Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-610/2026 03.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X6 Xidmətinin * saylı X4 nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 264.0.2-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati tənbeh edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərmişdir ki, sözügedən qərarla razı deyil. Törədilmiş inzibati xətada özünü təqsirli bilmir. Belə ki, iş materialarında iddia edilir ki, o, 14 X 1-1 suvarma kanalının qarşısını kəsərək istismar qaydalarını pozmuşdur. Bildirmək istəyir ki, sözügedən su arxı uzun illərdir həmin ərazidə mövcuddur və o, ailəsinin dolanışığını təmin edən həyətyanı sahəni məhz bu kanal vasitəsilə suvarır. Onun həyətyanı sahəsini suvarmaq və kənd təsərrüfatı ehtiyaclarını qarşılamaq üçün başqa heç bir alternativ su mənbəyi və ya su ehtiyatı yoxdur. Onun hərəkətlərini su təsərrüfatı qurğusuna ziyan vurmaq, onu sıradan çıxarmaq və ya qanunsuz istismar etmək məqsədi daşımamışdır. Bu addım tamamilə çarəsizlikdən, həyətyanı sahəsindəki bitkilərin və məhsulun qurumasının qarşısını almaq üçün-zərurət və ehtiyac üzündən atılmışdır. İXM-nin 3-cü maddəsinə əsasən, şəxs yalnız törətdiyi xəta növündə təqsirli (qəsdən və ya ehtiyatsızlıqdan) hesab edildiyi halda məsuliyyətə cəlb oluna bilər. Onun əməlində isə dövlət mülkiyyətinə və ya su infrastrukturuna ziyan vurmaq niyyəti (qəsdi) olmamışdır. Məhkəmə bu mühüm faktiki halı nəzərə almamış, işi formal şəkildə həl etmişdir. Məhkəmə qərarının əsaslandırma hissəsində (IV hissə) onun "xxxx" olduğu iddia edilmiş və İXM-nin 17-ci maddəsinə istinad olunmuşdur. Lakin bu mövqe kökündən yanlış və ziddiyyətlidir. Protokolda və qərarın giriş hissəsində mən "fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs" kimi qeyd olunmuşdur. İXM-nin 264.0.2-ci maddəsinə əsasən, bu xətaya görə fiziki şəxslər 600 manatdan 1000 manatadək, xxxxlər isə 2500 manatdan 4000 manatadək cərimə edilir. Məhkəmə ona fiziki şəxs üçün nəzərdə tutulan 600 manat cərimə tətbiq etsə də, əsaslandırmada onu "xxxx" kimi tövsif etmişdir. O, heç bir dövlət, bələdiyyə və ya özəl müəssisədə təşkilati-sərəncamverici funksiya yerinə yetirən xxxx deyil, sıravi kənd sakinidir (fiziki şəxsdir). Bu ziddiyyət məhkəmənin maddi hüquq normalarını kobud şəkildə pozduğunu göstərir. İXM-nin 84.1-ci maddəsi hakimin sübutları daxili inamı ilə yanaşı, işin bütün halarının məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq qiymətləndirməsini tələb edir. Məhkəmə onun digər su mənbəyinin olmaması faktını, kanalın zədələnib-zədələnmədiyini (qərarda zədələnmə barədə heç bir sübut yoxdur) və xətanın real xarakterini araşdırmadan birtərəfli qərar çıxarmışdır. Qərardan görünür ki, işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında şəxsən iştirak edib yuxarıda qeyd etdiyi həyati zərurət halarını (başqa su mənbəyimin olmamasını) hakimin diqqətinə çatdırmaq, müdafiəsini təşkil etmək hüququndan məhrum edilmişdir. Bu isə İXM-nin prosessual normalarının pozulması deməkdir. Bu səbəbdən də sözügedən qərar ləğv edilməsinə dair qərar qəbul edilməlidir. Qeyd olunan xüsusatlardan göründüyü kimi, hazırki iş üzrə birinci insatansiya məhkəməsinin qəbul etdiyi qərarı məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki haların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr isə işin halarına uyğun deyildir. Qeyd olunan əsasən, hazırki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və barəmdə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. O, izahatında göstərdi ki, o, suvarma kanalından öz həyətyanı sahəsinin suvarılması üçün qarşısını kəsərək istifadə etmiş, lakin bunun qanun pozuntusu olmasını bilməmişdir. Bunun zərurətdən etmişdir. Buna görə özünü təqsirli bilmir. Həmçinin bidlrmişdir ki, onun suvarma kanalından istifadə etməsi üçün heç bir razılıq almamışdır. Məhkəmə iclasında Suların İstifadəsinə və X6 Xidmətinin * saylı X4 nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə birlikdə yoxlayaraq, tərəflərin izahatlarını dinləyərək və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-114)- 1349/2026 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlarla müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə rayonu Yeni Əyricə kəndi ərazisində 14 X 1-1 suvarma kanalının qarşısını kəsərək suvarma kanalından axan sudan həyətyanı sahəsinin suvarılması məqsədi ilə istifadə etməklə istismar qaydalarının pozmuş, bununla da o, İXM-nin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X6 Xidmətinin * saylı X4 əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ****** saylı aktdan görünür ki, həmin tarixdə keçirilən nəzarət tədbirləri zamanı X1 Sistemləri İdarəsinin balansında olan 14X-1-1 suvarma kanalının qarşısının kəsilərək istismar qaydalarının pozulması faktı aşkar edilmişdir. Araşdırma zamanı sözü gedən suvarma kanalının Bərdə rayonunun Yeni Əylicə kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən kəsildiyi məlum olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı izahat verərək əməlinin qanun pozuntusu olması barədə heç bir məlumatının olmadığını və nöqsanı qısa müddətdə aradan qaldıracağını bildirmişdir. Qeyd edilən akt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünün iştirakı ilə tərtib olunmuş və sonuncu tərəfindən imzalanmışdır. İş materiallarında olan fotoşəkillərdən də suvarma kanalının qarşısının kəsildiyi müəyyən olunmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Bərdə rayonu Yeni Əyricə kəndi ərazisində ##.##.2026cı il tarixdə fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 14 X 1- 1 suvarma kanalının qarşısının kəsilərək istismar qaydalarının pozulması faktı aşkar edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 264.0.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuşdur. İş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fiziki şəxs kimi İXM-nin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etməklə işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X6 Xidmətinin * saylı X4 əməkdaşı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol İXM-nin tələblərinə əməl olunmaqla tərtib edilmiş, protokol tərtib edilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya xxxxlər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (xxxxin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 264.0.2-ci maddəsində su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görəfiziki şəxslərin altı yüz manatdan min manatadək məbləğdə, xxxxlərin iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslərin yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarını ləğv edərək, işin icraatına xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapması qənaətinə gələrək onu fiziki şəxs kimi həmin maddə ilə təqsirli bilib barəsində inzibati tənbeh tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində qeyd etdiyi dəlilləri qəbul etmir və həmin dəlilləri əsassız hesab edərək onun məsuliyyətdən yayınma məqsədi güdməsi kimi qiymətləndirir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən maddi və prosessual normalara əməl olunmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılmasını istisna edən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (xxxxə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (xxxxin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, hazırkı iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, dərhal qanuni qüvvəyə minir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-610/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-610/2026
03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver