Məhkəmə qərarları › İş №3(3-7)-611/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-611/2026

02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-611/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Məmişov Yasin) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. IŞIN HALLARI: Işdə olan sənədlər: ## #### 2026-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan müəyyən olunur ki, ## #### 2026-cı il tarixdə DIN-nin 102 xidmətindən Protokolu tərtib edən orqan Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi ev 31-də yaşayan Zərərçəkmiş şəxs qardaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu döyməsi və təhqir etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat RPŞ-nin“ törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında 2167-ci sırada qeydiyyata alınaraq icrası ona həvalə edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-*/**** nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. ”xxxx” publik hüquqi şəxsi Bərdə rayon Şöbəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –sağ bazunun aşağı 1/3-nin arxa səthinin, sol bud aşağı 1/3-nin bayır səthinin, orta 1/3nin iç yan səthinin qançırları küt əşyanın (əşyalarının) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən ## ### 2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. ## #### 2026-cı il tarixli qərardan görünür ki, X1 inzibati iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Inzibati xəta haqqında materiala baxan Bərdə Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin edilmiş inzibati cərimə tənbeh tədbirinin inzibati həbs tənbeh tədbiri ilə əvəz olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun illər ərzində dəfələrlə mənə qarşı fiziki zorakılıq və digər qanunsuz hərəkətlər etmişdir. Bu hadisə təsadüfi və ya ilk dəfə baş vermiş hadisə deyil, uzun müddətdir davam edən zorakılıq davranışının növbəti təzahürüdür. Bundan əlavə, son dövrlərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun barəsində qohumlar və digər şəxslər arasında həqiqətə uyğun olmayan məlumatlar yayaraq onu nüfuzdan salmağa çalışır. O, atasından qalmış əmlak və torpaq üzrə qanuni payımı tələb etdiyi üçün anası Fövqiyə və qardaşı Vüsal tərəfindən guya psixoloji problemimin olması barədə əsassız iddialar irəli sürülmüş, barəsində böhtan xarakterli fikirlər səsləndirilmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, ## ###### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətini məhkəməyə təqdim edərək göstərdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs # ###### 2025-ci il tarixdə də onu döydüyü üçün barəsində ## ###### 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXMnin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinə göndərilmiş və o, məhkəmənin qərarı ilə 300 manat məbləğində cərimə olunmuşdur. Vüsalın onu döyməsinə səbəb ata mülkindən ona düşən payı tələb etmək olmuşdur. Bu da Vüsalın xoşuna gəlməmiş, buna görə də aralarında tez-tez mübahisə baş vermişdir. Hadisə baş verən günü Vüsal onu əli ilə vuraraq yerə yıxmış, nəticədə xəsarət almışdır. Vüsaldan şikayət etmiş və ekspertizadan keçmişdir. Eyni zamanda o, Vüsal Musatafayevlə hazırda barışmır, ondan şikayətçidir, onun həbs olunmasını xahiş edir. Bundan əlavə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir il ərzində ikinci dəfədir ki, onun döyərək sağlamlığına xəsarət yetirir və aralarında uzun müddətdir ki, mülki iş üzrə mübahisə davam edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, o, bir dəfə zərərçəkmiş şəxsi # ###### 2025-ci il tarixdə döymüş və IXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat inzibati cərimə olunmuşdur. Hazırda aralarında mülki iş üzrə mübahisə davam edir, ona görə də zərərçəkmiş şəxs ona qarşı indi şər-böhtan atır, o, zərərçəkmiş şəxsi döyməmiş və ona xəsarət yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini və tərəflərin izahatlarını işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı, məhkəmənin qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXMnin 157-ci maddəsi ilə barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri dəyişdirilərək inzibati həbs tənbeh tədbiri ilə əvəz olunmalıdır. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi əməlin tövsif məsələsi deyil, yalnız onun barəsində təyin edilmiş inzibati tənbeh tədbirinin yüngül olmasını məsələsini mübahisələndirərək barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Belə ki, zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclası zamanı təqdim olunmuş ## ###### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək ##.##.2025-ci il tarixdə qarşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən döyülməsini bildirmiş, ## ###### 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinə göndərilmiş və o, məhkəmənin qərarı ilə 300 manat məbləğində cərimə olunmuşdur. Qeyd edilən xüsusat Vüsal Musatafayev tərəfindən məhkəmə iclasında təsdiq edilmişdir. Həmin hadisənin baş verməsindən 1 il müddət ötməmiş islaş olunmayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı eyni xarakterli inzibati xəta hadisəsini yenidən törətməsi faktı iş materialına əlavə edilmiş ## #### 2026-cı il tarixli cinayət işinin rədd edilməsi haqqında qərar, ## #### 2026-cı il tarixli məhkəmə tibbi ekspertizasının rəyi, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol və zərərçəkmiş şəxsin izahatı ilə tam təsdiq olunur. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 157-ci maddəsi ilə barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi hazırki vəziyyətdə onun islah yoluna qədəm qoyması və iş materialında olan sənədlərdən, eyni zamanda onun hərəkətlərindən öz təsdiqini tapmır. Eyni zamanda birinci instansiya məhkəməsi qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində yüngülləşdirici hal kimi onun səmimi peşmançılığını göstərsə də, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində verdiyi izahatında səmimi peşmançılıq hisslərini keçirməsi müşahidə olunmamışdır. Həmçinin, zərərçəkmiş şəxs Gülxar Mustayevin hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətçi olması, onunla barışmadığı və onun həbs olunmasını xahiş etmişdir. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir il ərzində zərərçəkmiş şəxs Gülxar Mustafayevə qarşı eyni xarakterli inzibati xəta hadisəsini (IXM-nin 157-ci maddəsi) törətməsini, zərərçəkmiş şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətçi olması, onunla barışmaması və onun həbs olunmasını xahiş etməsi, əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını və tərəflərin arasında uzun müddətdir davam edən ədavətin olmasını, törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, nəzərə alıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 157-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı və həbs etmənin əvvəli ## ######## 2026-cı il tarixdən, saat 16:45-dan hesablanmalıdır. IXM-nin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-in 157-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında həbsə alınsın və həbs etmənin əvvəli ## ######## 2026-cı il tarixdən, saat 16:45-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis Idarəsinə və Protokolu tərtib edən orqan həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar