Məhkəmə qərarları › İş №3(3-7)-615/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-615/2026

03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-615/2026 03.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Dövlət X1 yanında Suların İstifadəsinə və X2 Xidməti ** saylı Gəncə-X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət X1 yanında Suların İstifadəsinə və X2 Xidməti ** saylı Gəncə- X4 daxil olmuş MN ******* nömrəli ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol Göygöl Rayon Məhkəməsinə daxil olmuşdur. Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və Azərbaycan Respublikası İXM-nin 262.1.2-ci maddəsi ilə barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi guya o, Göygöl rayon Toğanalı kəndi ərazisində yaradılmış süni balıq gölündə istifadə edilən suyu ##.##.2026-cı il tarixədək Kürəkçay çayından qanunsuz olaraq arx vasitəsilə götürərək, su obyektini özbaşına tutmuşdur. Qeyd olunan qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı, barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qərəzli olaraq və heç bir sübutlara əsaslanmadan tərtib edilmişdir. Məhkəmə isə protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Birincisi o, heç bir inzibati xəta törətməmişdir. O, məhkəmə iclasında da hakimə bildirmişdir ki, ümumiyyətlə 6 ildir qeyd olunan göldə balıq saxlanmır və həmin gölə Kürəkçay adlanan çaydan bir dəfə də olsun 6 il ərzində su daxil olmayıb. Gölə gələn su arxı belə yoxdur. Bu barədə fotoşəkillər və video görüntü əlavə edilir. Eyni zamanda yerli icra nümayəndəliyi də təsdiq edir ki, ümumiyyətlə Kürəkçaydan gölə su daxil olmur və o da balıq satışı ilə məşğul olmur. Bundan başqa məhkəmə ona inzibati tənbeh verərkən onu vəzifəli şəxs kimi götürmüşdür. Halbu ki, o, nə balıçılıqla məşğuldur, nədə ki qeyd olunan sahə üzrə sahibkardır. İşdə olan sənədlərdən görünür ki, Kürəkçaydan mübahisəli gölə heç bir arx gəlmir. Odur ki, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ləğv edilməsini və İXM-nin 262.1.2-ci maddəsi ilə barəsində olan inzibati icraata xitam verilməsini xalhiş etmişdir. Apellyasiya məhkəmə iclasında protokol tərtib edən orqanın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir və gəlməməməyinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-ci maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 262.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsinə əsasən su obyektlərinin özbaşına tutulmasına görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şikayətin dəlillərini işin materialları üzrə tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilməməlidir. Belə ki, iş materiallarında olan ** saylı Gəncə-X3 aparıcı məsləhətçi müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, Göygöl rayon Toğanalı kəndi ərazisində yaradılmış süni balıq gölündə istifadə edilən suyun Quliyev Qurban tərəfindən ##.##.2026-cı il tarixədək Kürəkçay çayından qanunsuz olaraq arx vasitəsilə su götürərək, su obyektini özbaşına tutması aşkar edilmişdir. Bununla da İXM-nin 262.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan ##.##.2026-cı il tarixli ****** nömrəli aktdan görünür ki, ** saylı Gəncə-X3 ##.##.2026-cı il tarixli, *** saylı sərəncamları əsasında Göygöl rayon Toğanalı kəndi ərazisində yaradılmış süni balıq gölündə istifadə edilən suyun Quliyev Qurban tərəfindən ##.##.2026-cı il tarixədək Kürəkçay çayından qanunsuz olaraq arx vasitəsilə su götürərək, su obyektini özbaşına tutması aşkar edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında ## #### 2026-cı il tarixli qərardada əsasən ##.##.2026-cı il tarixli, ****** nömrəli akt və toplanmış material üzrə Azərbaycan Respublikası İXM-nin 262.1.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X1 yanında Suların İstifadəsinə və X2 Xidməti ** saylı Gəncə-X3 # #### 2026-cı il tarixli *-**-*-**/*-***/**** saylı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanladığı məktubunda bildirilmişdir ki, Azərbaycan Dövlət X1 yanında Suların istifadəsinə və X2 Xidmətinin ** saylı Gəncə-X3 (bundan sonra - Bölmə) əməkdaşları tərəfindən ## #### 2026-cı il tarixdə aparılan nəzarət tədbirləri zamanı, Göygöl rayonu, Toğanalı kəndi ərazisindən keçən Kürəkçay çayının sol sahilində (koordinatlar: 40°26'34"N **°19’42"E) yerləşən torpaq sahəsinin içərisində yaradılmış süni balıq gölünə Kürəkçay çayından arx vasitəsilə su götürülməsi faktı aşkar edilmiş və bununla əlaqədar Bölmə tərəfindən inzibati araşdırma aparılır. Araşdırma ilə bağlı aparılan sorğular həmçinin özlərinin bildirdikləri şifahi məlumat əsasında sözügedən torpaq sahəsinin içərisində yaradılmış süni balıq gölünün onlara məxsus olmaqla istifadələrində olduğu məlum olmuşdur. Aşkarlanan faktda inzibati xətanın əlamətlərinin olması müəyyən edilmiş və Bölmə tərəfindən inzibati araşdırma başlanılmışdır. Aşkarlanan məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının araşdırılması ilə əlaqədar olaraq şəxsiyyətlərini təsdiq edən sənəd, obyektin mülkiyyət sənədləri, VÖEN və.s ilə birlikdə ##.##.2026-ci il tarixdə, saat 10:00-da Bölməyə (Ünvan: Göygöl rayonu, Ağdağ qəsəbəsi, Əlaqə: 022 205-03-77) dəvət olunurlar. Onların və ya səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməkləri və iş üzrə onlarda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsinə əsasən su obyektlərinin özbaşına tutulmasına görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir, toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 262.1.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsaslar olduğunu tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən, şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cы maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar