görünür ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – sağ və sol bazunun qançırları KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, ##.##.2026-cı il tarixdə kənar şəxs(lər) tərəfindən ağacla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Xaliqverdi qızı izahatında göstərmişdir ki, Məqsəd onun keçmiş həyat yoldaşı olmuş və onların arasında bağlanmış nikah qeydi rəsmi olaraq 2024-cü il tarixdə pozulmuşdur. ##.##.2026-cı il tarixdə keçmiş həyat yoldaşı Məqsədə zəng edərək evin açarını verməsini, evdə olan əşyaları götürmək istədiyini bildirən zaman Məqsəd açarı ona verməyəcəyini bildirmişdir. Bu səbəblə o, Məqsədin işlədiyi yerə getmişdir. Həmin vaxt Məqsədin iş yerinə gedərək nə üçün əşyalarını ona verməməsini Məqsədə bildirən zaman Mileyla da həmin yerə gəlmişdir. Mileyla heç bir səbəb olmadan əlində olan ağac ilə onun baş, ayaq və sol qol nahiyyələrindən vurmağa başlamışdır. Daha sonra Mileyla əlində olan ağacı Məqsədə verərək onu döyməsini Məqsədə bildirmişdir. Məqsəd də Mileylanın əlində olan ağacı götürərək onun baş və qol nahiyyələrindən vuraraq, saçından tutub dartmışdır. Bundan sonra o, oradan uzaqlaşaraq getmişdir. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışmamış və ondan şikayətçidir. Göstərilənlərə əsasən məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatının özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Odur ki, şikayətin dəlilləri tam əsassız olmaqla hər hansı bir sübutla təsdiq olunmur. Şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Təyin edilmiş tənbeh ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilinərək inzibati qaydada tənbeh edildiyi İXM-in 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və iki ayadək müddətə inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edərək onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh təyin etmişdir. Eyni zamanda, inzibati xəta haqqında materiallarda və məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, eləcə də inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanı törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-609/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-609/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver