Məhkəmə qərarları › İş №3(3-7)-624/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-624/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-624/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi Quliyev Anar Elcan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X14 inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarına əsasən “xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının IXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X14 inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərara əsasən “xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində (Əmək qanunvericiliyinin pozulması) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. X3 ##.##.2024 ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “xxxx” MMC-yə anbardar köməkçisi vəzifəsinə işə qəbul olunmuşdur. ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərin birinin təşəbbüsü) maddəsinə əsasən A.Əhmədovun əmək müqaviləsinə 081 A nömrəli ##.##.2026-cı il tarixli əmrlə xitam verilmişdir. ##.##.2026-cı il tarixdə A.X1 Müfəttişliyi Xidmətinin X14 ərizə ilə müraciət edərək göstərmişdir ki, “xxxx” MMCdə anbardar köməkçisi vəzifəsində işləmişdir, işlədiyi dövrdə əmək məzuniyyətindən istifadə etməmiş, həmçinin 2026-ci il ərzində əmək haqqı və son haqq-hesab ödənilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə X3 440,26 manat (əmək haqqı 2026 yanvar), ##.##.2026-cı il tarixdə isə 658,90 manat (son haqq-hesab, 32 gün istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya), 440,26 manat (əmək haqqı 2026 fevral), 440,26 manat (əmək haqqı 2026 mart) ödənilmişdir. Cəmi 1979,68 manat. xxxxnın elektron sistemindən çıxarış şikayətə əlavə edilmişdir. Beləliklə əmək qanunvericiliyində nəzərdə tutulmuş ödənişlər ##.##.2026-cı il tarixdə “xxxx” MMC tərəfindən tam şəkildə ödənilmiş və bu barədə X4 Xidmətinin X14 müvafiq məlumat verilmişdir. Buna baxmayaraq X4 Xidmətinin X14 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyini hesab edərək ##.##.2026-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və ##.##.2026-cı il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla “xxxx” MMC nin direktoru Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən Qərardan şikayət verən orqan (şəxs) (vəzifəli şəxs) barəsində qəbul edilmiş ## #### 2026 cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar (IXM 192.4 maddə) tamamilə qanunsuz və əsassızdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X14 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Həmid Ədhəmov tərəfindən apellyasiya şikayəti verilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X14 tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və X4 Xidmətinin X14 inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(*-***)-****/**** nömrəli qərarında Qərardan şikayət verən orqan (şəxs) əməlində hər hansı pozuntu olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Məhkəmə işə baxılmasında, yalnız barəsində Inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. Inzibati xəta haqqında qərar qəbul etmiş orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq iş üzrə Qərardan şikayət verən orqan (şəxs) Ävdlbaroviç barədə inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Belə ki, vətəndaş X3 X4 X5 şikayəti əsasında işə baxılmış, şikayət ərizəsi əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" MMC-in direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X3 əmək müqaviləsinə ##.##.2026-cı ildə xitam verilmişdir. Məlumat üçün bildiririk ki, Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən, işçinin son haqq-hesabı işçi işdən çıxarıldığı gün ödənilməlidir. Tam və düzgün hesablanmış qaydada ödəmək işəgötürənin borcudur. Bundan əlavə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, işçiyə əmək haqqı ayda 1 dəfə və ya hissələrə bölünməklə 15 gündə bir ödənilməlidir. Lakin vətəndaşın ərizəsində qeyd edilir ki, 2026-cı il üzrə həmin ilin aprel ayına qədər ümumən əməkhaqqı ödənilməmişdir, işlədiyi dövr ərzində məzuniyyət hüququndan istifadə etməmişdir. Deməli, işçinin həm istifadə edilməmiş məzuniyyətləri, həm də ödənilməmiş əməkhaqqı işdən çıxarıldığı gün ödənilməli idi. Lakin "xxxx" MMC əsas götürür ki, istehsalat həmin dövrdə olmadığından, yəni gəlirləri olmadığından, bununla bağlı işçinin işdən çıxdığı gün X3 əməkhaqqı ödənilməmişdir. Bununla bağlı “xxxx” MMC-in rəhbərliyinə sorğu məktubu ünvanlanmış, yəni zəruri sənədlər tələb olunmuşdur. Sorğuya cavab məktubunda "xxxx" MMC son haqq-hesabın çoxunu tam, dəqiq, dürüst aparsalar da, ödənişi həyata keçirmədiklərini bildirmişdir, onunla bağlı IXM-in 192.4-cü maddəsinə əsasən, cərimə tətbiq olunmuşdur. Odur ki, yuxarıda göstərilən əsaslara görə "xxxx" MMC-in direktoru Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikasnın Inzibati Xətalar Məcəlləsinin 192.4-cü (ifadəsinin tərkibi yarandığından X4 Xidmətinin X14 tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab olunur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi, apellyasiya şikayətinin təmin edilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və X4 Xidmətinin X14 tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, izahatında həmçinin qeyd etdi ki, 2026-cı ilin aprel-iyun aylarında Qərardan şikayət verən orqan (şəxs) eyni inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilərək tənbeh edilmiş, buna görə ona inzibati tənbehin şərti tətbiq edilməsinə dair qərar qəbul edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi vəkil Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən qərarından verilmiş şikayətin dəlillərini, həmin qərarın qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 192.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin sübut olmaması əsası ilə iş üzrə icraata xitam verilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: “Konstitusiya”) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. IXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, IXM-nin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, X3 ##.##.2024-cü il tarixli əmək müqaviləsi əsasında “xxxx” MMC də “anbardar köməkçisi” vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 1 il 1 gün müddətinə, yəni ##.##.2025-ci il tarixinədək bağlanılmışdır. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, ***A nömrəli əmrindən görünür ki, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a–tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən ##.##.2026-cı il tarixdən xitam verilmiş, işçinin ##.##.2024-cü il tarixindən ##.##.2026-cı il tarixinə qədər istifadə edilməmiş 31,5 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X14 şikayəti əsasında araşdırma aparılaraq ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən AR ƏM-in 172.1 və 172.4-cü maddələrinin tələblərinin pozularaq, işçilərə işdən çıxarkən son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X14 ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026 cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) 1500 manat məbləğində cərimə edilmişdir. Iş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən X3 ##.##.2026-cı il tarixdə 440,26 manat, ##.##.2026-cı il tarixdə 658,90 manat, 440,26 manat və 440,26 manat olmaqla, ümumilikdə 1979,98 manat pul ödənilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən orqanın nümayəndələrinin izahatından göründüyü kimi ödəniş edilməsi barədə “xxxx” MMC tərəfindən məlumat ##.##.2026-cı il, saat 18:00-dan sonra şifahi qaydada inzibati orqana bildirilmişdir, lakin təsdiqedici sənədlər təqdim olunmadığından artıq protokol tərtib olunmuşdur. Hazırda törədilmiş inzibati xəta pozuntusu aradan qaldırılmışdır. Göstərilənlər əsasında birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində hər hansı pozuntu olmamışdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) niyyəti ödənişləri etməmək olmamışdır. Iş materiallarında olan ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X3 “xxxx” MMC-də “anbardar köməkçisi” vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 1 il 1 gün müddətinə, yəni ##.##.2025-ci il tarixinədək bağlanılmışdır. Iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, X3 ##.##.2026-cı il tarixdə ərizə ilə “xxxx” MMC yə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə ##.##.2026-cı il tarixindən etibarən (son iş günü ##.##.2026-cı il tarixi olmaqla) xitam verilməsini xahiş etmişdir. Iş materiallarından görünür ki, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, ***A nömrəli əmrindən görünür ki, “xxxx " MMC bölməsində “anbardar köməkçisi” vəzifəsində işləyən X7 ilə bağlanılmış **F*MHZ****** nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a – tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən ##.##.2026-cı il tarixdən xitam verilmişdir. Işçinin ##.##.2024-cü il tarixindən ##.##.2026-cı il tarixinə qədər istifadə edilməmiş 31,5 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. Iş materiallarında olan “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X14 ünvanlanmış **-***/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubdan görünür ki, məktubda əmək haqqı ödənişlərinin gecikdirilməsinin müəssisənin normal təsərrüfat fəaliyyətini davam edə bilməməsi, iş həcminin azalması, demək olar ki, olmaması səbəbindən olduğu qeyd edilmiş, ## #### 2026-cı il tarixinə qalan borc X3 (fevral 440,26, mart 440,26, aprel istifadə edilməmiş 32 gün məzuniyyət günləri ilə birlikdə son haqq-hesab 658,90 manat olmaqla, 1539,42 manat) təşkil etdiyi, borc məbləğinin yaxın zamanda ödəniləcəyi bildirilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X14 ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş A.M.Əhmədovun şikayəti əsasında işə baxılarkən ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən AR ƏM-nin 172.1 və 172.4-cü maddələrinin tələblərinin pozularaq, işçilərə işdən çıxarkən son haqq-hesabın ödənilmədiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. Iş materiallarında olan “xxxx” MMC-nin hesabdan çıxarışlarından görünür ki, “xxxx” MMC tərəfindən X3 ##.##.2026-cı il tarixdə 440,26 manat, ##.##.2026-cı il tarixdə 658,90 manat, 440,26 manat və 440,26 manat olmaqla, ümumilikdə 1979,98 manat pul ödənilmişdir. IXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205-1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541-544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. Işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Qeyd edilən normada təsbit olunmuş müddəalardan görünür ki, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla IXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində cərimə növündə inzibati tənbehin şərti olaraq tətbiq edilməsi haqqında qərarın çıxarılması və qərarda şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün müddətin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin normanın müddəasına görə müəyyən edilmiş müddətərzində bu hüquqpozmanı aradan qaldırılmış şəxsə təyin edilmiş cərimə ödənilmir, bir növ həmin şəxs cərimədən azad edilir. Iş materiallarından Qərardan şikayət verən orqan (şəxs) hazırki iş üzrə barəsində IXMnin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləndən əvvəl bir il müddətində eyni xətanı törətməsi ilə bağlı qəbul edilmiş və qüvvədə olan inzibati tənbeh vermə haqqında qərarın mövcud olması müəyyən edilmir. Səlahiyyətli orqanın nümayəndəsi 2026-cı ilin aprel-iyun ayında Qərardan şikayət verən orqan (şəxs) eyni xətanı törətdiyinə görə barəsində inzibati tənbeh vermə qərarının qəbul edildiyini göstərsə də bununla bağlı məhkəməyə hər hansı bir dəlil təqdim edə bilməmişdir. Inzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş qərarda da Qərardan şikayət verən orqan (şəxs) eyni inzibati xətanı törətməsinə dair əvvəllər inzibati tənbehin tətbiq edilməsi və hazırki iş üzrə inzibati xətanı həmin inzibati tənbehin tətbiq edilməsi barədə qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkarar törətməsi qeyd edilməmişdir. Iş materiallarına apellyasiya icraatı zamanı əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı və Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026cı il tarixli, 3(3-7)-628/2026-cı il tarixli qərarlarından görünür ki, X4 Xidmətinin X14 tərəfindən ##.##.2026-cı il tarixdə “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində hazırki iş üzrə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla yanaşı MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan nizibati xətanın törədilməsində təqsirli bilinib inzibati tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixdə qərar qəbul edilmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən həmin qərar hazırki iş üzrə qərarla eyni vaxtda qəbul edilmiş və qüvvəyə minməmişdir. Apellyasiya instansiyası məhkəməsi IXM-nin 116-cı maddəsinin müddəalarını əsas tutaraq hesab edir ki, hazırki iş üzrə hüquqpozma səlahiyyətli orqan tərəfindən qərar qəbul edilənədək aradan qaldırıldığından “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün əsas olmamışdır. Bundan başqa, iş materiallarından və eləcə də barəsində inzibati xəta haqqında iş üzrə təqsirləndirilən şəxsin müdafiəçisinin izahatından görünür ki, X3 bütün ödənclərin(son haqqhesabın) işdən çıxdığı gün, yəni vaxtında ödənilməməsi “xxxx” MMC-nin normal fəaliyyət göstərə bilməməsi və bu səbəbdən maliyyə imkanlarının məhdud olması ilə bağlı olmuşdur. Göründüyü kimi X3 işdən çıxarkən bütün ödənclərin(son haqq-hesabın) vaxtında ödənilməməsində “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) hər hansı qəsdi olmamışdır. Sonradan, yəni ##.##.2026-cə il tarixdə X3 bütün ödənclərin ödənilməsi də bu qənaətə gəlməyə əsas verir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının IXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliliyi təsdiq olunmur. Ona görə də, X4 Xidmətinin X14 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının IXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilib, ona inzibati tənbeh tətbiq etməkdə haqlı olmamışdır. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını işin bütün halları ilə müqayisəli şəkildə tədqiq edərək hərtərəfli, tam və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli orqanın qərarının ləğv edilməsi və onun IXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin sübut olunmadığı əsası ilə iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. IXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli və obyektiv şəkildə araşdıraraq iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. IXM-nin 134.1.1-ci maddəsinə əsasən şikayət və ya protest əsasında inzibati xəta haqqında işə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarıla bilər. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X14 “xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi və “xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Həmid Ədhəmov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X14 “xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi və “xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar