Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-633/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidmətinin ** saylı X6 baş məsləhətçi müfəttişi X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Bayramova Kəmalə) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilmişdir. IŞIN HALLARI: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışla müəyyən edilir ki, Gəncə şəhəri, Müseyib Bağırov küçəsi, yeni qaydalarla AZ 2011, ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüquqi əsasında tam olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusdur. ##.##.2026-cı il tarixli, ****** nömrəli aktda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində (ət kəsim sexi) obyekt sahibi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Gəncə şəhər Su kanal Idarəsinin balansında və istismarında olan su təchizatı şəbəkəsinə müqaviləsiz olaraq d=20 mm-lik plastik boru vasitəsi ilə qanunsuz qoşulma faktının aşkar edilməsi ilə bağlı ** saylı Gəncə-Daşkəsən regional bölməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktuba əsasən bölmənin ##.##.2026-cı il tarixli sərəncamına əsasən araşdırma aparılmışdır. Gəncə şəhər Sukanal Idarəsindən daxil olmuş məktuba əsasən aparılan araşdırma zamanı Gəncə şəhər Sukanal Idarəsinin əməkdaşlarından alınmış əlavə məlumatları vasitəsi ilə obyektin sahibi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlanılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə şəhərində olmadığından hal-hazırda yazılı izahat verə bilməyəcəyini və yaxınlıqdan keçən su təchizatı şəbəkəsinə təxminən 1 ay əvvəl icazə sənədi olmadan birləşmə edərək sudan istifadə etdiyini bildirmişdir. Gəncə şəhər Sukanal idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubunda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 4104 manat məbləğində ziyan dəydiyi bildirilmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Qanunun 67-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinin tələblərinə riayət edilməmişdir. ##.##.2026-cı il tarixli ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) vergi orqanında vergi uçotunda olan 1 sayda təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. Həmin təsərrüfat subyekti (obyekti) AZ2001, ünvan 2 ATS-in yanı ünvanı üzrə ##.##.2007-ci il tarixdə vergi uçotuna alınmış və həmin təsərrüfat subyektinin (obyektinin) hər hansı vergi ödəyicisi tərəfindən icarə müqaviləsi əsasında vergi uçotuna alınması müəyyən edilməmişdir. ##.##.2026-cı il tarixli Dövlət Notariat Arxivi tərəfindən verilmiş məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində notariat qaydasında rəsmiləşdirilmiş icarə və ya kirayə müqaviləsi aşkar edilməmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokolun əsasını təşkil edən ilkin materialların əldə edilməsində qanun pozuntularına yol verilmişdir. Həmin protokolun əsasını təşkil edən ilkin materialların formalaşdırılması isə daha əvvəl başlamışdır. Belə ki, “xxxx” X1 əməkdaşları ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində ət kəsim sexinə daxil olaraq yoxlama və baxış hərəkətləri keçirmiş, foto və video çəkilişləri aparmışlar. Lakin həmin tarixlərdə yoxlamanın Reyestrdə qeydiyyata alınmasını təsdiq edən çıxarış mövcud olmamışdır. Reyestr çıxarışı yalnız ##.##.2026-cı il tarixində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1.4-cü bəndinə əsasən sahibkarlıq obyektinə gəlməklə aparılan bütün növ yoxlamalar, o cümlədən baxış Reyestrdə qeydiyyata alınmalıdır. Əsasnamənin 1.5-ci bəndinə görə isə belə yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər və qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Eyni qayda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində də təsbit edilmişdir. Həmin normaya görə Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və belə yoxlamalar zamanı aşkar edilmiş qanun pozuntuları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bu baxımdan ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində aparılmış hərəkətlərin qanuniliyi və həmin hərəkətlər nəticəsində əldə edilmiş materialların sonrakı inzibati icraatda istifadə edilməsinin mümkünlüyü xüsusi hüquqi qiymətləndirmə tələb edir Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati orqanın etibarnamə üzrə nümayəndəsi Coşqun Məmmədov şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və məhkəmə qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını və işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini və nümayəndənin izahatını, iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli ** saylı Gəncə-Daşkəsən Regional bölməsində verdiyi izahatında göstərmişdir ki, ət kəsim sexinin sayğacında problem olduğuna görə ##.##.2026-cı il tarixindən etibarən icazəsiz, yəni heç bir müqavilə olmadan su çəkmişdir. Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmanı 20 mm-lik boru vasitəsi ilə həyata keçirilib. Bu əməl məcburiyyətdən həyata keçirilib və bu halın inzibati xəta olduğundan xəbərsiz olmuşdur. Inzibati xəta halı Gəncə Sukanal Idarəsinin işçiləri Bəxtiyar Həsənov və Eltac adlı şəxs tərəfindən aşkarlanıb və ##.##.2026cı il tarixindən Ədliyyədən icazə almamış onun sahibkarlıq obyektində qeyri-qanuni yoxlama aparılaraq ##.##.2026-cı il tarixində ikinci dəfə Ədliyyə Nazirliyindən icazə almamış gəliblər və qoşulan suyu kəsiblər. Videoda ayın tarixinin 10 iyun olduğu aydın görünür. Iş materialına əlavə edilmiş sənədlər və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatlardan görünür ki, ünvan 4 ünvanında yerləşən “Ət kəsim” sexi kimi fəaliyyət göstərən obyektə diametri 20 mm olan plastik boru vasitəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qanunsuz olaraq ##.##.2026-cı il tarixədək su təchizatı şəbəkəsindən su xətti çəkilərək suyun talanması inzibati xəta hadisəsi mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərdiyi xüsusatlara birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmiş, məhkəmə həmin xüsusatları yenidən təkrar etməyə zərurət görmür. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən həmin xüsusatların əksini təkzib edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda apellyasiya şikayətində göstərilən dəlilləri sübut edən mötəbər sübutlar təqdim olunmadığına görə protokolun ləğv olunması və iş üzrə icraata xitam verilməsi əsasları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törətmiş olduğu əməli düzgün tövsif etmişdir. Qeyd olunan inzibati xəta hadisəsini hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün hər hansı əsas yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz
Məhkəmə qərarları › İş №3(3-7)-633/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-633/2026
14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver