Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-616/2026 04.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakları ilə, MÜƏYYƏN ETDI: Həmin qərardan zərərçəkmiş şəxs(tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib barəsində 1 ay müddətində inzibati həbs tənbehinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin sözügedən qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərarında qeyd etmişdir ki, “inzibati xəta materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məkəməyə məlumat verərək az yaslı usağının onun himayəsində olmasını bildirmişdir. Lakin sonradan bu məlumatın həqiqətə uyğun olmadığını araşdırmışdır. Belə ki, o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs övladının və qayınanasının faktiki yaşadığı ünvana şəxsən getmiş və övladının onunla birlikdə qalmadığını öyrənmişdir. Bu səbəbdən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə yalan ifadə verərək az yaslı övladının onun himayəsində olduğunu bildirmisdir. Lakin onun az yaslı övladı atasının himayəsindədir və məhkəmə bu faktları araşdırmadan az yaşlı övladı olduğunu bildirərək ona 500 manat cərimə tətbiq etmişdir. Hesab edir ki, məhkəmənin bu mövqeyi tamamilə yanlışdır. Məhkəmə iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş, borclunun uzunmüddətli və sistemli şəkildə borcun öhdəliyini pozmasını nəzərə almamışdır ki, bu da IXM-nin 76.1 və 84cü maddələrinin tələblərinə ziddir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək eyni məzmunda çıxış etdi və şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Gəncə şəhəri üzrə Icra Idarəsinə məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də Icra Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə Gəncə şəhəri üzrə Icra Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli icra vərəqəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödənilməmiş əsas borcun əvəzi qismində 3950 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 59 manat 50 qəpik, 4009 manat 50 qəpik məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Iş materiallarında olan icraata başlamaq haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılması və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi qərara alınmışdır. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış tələbin könüllü icra edilməsi barədə ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs imza edərək qeyd edilən sənədi qəbul etmişdir. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2026-cı il tarixli xəbərdarlıqdan görünür ki, borcluya xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Elektron məhkəmə informasiya sistemindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailə vəziyyətinə dair çıxarışdan görünür ki, onun ##.##.2013-cü il təvəllüdlü X1 adında azyaşlı uşağı var. Apellyasiya şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: «Konstitusiya») 60cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. IXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilməsi və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla və eləcə də apellyasiya məhkəməsində icraat zamanı onun və zərərçəkmiş şəxsin verdikləri izahatları ilə təsdiq edilir. Həqiqətən də borclu ona verilmiş vaxt ərzində tələbi könüllü icra etməmiş, icra sənədinə əsasən borclu olduğu məbləğdən tələbkara heç bir ödəniş etməmiş, icra sənədini icra etməkdən yayınmış, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün icra məmuru haqlı olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, birinci instansiya məhkəməsi isə onu düzgün olaraq IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilmişdir. Iş materialları ilə müəyyən edilir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini heç bir üzrlü səbəb olmadan icra etməkdən yayınır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 14 yaşına çatmayan uşağı var. IXM-nin 30.2-ci maddəsinə əsasən ...himayəsində on dörd yaşınadək uşağı olan qadınlar...barəsində inzibati həbs tətbiq edilə bilməz. Iş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilib ona cərimə növündə inzibati tənbeh tətbiq edərkən işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə ədalətli tənbeh təyin etmiş, tənbeh təyin edərkən onun barəsində məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Təyin edilmiş tənbehin növü və həddi baxımından törədilən inzibati xətanın xarakterinə və inzibati xətanı törədənin şəxsiyyətinə uyğundur, IXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədlərinə nail olunmasını təmin edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək ona tətbiq edilmiş inzibati tənbehin ağırlaşdırılması, yəni həbs növündə inzibati tənbehin tətbiq edilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Inzibati xəta haqqında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına əməl olunmuşdur. Bununla bağlı şikayətdə göstərilən dəlillər tamamilə əsassızdır. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-616/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-616/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver