Məhkəmə qərarları › İş №3(3-7)-623/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-623/2026

29.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-623/2026 29.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə MÜƏYYƏN ETDI: Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim Niftəliyev Mahir) ##.##.1984-cü ildə Ağdam rayonunun Pirzadlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, «xxxx» MMC-də qəlibləyici işləyən, Ağdam rayonunun Pirzadlı kəndində qeydiyyatda olan, Ağdam rayonu Baharlı qəsəbəsi ev 476-da yaşayan IŞIN HALLARI: Mingəçevir şəhər Narkoloji Dispanserinin verdiyi sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinənin ##.##.2026-cı il tarixli **** saylı protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində narkotik maddə qurudulmuş marixuana aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ağdam RPŞ-də verdiyi izahatdan görünür ki, o əvvəllər narkotik vasitələrdən qəbul etmiş, təxminən 2010-cu ildən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini göstərmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi şikayət verərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş üzrə özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Ailəlidir, üç azyaşlı uşağı var, indiyədək inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamışdır. Ailədə ondan başqa işləyən yoxdur. Ailəni dolandıran şəxsdir, həmçinin məcburi köçkündür. Valideynləri vəfat etdiyindən hazırda uşaqlara baxan yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi. Əlavə olaraq o, göstərdi ki, ilk dəfədir inzibati məsuliyyətə cəlb olunur, ailəlidir, səhvini başa düşür, narkotiki 10 manat alıb istifadə etmişdir. Ailə vəziyyətini nəzərə alıb şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqan Ağdam RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmiş, eyni zamanda şikayətin dəlillərindən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin olunmuş inzibati həbs tənbeh tədbiri ilə razı olmadığını və cəzadan azad olunmasını xahiş edir. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, birinci instansiya məhkəməsi iş materialına əlavə edilmiş sənədləri və protokol, raportla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 206-cı maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsini törətməsi və həmin əməllərə görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində yüngülləşdirən hallar kimi onun təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, himayəsində ##.##.2009-cu ildə anadan olmuş Sevinc, ##.##.2012-ci ildə anadan olmuş Emil və ##.##.2018-ci ildə anadan olmuş Fatimə adlı üç uşağının olmasını və əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə alıb barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ağdam RPŞ-də verdiyi izahatdan göründüyü kimi o, təxminən 2010-cu ildən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təxminən 16 il müddətə yaxındır ki, qanunsuz olaraq narkotik vasitələrdən qəbul etmiş və bu da onu göstərir ki, o, narkotik vasitələrdən qanunsuz olaraq istifadə etməyə meyilli şəxs kimi xarakterizə olunur. Eyni zamanda, hazırki iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini nəticəsində onun ailə vəziyyətinə mənfi təsir etməsini təsdiq edən əsaslı mötəbər sənəd təqdim olunmamışdır. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisinin şikayətinin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmiş, ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati həbs tənbeh tədbirinin azad olunmasına və ya cəzasının yüngülləşdirilməsinə əsas olan xüsusatlar hazırda mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar