Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-617/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Yusifov Elnur) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, həbsetmənin əvvəli ## ###### 2026-cı il tarixdən, saat 16:00dan hesablanmışdır. IŞIN HALLARI: Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmün ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə-tibb ekspertizasının ##.##.2025-ci il tarixli rəydən görnür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ və sol bazunun qançırları KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni ##.##.2026-ci il tarixdə kənar şəxs tərəfindən ağacla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmasan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş letenantı Orxan Həziyevin ## #### 2026-cı il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin ITB-yə həvalə edilmişdir. Inzibati xəta haqqında materiala baxan Goranboy Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hadisə ilə bağlı video görüntülər var və qarşı tərəf ona qarşı şər-böhtan atmışdır. Qeyd edilən halları və müharibə iştirakçısı olmağını nəzərə alıb şikayətin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, hadisədən 20 gün əvvək Zərərçəkmiş şəxs onun işlədiyi sexə gələrək onun yaşadığı evin açarını ondan istəmiş, o da açarı ona verməmiş və onu işlədiyi yerdən çölə çıxardaraq ona getməsini demiş, ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs həmin vaxt onu təhqir etmişdir. Eyni zamanda o, ekspert rəyi ilə də razı deyil. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin və zərərçəkmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Eyni zamanda barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən görünür ki, baş vermiş hadisənin tövsif məsələsi mübahisələndirilir və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Belə ki, iş materialına əlavə edilmiş zərərçəkmiş şəxsin polis şöbəsinə müraciəti, ##.##.2025-ci il tarixli məhkəmə tibbi ekspertizanın rəyi, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## #### 2026-cı il tarixli qərardan, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixdə Goranboy rayonu, Aşağı Ağcakənd kəndində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiyi üçün onun əməlində IXM-nin 157-ci maddəsinin tərkibi əlamətlərinin olması mötəbər sübutlarla öz təsdiqini tapır. Həmçinin, iş materialına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bundan əvvəl də Zərərçəkmiş şəxs döymüş və o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda cəzanı çəkməkdə davam edir. Eyni zamanda apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən həm apellyasiya şikayətinin dəlillərində göstərdiyi xüsusatlar, həm də məhkəmə iclasında verdiyi izahat məsuliyyətdən yayınma kimi qiymətləndirir, eyni zamanda özünü müdafiə kimi qiymətləndirir. Hazırki iş üzrə iş materialına əlavə edilmiş sənədlərdi şübhə altına alan mötəbər sübut təqdim olunmamış, ona görə də qeyd edilənləri yekunlaşdıraraq apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmişdir. Ona görə də məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin düzgün tövsif olunması hissəsi ilə razılaşır. Cəza məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər də məhz həmin zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməsi, buna görə cinayət məsuliyyətinə cəlb olunması və cəzanın icrası davam etdiyi halda yenidən həmin şəxsə qarşı zor tətbiq etməsi onun əvvəlki hüquqi məsuliyyət tədbirindən lazımi nəticə çıxarmadığını və hüquqazidd davranışını davam etdirdiyini göstərir. Başqa sözlə, əvvəlki cinayət məsuliyyəti və cəza tədbiri şəxsin davranışının islah olunmasına və gələcəkdə yeni hüquqazidd əməllər törətməkdən çəkinməsinə səbəb olmamışdır. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb düzgün olaraq həmin müddətə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh IXM-nin 21 və 31-ci maddəsinə uyğundur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-617/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-617/2026
26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver