Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-618/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1- ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə gəlməyən proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Məhkəmə proses iştirakçılarını dinləyib, habelə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, şikayət təmin olunmalı, məhkəmənin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, İXM-nin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin hallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2(021) -****/**** nömrəli icra sənədindən görünür ki, Bərdə Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)- ****/**** nömrəli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 8000 manat məbləğində pul və 100 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 8100 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. ## ####### 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü ödənilməsi haqqında ## ####### 2024-cü il tarixli bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin ## #### 2024cü il tarixli, 2(021) -****/**** nömrəli icra sənədi üzrə icraata başlanmış və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. Bildiriş borclu tərəfindən ## ###### 2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə icraata başlanmışdır və ## ###### 2025-ci il tarixli icraatın dayandırılması haqqında qərardan görünür ki, icraat dayandırılmışdır. Daha sonra məhkəmənin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı məktubu Bərdə Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2(021) -****/**** nömrəli icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin bundan sonra iş üzrə icraatın təzələnib təzələnməməsi barədə məlumat, eləcə də iş üzrə icraatın təzələnməsi barədə qərar iş materiallarında yoxdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Bundan başqa icraat təzələndikdən sonra borcluya hər hansı məlumat verilməsi barədə məlumat da iş materiallarında mövcud deyil. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, məhkəmə iş üzrə icraata inzibati icraatın dayandırılması, lakin bundan sonra icraatın təzələnməsi və məcburi icra tədbirləriinin aparılması barədə iş materiallarında heç bir sənəd olmaması əsası ilə xitam vermişdir. Hazırda isə müəyyən edilmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Qeyd olunan apellyasiya şikayətinə dair mülki iş hazırda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olmaqla, hazırda iş üzrə yekun məhkəmə qərarı qəbul edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda borcun ödənilməsindən qərəzli şəkildə yayınmadan söhbət gedə bilməz. Belə ki, qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Bununla belə, hazırda icra edilməsi nəzərdə tutulan məhkəmə qətnaməsi mübahisələndirilmiş və apellyasiya instansiya məhkəməsinin yekun qərarı qəbul edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin Məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Yuxarıda sadalanan hallara qiymət verərək, məhkəmə hesab edir ki, şikayət təmin olunaraq Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136, və 138-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin olunsun. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-618/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-618/2026
24.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver