Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-622/2026 03.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Həsən Qəniyev) qərarı ilə şikayət təmin edilməmiş, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, Elvin Abduləlizadənin Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi ## #### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı bu şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis Rı Elvin Abduləliyevin Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi ## #### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbehvermə haqqında elektron qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 13:14-də M2. E60. AH 5 Bakı- Ələt-Qazax-Gürcüstan yolunun 336-cı kilometrliyində “Opel Astra minik” markalı **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “yolda müəyyən edilmiş hərəkət sürətini 24 km/saat həddində aşdığına görə” İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 50 (əlli) manat cərimə tənbehi tətbiq edilmişdir. İnzibati xəta “SmartRadar” markalı, “VVCMC800P” tipli “VVC-MC800P” modelli xüsusi texniki vasitənin məlumatı əsasında aşkar edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi il təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Baş DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan Kəlbəcər Rayon Məhkəməsinə şikayət ilə müraciət etmişdir. İnzibati xəta haqqında materiala baxan Kəlbəcər Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Qərardan narazı qalan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının və Azərbaycan Respublikası DİN-nin Baş DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə barəsində tətbiq edilmiş EQ ******** nömrəli elektron qərardan verdiyi şikayət təmin edilməmiş və ilkin qərar dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əhəmiyyətli prosessual və maddi hüquq pozuntuları ilə müşayiət olunduğundan qanunsuz və əsassızdır. İşin faktiki halları tam və obyektiv araşdırılmamış, vətəndaşın qanunla təmin olunan müdafiə hüququ məhdudlaşdırılmış, təqsirsizlik prezumpsiyası hüququ əhəmiyyətli dərəcədə pozulmuşdur. İnzibati məsuliyyət yalnız təqsir tam sübuta yetirildikdə tətbiq edilə bilər. İş materialarında onun hüquq pozuntusuna yol verməyi müəyyən edilməmişdir. Qərar kifayət qədər əsaslandırılmamışdır. Onun əsas hüquqi arqumentlərinə ətraflı hüquqi qiymət verilməmiş, yalnız inzibati orqanın mövqeyi təkrarlanmış, proporsionallıq prinsipi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən Azərbaycan Respublikası İXM-nin tələblərini kobud şəkildə pozmuş, işin obyektiv hallarını araşdırmadan əsassız qərar çıxarmışdır. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan inzibati xəta haqqında işə baxarkən iş üçün əhəmiyyətli olan bütün halları tam, hərtərəfli və obyektiv araşdırmağa, həmçinin işin düzgün həll edilməsi üçün sübutlar toplamağa borclu olmasına baxmayaraq, birinci instansiya məhkəməsi barəsində tərtib olunmuş qərara və materiallara sırf formal yanaşmış, təqsirsizlik prezumpsiyası prinsipini (İXM maddə 8) gözardı etmişdir. Hüquqi dövlətdə məhkəmə icraatı formal xarakter daşımamalı, işin maddi həqiqətini ortaya çıxarmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyinə görə də məhkəmə araşdırması formal mülahizələrdən çıxış etməməli, şikayətçi tərəfindən irəli sürülən həlledici dəlillərin mahiyyəti üzrə yoxlanılmasına xidmət etməlidir. İnzibati xəta icraatında maddi həqiqətin üzə çıxarılması yalnız səlahiyyətli qurumun sənədlərinə inanmaq deyil, xətanın real olub-olmadığını təkzibedilməz sübutlarla sübuta yetirmək deməkdir. Məhkəmə onun tərəfindən irəli sürülən və işin həllinə birbaşa təsir edəcək subyektiv arqumentləri və sübut toplamaq barədə vəsatətləri rədd etməklə (vəsatətə münasibət belə bildirilməmişdir), faktiki olaraq maddi həqiqətin üzə çıxmasının qarşısını almış və işi formal sənəd icraatına (bürokratik prosedura) çevirmişdir. İşin real və obyektiv halları araşdırılmadan, maddi həqiqət müəyyən edilmədən çıxarılmış birinci instansiya məhkəməsinin qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. PROSSESUAL MƏSƏLƏLƏR Apellyasiya məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onu müdafiə etdiyini, şikayətin təmin edilməsini, məhkəmənin ## ###### 2026-cı il tarixli qərarının tamamilə ləğv edilməsini, barəsində tərtib olunmuş EQ ******** nömrəli elektron cərimə qərarının ləğv edilməsini və İXM-nin 328.2-ci maddəsi ilə başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir və gəlməməyinin səbəbi barədə məhkəmə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis Rı Elvin Abduləliyevin Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi ## #### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbehvermə haqqında elektron qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 13:14-də M2. E60. AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 336-cı kilometrliyində “Opel Astra minik” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “yolda müəyyən edilmiş hərəkət sürətini 24 km/saat həddində aşdığına görə” İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 50 (əlli) manat cərimə tənbehi tətbiq edilmişdir. İnzibati xəta “SmartRadar” markalı, “VVCMC800P” tipli “VVC-MC800P” modelli xüsusi texniki vasitənin məlumatı əsasında aşkar edilmişdir. Bundan başqa, ##.##.2025-ci il tarixli, EQ ******** nömrəli qərara əlavə edilmiş fotoşəkildən aydın olaraq görünür ki, kameranın nömrəsi, xətanın növü və yeri, tarix və saat, nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və avtomobil markası qeyd olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərara əlavə edilmiş fotoşəkildən göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Opel Astra minik” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Ələt-Qazax-Gürcüstan yolu 336 km-də ##.##.2025-ci tarixdə İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş (surət həddini aşma) inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Yuxarıda qeyd olunan İXM-nin 122.1-ci maddəsindən göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş qərar və ona əlavə edilmiş fotoşəkil hadisə baş verən günü real vaxt rejimində tərtib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində mübahisələndirdiyi hallar formal mülahizələr və subyektiv fərziyyələrdən ibarət olduğuna görə şikayətdə qeyd edilən dəlillərin əsassız olması iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə görə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Qeyd olunan hüquq normasını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinə verilmiş şikayətdə hər hansı sübuta əsaslanılmamış və şikayət formal xarakterli olmuşdur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası DİN-nin Baş DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, şikayət formal xarakterli olmaqla Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin Məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmasın. Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-622/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-622/2026
03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver