Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-631/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərar dəyişdirilmədən saxlanılmasına dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək ona qarşı tətbiq olunan inzibati xərimənin qanunsuz olduğunu sübuta yetirmək üçün onun məhkəmə iclasında dindirilməsi və DYP-in qərarına xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) ərizəsində göstərmişdir ki, ##.##.2026-cı il tarixdə DYP əməkdaşı tərəfindən idarə etdiyi “Hyundai Sonata” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə protokol (EQ 38079606, 200 AZN, 3 bal) tərtib edilmişdir. Lakin protokolun qeyri-qanuni olduğunu sübut edərək video qeydiyyat aparmışdır. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət təmin edilməmiş, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Məhkəmə, işdə olan faktiki hallara və təqdim etdiyim sübutlara (video/foto görüntülər, yol nişanlarının yerləşmə qaydası və s.) obyektiv və hərtərəfli qiymət verməmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun və Inzibati Xətalar Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Belə ki, sözügedən yol sahəsində icazə verilən maksimal hərəkət sürəti 80 km/saat müəyyən edildiyi halda xüsusi texniki vasitə 60 km/saat sürət həddinə uyğun proqramlaşdırılmışdır, xüsusən 2.3.3 nişanının olması və 5.48 yol nişanının xəbərdarlığın olmaması və ya normativ tələblərin pozulması nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi qarşı tərəfin (dövlət orqanının) əsassız iddialarını əsas götürərək, onun hüquqi dəlillərini nəzərə almadan qərar qəbul etmişdir. Əlavə olaraq, birinci instansiya məhkəməsi tərəfindən onun Inzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş müdafiə və prosesual hüquqları məhdudlaşdırılmışdır. Belə ki, işdə olan video görüntü ilə tam tanış olmaq, onlardan kopyalar almaq barədə müraciət etməsinə baxmayaraq, məhkəmə tərəfindən bu materialların kopyası ona təqdim edilməmişdir. Bu hal işin obyektiv araşdırılmasına mane olmuş və onun müdafiə olunmaq hüququnu pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə etdi və şikayətin təmin olunmasını iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə, saat 20:51:14-də “Hyundai Sonata minik” markalı, **-KA-*** dövlət qeydiyyta nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yolda müəyyən edilmiş hərəkət surəti 51 km/saat həddində aşılmışdır. Nəticədə AR IXM-in 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Xətanın törədilməsinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Iş materiallarında olan Radar kamera ilə qeydə alınmış foto materialdan isə görünür ki, Baş Dövlət Yol Polisi tərəfindən P********* nömrəli kamera ilə “Hyundai Sonata minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki surəti 111 km/saat olması müəyyən edilmişdir. Xətanın növü: 328.3, xətanın yeri: GPS:40.6928,47.0143, tarix: ##.##.2026, saat 20:51:14. Iş materiallarında olan inzibati xəta törətmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, həmin görüntüdən videonun çəkildiyi yerin konkret olaraq harada yerləşdiyini müəyyən etmək mümkün deyil. Eyni zamanda, videogörüntüdə əks olunan qurğunun radar qurğusu olması, habelə onun konkret olaraq hansı əraziyə və ya yol sahəsinə aid olması da aydın şəkildə müəyyən edilmir. Bu səbəbdən təqdim edilmiş videogörüntü inzibati xətanın törədildiyi yerin və hadisənin hallarının obyektiv şəkildə müəyyən edilməsinə imkan verən mötəbər sübut kimi qiymətləndirilə bilməz Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şikayətçinin müəyyən edilmiş surət həddini aşması, xüsusi texniki vasitə ilə qeydə alınmış, habelə sürücünün özü tərəfindən etiraf edilmişdir. Onun şikayətinin dəlili sözügedən xəbərdarlıq nişanın olmaması və belə olan halda sübutun qanunsuz olmasıdır. Lakin məhkəmə həmin dəlillə razılaşmayaraq qeyd edir ki, xəbərdarlıq nişanının olmaması, surət həddinin aşılması faktının baş verməsini və şəxsin həmin inzibati xətaya görə məsuliyyətini istisna edən hal kimi qəbul edilə bilməz. Qərar qanuni olduğundan və şikayət ərizəsində qeyd olunan xüsusatlar qərarın ləğvi üçün əsas olmadığından şikayət ərizəsi təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında elektron qərarla tam təsdiq olunur. Həmçinin məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar IXM-nin müddəalarına uyğun tərtib edilmişdir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-631/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-631/2026
09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver