Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-626/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinin rəisi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, ************** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından ** saylı Ərazi Vergilər Baş Idarəsinin rəisi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Hüseynquliyeva Lamiyə) qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinin rəisi R X1 tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, ************** saylı qərarın ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qərarından Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinin rəisi şikayət verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Inzibati orqanların Təsnifatı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** saylı Qərarının 15.2.1-ci bəndi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq struktur bölmələri, o cümlədən ərazi vergilər departamentləri inzibati orqanların sırasına daxil edilmişdir. Qeyd olunan normaların tələblərinə görə, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsi inzibati orqan hesab edildiyindən və iddiaçı tərəfindən həmin inzibati orqana qarşı inzibati aktın etibarsız sayılması və tətbiq edilmiş maliyyə sanksiyasının silinməsinə dair iddia irəli sürüldüyündən həmin inzibati mübahisəyə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş məsuliyyət tədbirinin Vergi məcəlləsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası olmasına baxmayaraq, maddi və prosessual hüquq normalarının tələbləri pozularaq bu hal məhkəmə tərəfindən inzibati xəta hadisəsi kimi qiymətləndirilərək qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktla bağlı olan inzibati mübahisəni inzibati xətalara dair iş üzrə mübahisə kimi qiymətləndirmiş, eyni zamanda məhkəmə prosessual hüquq normalarının tələbini pozmaqla inzibati məhkəmələrin səlahiyyətində olan mübahisəyə səlahiyyəti olmadan baxaraq qərar qəbul etmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xətaya dair işin materiallarını araşdırıb, şikayətin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, məhkəmənin ##.##.2026-cı il tarixli hazırlıq iclasının qərardadı və yekun qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. Belə ki, iş materialına əlavə edilmiş ## ### 2026-cı il tarixli, ************** saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan" görünür ki, Qərardan şikayət verən orqan (şəxs) vergi qanunvericiliyinin 50.1.14-cü maddəsinin tələblərini pozduğuna görə vergi məsuliyyətinə cəlb olunmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş məsuliyyət tədbirinin Vergi məcəlləsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası olmasına baxmayaraq, maddi və prosessual hüquq normalarının tələbləri pozularaq bu hal məhkəmə tərəfindən inzibati xəta hadisəsi kimi qiymətləndirilərək qərar qəbul edilmişdir. Eyni zamanda apellyasiya məhkəməsi qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hazırlıq iclası qərardadında Qərardan şikayət verən orqan (şəxs) tərəfindən IXM-nin 192.1-ci maddəsinin törədilməsi göstərilsə də belə, lakin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## ### 2026-cı il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan" verdiyi şikayətində Inzibati Xətalar Məcəlləsinin deyil, Vergi Məcəlləsinin 50.1.14-cü maddəsinin tələblərinin pozulduğu göstərilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi yekun qərarında Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verdiyi şikayəti təmin edərkən şikayətin təmin olunmasına əsas verən inzibati xətalar məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsinə istinad etməmiş, bu da onu göstərir ki, şikayətin predmeti ümumiyyətlə Inzibati Xətalar Məcəlləsinə aid deyildir. Belə olan halda Bərdə Rayon Məhkəməsi bu işə baxmaq səlahiyyətlərinə malik deyildir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## ### 2026-cı il tarixli, ************** saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan" verdiyi şikayət üzrə mübahisənin rayon (şəhər) məhkəməsinin səlahiyyət dairəsinə aid olub-olmaması məsələsini araşdırmadan Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi də öz növbəsində həmin şikayətin predmetinin öz səlahiyyət dairəsinə aid olub-olmamasını müzakirə etmədən iş üzrə qanunsuz olan həm məhkəmənin hazırlıq iclasının qərardadını, həm də yekun qərar qəbul etmişdir. Halbuki, vergi orqanının tərtib etdiyi protokolla IXM-nin müdəaları ilə hər hansı bir səbəbli əlaqəsi yoxdur. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, məhkəmənin hazırlıq iclası qərardadı, yekun qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin ərazi inzibati məhkəmələrin səlahiyyət dairəsinə aid olubolmaması məsələsinə baxılması üçün həmin məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134, 136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı hazırlıq iclasının qərardadı və ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## ### 2026-cı il tarixli, ************** saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan" verdiyi şikayətin rayon (şəhər) məhkəməsinin səlahiyyət dairəsinə aid olub-olmaması məsələsinə baxılması üçün material Bərdə Rayon Məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-626/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-626/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver