Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-620/2026 03.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bərdə rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İŞİN HALLARI: İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bərdə rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X1 ilə ataları-tələbkar Zərərçəkmiş şəxs görüşməsini təmin etməli olduğu halda, uşaqların ataları ilə görüşməsini təmin etməmiş, icra sənədinin icrasından yayınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bərdə rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarını onun İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməyinin icra məmurunun, borclunun və onun izahatlarını, eləcə də onun inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol və dgər sübutlarla təsdiq edilməsi ilə əsaslandırmışdır. Lakin Bərdə rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı tamamilə əsassızdır, məhkəmənin əsaslandığı sübutlar mötəbər deyil və şübhə doğurur. Qeyd etmişdir ki, uşaqları Zəhra və Banunun ataları Zərərçəkmiş şəxslə görüşüb ünsiyyət olmalarından heç vaxt imtina etməmişdir. Lakin Zəhra və Banu ataları ilə görüşmək istəmirlər. Belə ki, tələbkar Zərərçəkmiş şəxs qızları öz evinə aparmaq istəyir. Ancaq Tural dəfələrlə ona şiddət göstərdiyinə və yenidən evləndiyi üçün Zəhra və Banu onun yeni arvadını görmək istəmirlər. O, dəfələrlə tələbkara uşaqlarla onun ata evində görüşməsini təklif etmişdir. Tural isə onunla razılaşmamışdır. Bundan əlavə məhkəmənin qətnaməsi ilə görüş vaxtı hər həftənin bazar günü saat 16:00-dan saat 21:00-dək müəyyən edilibdir. Lakin qızları xəstədirlər. Zəhranın nevroloji problemləri vardır. O, həmin saatlarda mütəmadi dərmanlar qəbul edir. Həmçinin qızı Banunun da xəstəliyi vardır. Həmçinin həftənin bazar günü qeyd edilən saatlarda uşaqlar növbəti dərs həftəsinə hazırlaşmalıdırlar. Onlar növbəti dərsləri hazırlamaq üçün uşaqların yuxu vaxtını pozmalı olur. O, işləyir və uşaqlarla vaxt keçirmək üçün yalnız həftənin bazar günləri vaxtı olur. Odur ki, onun da hüquqları pozulmuş olur. Tələbkar isə uşaqlardan daha çox öz mənafeyini düşünür, ona cəza verilməsi üçün heç vaxt ona müraciət etməmişdir. Odur ki, tələbkar Zərərçəkmiş şəxs uşaqlarla ünsiyyət üçün müraciət etməli və o icra etmədikdə icra məmuruna ərizə verməli idi. Qərarda icra məmurunun izahatında ona dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirməməyi qeyd edilmişdir. Ancaq icra məmuru tərəfindən ona heç bir bildiriş və xəbərdarlıq göndərilməmişdir. Odur ki, Bərdə rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın ləğv edilməsini, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və müdafiəçisi məhkəmə iclasında şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş protokolu tərtib edən şəxsə və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş lakin gəlməməsinin səbəbləri barədə məlumat vermişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə protokolu tərtib edən şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs övladı ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 16:00-dan saat 21:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun və 50 manat məbləğində mediasiya ödənişinin onun özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmurunun ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətində görünür ki, Bərdə rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icra sənədi üzrə icraat başlanmışdır; Bərdə rayon İcra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə rayon Məhkəməsinin *(***)-***/**** saylı,##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bərdə rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Belə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu icra sənədində qeyd olunan tələbi yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə düşən öhdəliyi qərəzli olaraq bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən icra etməməklə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmuş, birinci instansiya məhkəməsi də onu həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 31.1 və 31.2-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsininə əsasən Bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən işin hallarını, törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və tətbiq edilən tənbehin onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona aşağı həddə yüngül tənbeh tətbiq etmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini qəbul etmir, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmiş, qanuni qərar qəbul etmişdir. Mahiyyəti üzrə düzgün olan məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-620/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-620/2026
03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver