Məhkəmə qərarları › İş №3(3-7)-613/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-613/2026

02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-613/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İŞİN HALLARI: İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsi, * saylı evin, ** saylı mənzilinə köçürülməlidir. Belə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu icra sənədində qeyd olunan tələbi yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsinin qərarı ilə razı deyil. Belə ki, Gəncə şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Həmin müddətdən də, yəni inzibati xəta törədilən müddətdən bir ildən artıq vaxt keçmişdir ki, bu da iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM 53.1.6: bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göründüyü kimi o, məhkəmə tərəfindən qeyri-qanuni olaraq məsuliyətə cəlb edilmiş və onun üçün ən ağır cəza müəyyən edilmişdir. Məhkəmə əməli yüngülləşdirən halların mövcudluğunu nəzərə almamışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, inzibati xəta törətməkdə təqsirli bilinən şəxs qadındır. O, ürək xəstəsidir. Zob və böyrək xəstəliyindən də əziyyət çəkir. Heç bir yerdə işləmir. 500 manat məbləğində cərimə ödəmə qabiliyətində deyildir. Odur ki, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv edərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş lakin gəlməməsinin səbəbləri barədə məlumat vermişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi (icra vərəqi ## ##### 2026-cı il tarixdə verilmişdir) üzrə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı iddia tələbinə dair Zərərçəkmiş şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsi, * saylı evin, ** saylı mənzilə köçürürlməsi müəyyən edilmişdir; Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətində görünür ki, Gəncə şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icra sənədi üzrə icraat başlanmışdır; Gəncə şəhəri üzrə İcra İdarəsinin ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsi, * saylı evin, ** saylı mənzilinə köçürülməlidir. Belə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu icra sənədində qeyd olunan tələbi yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə düşən öhdəliyi qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmuş, birinci instansiya məhkəməsi də onu həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 31.1 və 31.2-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsininə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən işin hallarını, törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və tətbiq edilən tənbehin onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona aşağı həddə yüngül tənbeh tətbiq etmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini qəbul etmir, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmiş, qanuni qərar qəbul etmişdir. Mahiyyəti üzrə düzgün olan məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar