Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-621/2026 07.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə MÜƏYYƏN ETDI : Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Bayramova Kəmalə) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. IŞIN HALLARI: EQ ******** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla və ona əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-ci il tarixdə “Ford linkoln” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən IXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Gəncə şəhəri BPI DYPŞ-nin portaldan çıxarışdan görünür ki, EQ ******** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Asan Pay ödəniş sistemindən edilmiş çıxarışdan görünür ki, EQ ******** nömrəli, ##.##.2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə və dəbbə pulu ödənilməmişdir. IXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya dair materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə ona məxsus ** EF *** № nişanlı avtomaşınından, onu texniki baxışdan keçirməməkdən gedir. Halbuki həmin maşının aparıcı hissələri xarab olduğu üçün onu uzun müddətə, yəni təmiri üçün pul əldə edən vaxta kimi dayanacağa qoymuşdur. Avtomaşın o dərəcədə nasazdır ki, texniki baxışdan keçəsi deyil, nə də texniki baxış yerinə aparılası deyil. Texniki baxışa isə işlək avtomaşın təqdim edilə bilər. Nasaz avtomaşının texniki baxışa təqdim edilməsi absurddur. Hesab edir ki, avatmobil dayanacağında saxlanılan avtomaşını texniki baxışa təqdim etməmə səbəbindən nəqliyyat vasitəsinin sahibini inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək məhkəməyə ##.##.2026-cı il tarixli ödəniş sənədini təqdim edərək göstərdi ki, o, EQ ******** nömrəli inzibati cərimə növündə 50 manat cərimə və 30 manat dəbbə pulu, ümumilikdə 80 manat pul ödəmişdir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Gəncə şəhəri BPI DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmalı və məhkəmənin qərarı ləğv edilməlidir. Iş materialına əlavə olunmuş EQ ******** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-ci il tarixdə “Ford linkoln” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən IXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. EQ ******** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra etmədiyi üçün IXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Apellyasiya məhkəməsinə təqdim olunmuş ##.##.2026-cı il tarixli kart nömrəsi **4181 ABB bankı vasitəsi ödənilmiş ödəniş qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə və dəbbə pulu (yuxarıda qeyd edilən qərarda hamısı göstərilmiş) bütünlüklə tam məbləğdə ödənilmiş və onun həmin qərar üzrə ödənilməmiş məbləğin qalması müəyyən edilmir. IXM-nin 529-cu maddəsinin qeydinin 1-ci bəndinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən elektron inzibati tənbeh vermə haqqında qərar ilə ona təyin edilmiş cəriməni və dəbbə pulunu ümumilikdə tam ödədiyindən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qanunamüvafiqdir. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-621/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-621/2026
07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver