Məhkəmə qərarları › İş №3(3-7)-629/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-629/2026

02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-629/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Gəncə şəhəri 1-ci Polis Şöbəsinin ITB-nin sahə rəisi, R X5 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli və MN ******* nömrəli protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş (ümumilikdə 6 epizod üzrə) inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının qanunsuz əsassız və ədalətsiz olduğundan ləğv edilməsini, onun barəsində Azərbaycan Respublikası IXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından narazıdır. O, ailəlidir, himayəsində 3 övladı var, ailəyə yeganə qazanc gətirən şəxsdir. Odur ki, qeyd olunanlara əsasən, onun işinə yenidən baxılmasını və cəzasının çəkilməmiş hissəsindən azad edilməsini, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-3587/2026 qərarının ləğv edilməsini, onun barəsində Azərbaycan Respublikası IXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəflərə məlumat verilsə də, tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Repubilkası IXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeydinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixdə saat 21:00 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti, ev 58, mənzil ** saylı ünvanda yaşayan X6 məxsus dəyəri 70 manat su mühərriki gidrofonu ilə birlikdə oğurlanmışdır. Iş materiallarında olan, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixdə saat 15:00 radələrində X3 işlədiyi Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 2 Oba marketdən 30 manat dəyərində şirniyyat məhsulları oğurlanmışdır. Iş materiallarında olan, “MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, ##.##.2026-cı ildən ##.##.2026-cı ilə keçən gecə Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, ev 12A, mənzil ** saylı ünvanda yaşayan X2 məxsus 50 manat dəyərində olan su mühərriki binanın ümumi istifadəli giriş hissəsindən oğurlanmışdır. Iş materiallarında olan MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixdə X9 işlədiyi Gəncə şəhəri, H.Əliyev prospekti *** saylı ünvanda yerləşən paltar mağazasından ümumi dəyəri 50 manat olan 2 ədəd şalvar oğurlanmışdır. Iş materiallarında olan MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixdə X8 məxsus Gülüstan qəsəbəsi ADAU-6 ətrafında fərdi yaşayış evindən 90 manat dəyərində su mühərriki oğurlanmışdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X1 müraciətində göstərilənlərə əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikası IXM-in 227-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci PŞ-nin ITB-nə göndərilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X3 müraciətində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, naməlum şəxs Azərbaycan Respublikası IXMin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxsin müəyyən edilərək tapıldıqdan sonra barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci PŞ-nin ITB-nə göndərilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X7 müraciətində göstərilənlərə əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və naməlum şəxsin əməlində Azərbaycan Respublikası IXM-in 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1ci PŞ-nin ITB-nə göndərilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X4 müraciətində göstərilənlərə əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və naməlum şəxsin əməlində Azərbaycan Respublikası IXM-in 227-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci PŞ-nin ITB-nə göndərilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X9 müraciətində göstərilənlərə əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və naməlum şəxsin əməlində Azərbaycan Respublikası IXM-in 227-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci PŞ-nin ITB-nə göndərilmişdir Iş materiallarında olan ##.##.2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X10 müraciətinə əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və naməlum şəxsin əməlində Azərbaycan Respublikası IXM-in 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci PŞ-nin ITB-nə göndərilmişdir Iş materiallarında olan ##.##.2026-cı il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 227-ci maddəsində nəzərdə tutulan (ümumilikdə 6 epizod üzrə) inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli inzibati qaydada tutulduğu tarixdən ## ###### 2026-ci il tarixdən saat 18:30-dan hesablanmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində göstərdiyi, yəni iş üzrə icraata xitam verilməsi üçün heç bir hüquqi əsas müəyyən olunmur. Birinci instansiya məhkəməsi inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunu törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh etməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar