Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-619/2026 15.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin direktoru X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X3 iştirakı ilə “xxxx” MMC-nin barəsində başlanılmış IXM-nin 266.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Abdullayev Fərman) qərarı ilə “xxxx” MMC-nin barəsində IXM-in 266.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verlmişdir. IŞIN HALLARI: Bərdə rayon Polis Şöbəsi tərəfindən “xxxx” MMC-nin direktoru X1 barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN №******* nömrəli Protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə saat 11:30 radələrində Bərdə rayonu, Güloğlular kəndi ərazisində “xxxx” MMC-də sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməmişdir. Bununla da Azərbaycan Respublikası IXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş ***** saylı аktdan görünür ki, “xxxx” MMC-nin direktoru X2 aparılacaq araşdırmada iştirak etməsi üçün Bazar ərazisində tullantıların qalalqlandığı əraziyə dəvət olunsa da o, heç bir əsas göstərmədən araşdımada iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən aşadırma onun iştirakı olmadan aparılmışdır. Araşdrma zamanı qeyd edilən ərazidə tullantıların təkrar qalalqlanması və əvvəlki qalaqlanmış tullatıların ərazidən yığışdırılaraq daşınması və ərazinin məişət tullantıları ilə çirkləndirilməsi müəyyən edilmişdir. Bununla da X2 rəhbərlik etdiyi “xxxx” MMC-nin ərazisində tullantıları qalaqlamaqla Azərbaycan Respublikası Istehsalat və Məişət tullantıları Haqqında Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli ** saylı qərarının tələblərini pozmuşdur. Qeyd edilənlərlə bağlı tərəflərindən akt tərtib olunmuş, ərazidə video çəkiliş aparılmış, fotoşəkillər çəkilmişdir. Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsi ilə “xxxx” MMC-i arasında bağlanmış ##.##.2026-cı il tarixli, ** saylı müqavilədən görünür ki, Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsi öhdəsinə götürür ki, hər ay obyektin hər növ zibil tullantılarının müntəzəm olaraq daşıyacaqdır, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəsinə götürür ki, müntəzəm zibil olaraq tullantılarının daşıması üçün ay ərzində 1200 manat, rüb ərzində 3600 manat vəsait ödəyəcəkdir. Inzibati xəta haqqında materiala baxan Bərdə Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qeyd edilən qərarından qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi şikayət verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və “xxxx” MMC-nin IXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-ci il tarixdən ##.##.2026-cı il tarixədək olan müddətdə xxxx MMC-də formalaşan tullantılar bazar ərazisindən təkrar-təkrar uzun müddət qalaqlanaraq ərazi məişət tullantıları ilə çirkləndirilmişdir. Idarəyə daxil olmuş ##.##.2026-cı il tarixli, **/*-****/** nömrəli məktubda göstərilmişdir ki, ##.##.2026-c ilk tarixdə saat 11:30 radələrində Bərdə rayon Güloğlular kəndi ərazisində yerləşən Təzə bazarda * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin və X8 X6 əməkdaşlari ilə birgə keçirilmiş reyd zamanı Təzə bazar ərazisində sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıların yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar edilmişdir. "xxxx" MMC-nin fəaliyyəti ticarətlə məşğul olmaqdır. Idarə tərəfindən "xxxx" MMC-nin ticarətlə məşğul olması yoxlanılmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2005-ci il tarixli ** nömrəli qərarın tələbləri pozулmuşdur. Hesab edir ki, məhkəmə işə birtərəfli yanaşmış, yuxarıda qeyd edilənləri nəzərə almamış, ona görə də şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında iştirak edən səlahiyyətli inzbati orqanın nümayəndəsi Sahil Mirzəyev şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununda göstərilən xüsusatları müdafiə etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin direktoru Zülfü Tağıyev şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsi ilə aralarında olan ##.##.2026-cı il tarixli müqavilədən görə “xxxx” MMC-nin ərazisindən hər ay zibil tullantılarının daşınması üçün Kommunal Təsərrüfatı Idarəsinə 1200 manat vəsait ödəniləcək və müqavilə ##.##.2026-cı il tarixə kimi etibarlıdır. Sonradan tərəflər arasında yenidən bağlanmış ##.##.2026-cı il tarixli müqaviləyə əsasən hər ay zibil tullantılarının daşınması üçün Kommunal Təsərrüfatı Idarəsinin üzərinə qoyulacaq və müqavilə ##.##.2027-ci il tarixə kimi etibarlıdır. Hesab edir ki, sözügedən ərazidə zibil tullantılarının daşınması nə onun, nə də direktoru olduğu hüquqi şəxsin deyil, tərəflər arasında bağlanmış müqavilə münasibətlərinə görə Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsinin üzərinə düşür. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikasının Qanununun 3.2.-ci bəndində qeyd edilir ki, Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Ona görə də “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisində aparılan yoxlama sahibkarlıq fəaliyyətində yoxlama kimi nəzərə alınmalıdır. Həmçinin reyestrdə bu barədə əvvəlcədən məlumat yerləşdirilməlidir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-də yoxlama aparılması üçün reyestrdə bu barədə əvvəlcədən məlumat yerləşdirilmədiyindən “xxxx” MMC barəsində IXM-in 266.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Eyni zamanda iş materialında olan Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsi ilə “xxxx” MMC-nin direktoru Zülfü Tağıyev arasında olan ##.##.2026-cı il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nin ərazisindən hər ay zibil tullantılarının daşınması üçün Kommunal Təsərrüfatı Idarəsinə 1200 manat vəsait ödəniləcəkdir. Səlahiyyətli inzibati orqan tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli protokoldan görünür ki, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək “xxxx” MMC Bazar ərazisində formalaşan tullantıları qalaqlamaqla təkrar qalaqlamaqla ərazini məişət tullantıları ilə çirkləndirmişdir. Bununla da müəyyən olunur ki, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək Bərdə rayon, Güloğlular kəndi ərazisində Təzə Bazarda sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması qaydalarına cavabdeh şəxs “xxxx” MMC-nin məsuliyyət daşıması istisna olunan haldır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə münasibətlərindən görünür ki, sözügedən ərazidə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarına riayət olunması qaydası Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsinin üzərinə düşür. Apellyasiya məhkəməsi qeyd edir ki, IXM-nin 8-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla səlahiyyətli inzibati orqanın, yəni * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin üzərinə qoyulsa da, səlahiyyətli inzibati orqan tərəfindən hazırki iş üzrə Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsi ilə “xxxx” MMCnin direktoru Zülfü Tağıyev arasında olan ##.##.2026-cı il tarixli müqavilə münasibətlərini və işin digər hallarını araşdırmamış, ona görə də baş vermiş inzibati xəta hadisəsini törədən subyektin düzgün müəyyən olunması istiqamətində lazımi araşdırma aparmamışdır. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, “xxxx” MMC-nin əməlində IXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair işdə hər hansı bir mötəbər sübut yoxdur, bütün qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə düzgün və qanuni nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, “xxxx” MMCnin IXM-nin 266.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-619/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-619/2026
15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver