Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-628/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi (vəkil) Vəkil, X3 Xidmətinin Hüquq Idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXMnin 192.4-cü maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Babazadə Ülkər) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI: Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2026-cı il tarixli əmrin surətindən görünür ki, ”xxxx” MMC-də anbardar köməkçisi vəzifəsində işləyən X2 ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-in 68.2-ci maddəsinin a bəndinə əsasən ##.##.2026-cı il tarixdə xitam verilmiş və işçinin ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək olan müddət ərizdə istifadə edilməmiş 43 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun olaraq hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. X2 DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinə ünvanladığı ərizənin surətindən görünür ki, ona 2026-cı il tarixdə ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. “xxxx” MMC-nin DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinə ünvanladığı ##.##.2026-cı il tarixli məktubdan görünür ki, əmək haqqı ödənişlərinin gecikdirilməsi müəsissənin normal təsərrüfat fəliyyətini davam edə bilməməsi, iş həcminin kəksin azalmasının olması, ##.##.2026cı il tarixinə qalıq borc X2 fevral 600 manat, mart 600 manat, apreldə istifadə edilməmiş 43 gün məzuniyyət günləri ilə birlikdə son haqq-hesab 1043.48 cəmi 2243.48 manat təşkil etməsi, borcun yaxın zamanlarda ödənilməsi qeyd edilmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarı ilə razılaşmayan DƏMX-nin Hüquq Idarəsinin nümayəndəsi şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, hüquq pozuntusunun aradan qaldırılması inzibati məsuliyyətdən azad olunmur. Göründüyü kimi “xxxx” MMC-yə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, müəssisənin normal fəaliyyət göstərə bilməməsi və iş həcminin kəskin azalması səbəbindən ödəniş gecikdirilmişdir. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) oğlunun əməlində IXM-nin 192.4-cü maddəsinin tərkib əlaməti vardır. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi (vəkil) Vəkil şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, “xxxx” MMC müəsissənin normal fəliyyət göstərə bilməmiş və iş həcminin kəskin azalması səbəbindən ödəniş gecikdirilmişdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən səlahiyyətli inzibati orqanın etibarnamə üzrə nümayəndəsi Elçin Əliyev şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, iş materialına əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iş materialında olan sənədləri təkrar etməyə heç bir zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iclasında iştirak edən protokolu tərtib edən orqanın nümayəndəsinin izahatından göründüyü kimi ödəniş edilməsi barədə “xxxx” MMC tərəfindən məlumat ##.##.2026-cı il, saat 18:00-dan sonra şifahi qaydada inzibati orqana bildirilmişdir, lakin təsdiqedici sənədlər təqdim olunmadığından artıq protokol tərtib olunmuşdur. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) əməlində hər hansı pozuntu olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, inzibati xəta yalnız qəsdlə törədilir, lakin tərəflərin izahatından aydın oldur ki, Qərardan şikayət verən orqan (şəxs) niyyəti ödənişləri etməmək olmamışdır. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən müəssisəsində işlətdiyi işçilərin əmək müqavilələrinə xitam verdiyi zaman onlara son-haqq hesabın vaxtında ödənilməməsi istisna olunmasa da belə, lakin onun barəsində ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunandək qeyd edilən inzibati xəta hadisəsinin ictimai təhlükəliliyi aradan qaldırılmışdır. Yəni, Xaliq Zamanova ##.##.2026-cı ildə bütün ödənişlər edildikdən sonra DƏMX-i tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, IXM-nin 8-ci maddəsinə görə şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda DƏMX-nin üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, vuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-628/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-628/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver