Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-614/2026 03.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi Zərərçəkmiş (tələbkar) şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış IXM-nin 528.1-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli qərarından zərərçəkmiş şəxs (tələbkar) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay, hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ## ###### 2018-ci il təvəllüdlü X2 və ## ### 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 ödənilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borc üzrə öhdəliyini yerinə yetirməmiş, IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu günkü tarixə 5370 manat aliment borcu vardır. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Hüseynzadə Leyla) ilə ##.##.1988-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Göygöl rayonunda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI: Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, iddiaçı X4 ilə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında ## ### 2019-cu il tarixdə Gəncə Regional “ASAN Xidməti" Mərkəzinin Qeydiyyat şöbəsində **** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra ## ###### 2018-ci il təvəllüdlü X2 və ## ### 2022-ci il təvəllüdlü X3 anası - X4 yanında saxlanması qərara alınmışdır. Cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay, hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ## ###### 2018-ci il təvəllüdlü X2 və ## ### 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 ödənilməsi qərara alınmışdır. “Icraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərara əsasən icra sənədi üzrə icraata başlanmışdır. “Tələbin könüllük icrası haqqında” ##.##.2025-ci il tarixli bildirişdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Bildiriş ##.##.2025-ci il tarixdə tərəfə verilmişdir. Inzibati xəta haqqında materiala baxan Göygöl Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarı ilə razılaşmayan zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs tərəfindən şikayət verilərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli qərarının ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilərək 2 ay müddətə inzibati həbs olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu-cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qəsdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmir, özü məhkəmədə izahatında bildirir ki, hal-hazırda ödəməyə imkanım yoxdur. Bir neçə ay əvvəl 400- 500 manat ödəmişdir. Ancaq 5870 manat borcun qarşılığında, hətda onun bu ifadəsi məhkəmə aktınının qəsdən və qərəzli şəkildə icra edilməməsinə dair mptəbər sübutdur. Protokol verilən gün belə təqsirləndirilən şəxs borcundan bir manat ödəməmişdir. Həmçinin bildirir ki, borclunun ödədiyi 400 manat onun aylıq aliment ödəmişdir. Yəni borclu yığılmş aliment borcunu qəsdən və qərəzli şəkildə ödəməkdən imtina edir. Qeyd edilən xüsusatları məhkəmə nəzərə almamış, ona görə də şikayətin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən zərərçəkmiş (tələbkar) şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, məhkəmənni qətnaməsinə görə hər uşağı görə aylıq 170 manat olmaqla iki uşağa görə cəmi 340 manat aliment pulu təyin olunmuşdur. Borclu may, iyun, iyul aylarında 400-500 manat aliment ödənişi ödəsə də belə, lakin borclu qalıq borclarını ödəməkdən yayınır. Ona görə də borcun hamısını ödənilməsini tələb edir, ödəmədiyi təqdirdə ondan şikayətçidir, onunla barışmır, onun həbs olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, 2024-cü il tarixdə boşanmışlar, iki uşağı görə 340 manat aliment pulu təyin edilmiş, 2025-ci ilin dekabr ayından ödənişlər ödəməyə başlamış, may, iyun, iyul aylarında 400-500 manat, eyni zamanda ödəniş qəbzini təqdim edərək avqust ayında 400 manat ödəniş ödəmiş, qalıq 4970 mant pulu bütöv ödəməyə və ya yarısını belə ödəməyə maddi imkanı yoxdur, yalnız hissəhissə ödəməyə maddi imkanı çatır. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri və şikayətin dəlillərini, həmçinin tərəflərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və yeni qərar çıxarılmalıdır. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və ödəniş qəbzlərindən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında protokol tərtib olunan günə kimi 5370 manat aliment borcu olmuş, hazırda həmin borcdan 4970 manat aliment borcunun olmasına baxmayaraq, o, həmin pulu bütöv ödəməyə və ya yarısını belə ödəməyə maddi imkanı yoxdur. Qeyd edilən xüsusatları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü də məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul etməklə əsassız olaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsi iş materialında olan sənədləri və izahatları müqayisəli şəkildə araşdırmamış, borclunun həqiqətən də icra sənədindən xəbərinin olubolmasını və qərəzli olaraq boyun qaçırıb-qaçırmaması halına diqqət yetirməməsi nəticəsində borclu tərəfindən icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi hallarının mövcud olmadığı qənaətinə gələrək onun əməlinə düzgün hüquqi qiymət verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən borc ödənişinin tam şəkildə və ya hissə-hissə ödənilməməsi onu göstərir ki, icra sənədinin icrasından ##.##.2025ci ildən bu günə kimi qərəzli olaraq yayınır. Məhkəmə qeyd edir ki, iş materialında olan sənədlərdən göründüyü kimi həqiqətən də borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindən və tələbin könüllü icrası barədə bildirişdən həm probasiya şöbəsində, həm də birinci və apellyasiya instansiya məhkəmələrində məlumatlı olduğunu göstərmiş, icra məmurunun onu dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, borcunu tam ödəməkdən və məhkəmə qərarı ilə müəyyən edilmiş borcu ödəməkdən boyun qaçıraraq icra sənədinin icrası üçün yetərli tədbirlər görməmiş, müxtəlif bəhanələr gətirərək tələbkara borclu olduğu məbləği bir dəfəyə və ya ödənişi ağlabatan həcmdə hissə-hissə üzrlü səbəbdən ödəməkdən yayınmış, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli icra vərəqəsindən icrasından xeyli müddət sonra may, iyun, iyul aylarında o, 400-500 manat ödəniş ödəmiş və barəsində ##.##.2026-cı il tarixli protokol tərtib edildikdən sonra 5370 manat aliment borcunun olmasına baxmayaraq, avqust ayı ərzində cəmi 400 manat ödəniş ödəmiş, hazırda xeyli miqdarda (4970 manat) borcunun olduğunu və zərərçəkmiş şəxs tərəfindən borc pulun hamısının ödəmədiyi təqdirdə şikayətçi olduğunu göstərməsi, borclu tərəfindən həmin borc məbləğini bütöv ödəməyə və ya yarısını belə ödəniş etməyə imkanının olmadığını əsas gətirməsi isə onu göstərir ki, borclunun icra məmurunun qanuni tələblərinə tabe olması ağlabatan hal kimi qiymətləndirilə bilməz. Habelə, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatını tənqidi hesab edərək onun inzibati məsuliyyətdən və cəza çəkməkdən yayınmaq kimi qiymətləndirir. Bununla da iş materialında olan xüsusatlardan göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində nəzərdə tutulan borcun ödənilməsi üçün heç bir real hərəkət etməməsi onun ##.##.2025-ci ildən bu günə kimi, yəni təxminən 1 ilə yaxın müddət ərzində qərəzli olaraq icra sənədini icra etməməsinə və həmin sənədin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini sübut edir. IXM-nin 528.1-ci maddəsinin sanksiyasına görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə cəzası nəzərdə tutulur. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 2 (iki) ayadək müddətə inzibati həbs tənbeh tədbirinin təyin edilməsini xahiş etsə də belə, hazırki iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 528.1-ci maddəsinin sanksiyasında 2 (iki) ayadək müddətə inzibati həbs tənbeh tədbirinin müddəti nəzərdə tutulmamışdır, belə ki, həmin maddənin sanksiyasında ən yuxarı cəza həddi bir ayadək müddətə inzibati həbs tənbeh tədbiri müddəti nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi işin faktiki hallarını, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq ona IXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs növündə inzibati tənbehin tətbiq edilməsi törədilən inzibati xətanın xarakterinə və inzibati xətanı törədənin şəxsiyyətinə uyğundur, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi ilə IXMin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədlərinə nail olunmasının təmin edilməsi mümkündür. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsi (tələbkar) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, X1 IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan 10 (on) gün müddətinə inzibati tənbeh növündə inzibati həbs tətbiq edilməli, həbs etmənin əvvəli ## ##### 2026-cı il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında həbs alınsın və həbs etmənin əvvəli ## ######## 2026-cı il tarixdən, saat 09.15-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis Idarəsinə və Göygöl Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-614/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-614/2026
03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver