Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-612/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 ** saylı Gəncə-X5 nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMnin 262.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 07 avqust 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İŞİN HALLARI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin ** saylı Gəncə-X5 tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* saylı protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus qeyriyaşayış obyektində ##.##.2026-cı il tarixədək su təchizatı şəbəkəsinə sayğacdan kənar d=15 mm-lik plastik boru vasitəsi ilə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən su xəttinə qanunsuz qoşulma nəticəsində ziyan vurulma halı inzibati xəta haqqında materiala əlavə edilmiş məktubla təsdiq edilir. Belə ki, Gəncə şəhər Sukanal İdarəsi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin ** saylı Gəncə-X5 ünvanlanmış ## #### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində obyekt sahibi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən su təchizatı xəttinə diametri 15 mm olan boru vasitəsi ilə müqaviləsiz qeyri-qanuni qoşulma olunduğu üçün dəymiş ziyanın məbləği 2196 manat təşkil edir. Məhkəmənin mövqeyi tamamilə ilə əsassızdır. Belə ki, Gəncə şəhəri H.Əliyev prospekti 117 ünvanında yerləşən bina ona məxsusdur. Həmin bina icarə müqaviləsi əsasında başqa şəxslərin ("Bəhrə MMC" və "xxxx" MMC) istifadəsindədir. O, özü Bakı şəhərində qeydiyyatda olmaqla orada yaşayır. Barəsində akt tərtib edilərkən məlumatsız olmuş və baxış keçirilərkən ona hər hansı bir məlumat verilməmişdir. Tərtib edilmiş aktda onun adı, soyadı yazılmış və imza yerində "imtina etdi", həmin yazının üzərində isə "iştirak etmədi" yazılmışdır. Aktın qanunsuz olması bununla yanaşı aşağıda qeyd edəcəkləri ilə də təsdiqini tapır. Belə ki, ##.##.2014-cü il tarixdə "xxxx" ASC tərəfindən texniki şərt verilmiş və obyektdən 30 metr məsafədə keçən d110 mm su kəmərindən d32 mm ölçüdə birləşmə qəbul edilmişdir. Texniki şərtə uyğun olaraq onun obyektinə 2022-ci ildə qeyd edilən ölçüdə yeni xətt çəkilmişdir və obyektin həyətində smart kart tipli elektron su sayğacı quraşdırılmışdır. Hazırda barəsində akt tərtib edən iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsinin Gəncə şəhər Sukanal İdarəsi guya tərəfindən istifadə edildiyini iddia etdiyi digər xətt - obyektin yeni xətt çəkilmədən olan köhnə xətti olmuşdur və həmin xəttin bitmə yeri obyektin darvazasında çöl tərəfdədir. Həmin xəttə kim tərəfindən müdaxilə olunması və kimin tərəfindən istifadə olunması ona da bəlli deyildir. Həmin xətt onun mülkiyyətində olan obyektin daxilində olmadığı üçün həmin xəttə cavabehliyi də o daşımır. Obyektdə icarədə olan şəxslər də smart karta pul yükləyərək sudan istifadə etmişlər. Yararsız su xəttinun onun obyektinə heç bir aidiyyatı yoxdur və tərəfindən müdaxilə olunmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qərarını ləğv edib barəsində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə etdi və şikayətdə göstərilən məzmunda çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəmə iclasında iştirak edən inzibati tənbeh etmə haqqında qərar qəbul edən orqanın nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi və şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə onun arasında Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 117-də yerləşən obyektin 25 kv.metr hissəsi ilə bağlı ## ###### 2026-cı il tarixdə icarə müqaviləsi bağlanmış və həmin tarixdən onun istifadəsindədir. Obyektə aid sayğac obyektin içərisində deyil, küçədə yerləşir və kim tərəfindən müdaxilə olunduğunu bilmir. Həmin su xəttində suyun təyziqi yüksək olduğundan vətəndaş tərəfindən müdaxilə olunması qeyri mümkündür. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta üzrə işin materiallarını və şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. İXM-in 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran apellyasiya məhkəməsi təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin ** saylı Gəncə-X5 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, ****** nömrəli aktda qeyd edilmişdir ki, Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində (köhnə Heydər Əliyev prospekti) yerləşən qeyri-yaşayış obyektində obyekt sahibi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Gəncə şəhər Sukanal İdarəsinin balansında və istismarında olan su təchizatı şəbəkəsinə d=15 mm-lik plastik boru vasitəsi ilə qanunsuz qoşulma və suyun talanması faktının aşkar edilməsi ilə bağlı ** saylı Gəncə-X5 ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktuba və əlavə olaraq göndərilmiş foto və videoçəkilişlərə əsasən bölmənin ##.##.2026-cı il tarixli *** nömrəli Sərəncamına əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı məktubda qeyd olunan ünvana baxış keçirilərkən obyektin sahibinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mehdi oğlu olduğunun və hal-hazırda Bakı şəhərində yaşadığı şifahi olaraq bildirilmişdir. Bununla əlaqədar olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mehdi oğluna məxsus 050-396-99-77 telefon nömrəsi ilə əlaqə saxlanılmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şifahi olaraq obyektin ona məxsus olduğunu hal-hazırda Bakı şəhərində olduğunu və araşdırmadan iştirak edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də qeyriyaşayış obyektinin mülkiyyətinə dair heç bir təsdiqedici sənəd təqdim edilməmişdir; ## #### 2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” Qərardadla Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, bu barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mehdi oğluna məktub göndərilmişdir; ##.##.2026-cı il tarixli, MN ******* saylı protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus qeyriyaşayış obyektində ##.##.2026-cı il tarixədək su təchizatı şəbəkəsinə sayğacdan kənar d=15 mm-lik plastik boru vasitəsi ilə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə "xxxx" MMC-nin adından Samir İbadov arasında bağlanmış icarə müqaviəsinin surətindən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 117-də yerləşən obyektin 85 kv.metri ## ###### 2025-ci ildən etibarən icarəyə verilmişdir; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə X2 arasında bağlanmış icarə müqaviəsinin surətindən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 117-də yerləşən obyektin 25 kv.metri ## ###### 2026-cı ildən etibarən icarəyə verilmişdir; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə Səlimova Aygün İltifat qızı arasında bağlanmış icarə müqaviəsinin surətindən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 117-də yerləşən obyektin 60 kv.metri ## ###### 2026-cı ildən etibarən icarəyə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Bu sübutlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. İXM-nin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin «təqsirsizlik prezumpsiyası prinsipi» adlanan 8-ci maddəsində göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Birinci instansiya məhkəməsi mövqeyini bu cür əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən su xəttinə qanunsuz qoşulma nəticəsində ziyan vurulma halı inzibati xəta haqqında materiala əlavə edilmiş məktubla təsdiq edilir. Belə ki, Gəncə şəhər Sukanal İdarəsi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin ** saylı Gəncə-X5 ünvanlanmış ## #### 2026cı il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində obyekt sahibi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən su təchizatı xəttinə diametri 15 mm olan boru vasitəsi ilə müqaviləsiz qeyri-qanuni qoşulma olunduğu üçün dəymiş ziyanın məbləği 2196 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Gəncə şəhəri H.Əliyev prospekti 117 ünvanında yerləşən bina Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusdur. Həmin bina icarə müqaviləsi əsasında başqa şəxslərin yəni, "xxxx" MMC, X2 və Səlimova Aygün İltifat qızı istifadəsindədir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü Bakı şəhərində qeydiyyatda olmaqla orada yaşayır. Barəsində akt tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumatsız olmuş və baxış keçirilərkən ona hər hansı bir məlumat verilməmişdir. Tərtib edilmiş ##.##.2026-cı il tarixli **/** nömrəli aktda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolu imza etməkdən imtina etməsi qeyd olunsada, ##.##.2026-cı il tarixli **/** nömrəli aktda isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirak etmədiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, eyni gündə tərtib edilmiş aktın birində vətəndaşın imza etməkdən imtina etməsi və digərində iştirak etməməsi kimi qeyd olunması aktların etibarsız olduğunu göstərir. Həmçinin yuxarıda qeyd olunan hal Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin ** saylı Gəncə-X5 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, ****** nömrəli aktlada təsdiq olunur. Belə ki, ****** nömrəli aktda qeyd edilmişdir ki, Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən qeyriyaşayış obyektində obyekt sahibi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Gəncə şəhər Sukanal İdarəsinin balansında və istismarında olan su təchizatı şəbəkəsinə d=15 mm-lik plastik boru vasitəsi ilə qanunsuz qoşulma və suyun talanması faktının aşkar edilməsi ilə bağlı araşdırma aparıldığı, qeyd olunan ünvana baxış keçirilərkən obyektin sahibinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mehdi oğlu olduğunun və hal-hazırda Bakı şəhərində yaşadığı şifahi olaraq bildirildiyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus 050-396-99-77 telefon nömrəsi ilə əlaqə saxlanıldığı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şifahi olaraq obyektin ona məxsus olduğunu hal-hazırda Bakı şəhərində olduğunu və araşdırmadan iştirak edə bilməyəcəyini bildirdiyi göstərilmişdir. Göründüyü kimi ## #### 2026-cı il tarixli ****** nömrəli aktda da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhərində yaşaması və iştirak etməməsi halı tam təsdiq olunur. Bundan başqa məhkəmə qeyd etmək istəyir ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən də göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan qeyri yaşayış obyektinə aid sayğac obyektin içərisində deyil, küçədə yerləşir. Su xəttinə müdaxilə sayğaca yaxın yerdə küçədə olunmuşdur. Yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan qeyri yaşayış obyektinin içərisində müdaxilə aşkar olunmamışdır. Belə olan halda məlum olur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 ** saylı Gəncə-X5 tərəfindən lazımi araşdırma aparmadan qeyri yaşayış obyektinin mülkiyyətçisi əsassız yerə inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs baş vermiş inzibati xəta hadisəsi üzrə subyekt hesab oluna bilməz, inzibati xətanın ona aidiyyəti müəyyən olunmur, beləliklə, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.2-ci maddəsi ilə xitam verilməlidir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 07 avqust 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 07 avqust 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-612/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-612/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver