Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-635/2026 10.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin olunmaması barədə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta hqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Kəmalə Bayramova) ilə şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi il təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI İş materialında olan Qərardan şikayət verən orqan (şəxs) barəsində “İnzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli Qərarı ona görə qəbul edilmişdir ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156.1-ci maddəsinin tələblərini pozaraq X3 2026-cı ilin yanvar ayından ##.##.2026-cı il tarixədək əmək haqqını tam ödəməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərini pozaraq işçi işdən çıxarkən son haqq hesab məbləği ödənilməmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün barəsində 800 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında iş materialına baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair “İnzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelllyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsinə xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” ##.##.2025-ci il tarixli, *** nömrəli qərarına əsasən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində təkmilləşdirmə prosesində müvafiq olaraq əmək qanunvericiliyinin tələbləri gözlənilərək əməkdaşlar ixtisar edilib. Bu zaman əmək qanunvericiliyində göstərilən bütün ödənilməli olan ödənişlər ixtisara düşən əməkdaşlara tam həcmdə ödənilib. X3 ona işdən azad edilən zaman ödənilən məbləğin tam həcmdə olmadığı barədə iddiası əsassızdır. Çünki Birliyin rəisinin işçilərə aylıq vəzifə maaşları miqdarında əlavə ödənc ödənilməsi ilə bağlı ##.##.2024-cü il tarixli ** nömrəli əmrinə istinadən verilən ##.##.2024-cü il tarixli *** nömrəli əmrlə bu vəzifə maaşına əlavənin daimi əmək haqqının tərkib hissəsinə daxil edilmədiyi və işçinin son haqq-hesabının hesablanması zamanı nəzərə alınmadığı müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsinə xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” ##.##.2025-ci il tarixli, *** nömrəli qərarından irəli gələn məsələlərin həlli üçün Birlikdə aparılan struktur dəyişikliyi və digər inzibati idarəçilik proseslərinin təkmilləşdirilməsi tədbirlərinin tərkib hissəsi olaraq işçilərin aylıq vəzifə maaşlarına tətbiq edilən bütün növ stimullaşdırıcı əlavələr, mükafatlar və digər həvəsləndirici ödənişlərin müvəqqəti dayandırılması barədə Birliyin rəisinin ##.##.2026-cı il tarixli, ** nömrəli əmri verildikdən sonra şikayətçi X3 tərəfindən həmin əmrlə bağlı heç bir şikayət və irad bildirilməyib. Məhkəmə qərarı qəbul edərkən işin faktiki hallarını tədqiq etməyib. İş üzrə bütün faktiki halların tədqiq edilməməsi qərəzsizlik və obyektivlik prinsiplərini pozaraq şikayətçinin dəlillərinin mötəbər sübut kimi qəbul edilməsini istisna edib. Məhkəmə qərarında yazılan şikayətçinin “Verilmiş şikayətin dəlillərində, eləcə də şəxsin məhkəmə iclasında verilmiş izahatlarda qeyd edilmiş əsas xüsusat ondan ibarətdir ki, əmək haqqı məbləğində dəyişikliklərlə bağlı bütün işçilər əvvəlcədən məlumatlandırılmış, bu barədə əmrin surəti tanışlıq üçün onlara təqdim edilmişdir. Lakin buna baxmayaraq əsassız olaraq onun barəsində “İnzibati tənbehvermə haqqında” Qərar qəbul edilmişdir.” izahatına baxmayaraq məhkəmə “Məhkəmə bildirir ki, hazırkı iş əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlıdır və kökündə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı müddəaların düzgün tətbiq edilməməsi dayanır.” fikri ilə “İnzibati tənbehvermə haqqında” Qərarın qüvvədə saxlanılmasını əsaslandırıb. Həmin əsaslandırma işin faktiki hallarına uyğun gəlməməklə yanaşı qanunun bərabərliyi və aliliyinin qorunması baxımından da yanlış hüquqi presendent yaradır. Çünki ona əmək haqqının düzgün hesablanmaması barədə inzibati orqana şikayət edən X3 barəsində inzibati xəta üzrə icraat aparılan vəzifəli şəxsin ona təyin etdiyi əmək haqqından faydalanan zaman və həmin əmək haqqı qanunvericiliyə uyğun olaraq əlavə artımlar azaldıldıqdan sonra veriləndə də inzibati orqana heç bir şikayət verməyib. Məhkəmə iş üzrə qərar qəbul edərkən işin bu kimi əhəmiyyətli faktiki hallarını araşdırmayıb. PROSSESUAL MƏSƏLƏLƏR Apellyasiya məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətin dəlillərini müdafiə edərək, şikayətin dəlillərinə uyğun çıxış etdi. Əlavə olaraq bildirdi ki, o, heç bir inzibati xəta pozuntusu törətməmişdir. Belə ki, işdən çıxarılan şəxslərlə son haqq hesab dəqiqliklə hesablanaraq verilmişdir. Hətta işdən çıxarılmamışdan qabaq onlara xəbərdarlıq müddətləri müəyyən edilmiş, əlavə olaraq stajlarına görə möhlətlər verilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 3(5-121)-****/**** №-li ##.##.2026-cı il tarixi qərarının ləğv edilməsini, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair “İnzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlu şikayətə etiraz edərək, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 60-cı maddəsinin ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmalı, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı və inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, səlahiyyətli şəxs Qərardan şikayət verən orqan (şəxs) işçilərin əmək haqqı məbləğinin dəyişdirilməsi ilə bağlı əmr versə də, bu əmrdən irəli gələn öhdəliklər, yəni müqavilə dəyişikliyi həyata keçirilməmiş, müqavilədə əmək haqqı ilə bağlı dəyişiklik öz əksini tapmamışdır. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) əməlində həm Əmək Məcəlləsinin, həm də İnzibati Xətalar Məcələsinin tələblərinə münasibətdə uyğunsuzluq olmuşdur. İş materiallarında olan sənədlərdən göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) ilə X3 arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində əmək şəraitinin şərtlərinə aid bütün müddəalar əks edilmişdir. Sonradan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, * nömrəli “Vəzifə maaşlarına əlavə ödənc verilməsi haqqında” əmrlə Birliyin aparatında və ayrı-ayrı sahələrdə, şöbələrdə işləyən işçilərin (o cümlədən X3) aylıq vəzifə maaşlarına hər ay olmaqla ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək vəzifə maaşları miqdarında əlavə ödənc ödənilməsi təmin edilməsini müəyyən etmişdir. Müəyyən müddətdən sonra Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə ** nömrəli ##.##.2026cı il tarixli əmrlə işçilərin aylıq vəzifə maaşlarına tətbiq edilən bütün növ stimullaşdırıcı əlavələr, mükafatlar və digər həvəsləndirici ödənişlər müvəqqəti olaraq dayandırılmış, həmçinin qeyd edilmişdir ki, əmək şəraitinin şərtlərindəki dəyişikliklələ bağlı qanunvericiliyin tələblərinə riayət olunması təmin edilməlidir. Apellyasiya məhkəməsi birinci instasiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinə münasibətdə ilk növbədə onu qeyd edir ki, iş materialında ilə müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) ilə X3 arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində əmək şəraitinin şərtlərinə aid bütün müddəalar əks edilmişdir. Sonradan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, * nömrəli “Vəzifə maaşlarına əlavə ödənc verilməsi haqqında” əmrlə Birliyin aparatında və ayrı-ayrı sahələrdə, şöbələrdə işləyən işçilərin (o cümlədən X3) aylıq vəzifə maaşlarına hər ay olmaqla ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək vəzifə maaşları miqdarında əlavə ödənc ödənilməsi təmin edilməsini müəyyən etmişdir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, müəyyən müddətdən sonra Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin ** nömrəli ##.##.2026-cı il tarixli əmrlə işçilərin aylıq vəzifə maaşlarına tətbiq edilən bütün növ stimullaşdırıcı əlavələr, mükafatlar və digər həvəsləndirici ödənişlər müvəqqəti olaraq dayandırılmış, həmçinin qeyd edilmişdir ki, əmək şəraitinin şərtlərindəki dəyişikliklələ bağlı qanunvericiliyin tələblərinə riayət olunması təmin edilməsi əmr edilmişdir. Həmin əmrdən sonra X3 işinə davam etmiş, yəni əmək haqqı alan zaman bundan məlumatlı olmuş və işdən çıxarılanadək bu hala etiraz olaraq hər hansı bir müraciət etməmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin müddəalarına istinad edərək, əmək haqqı əmək şəraitini şərtlərinə daxil olan ünsürdür. Əmək haqqı ilə bağlı hallarda dəyişiklik edildikdə qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinə də dəyişiklik edilməli, yeni şərtləri özündə əks etdirən əmək müqaviləsi tərtib edilməlidir. Lakin Qərardan şikayət verən orqan (şəxs) işçilərin əmək haqqı məbləğinin dəyişdirilməsi ilə bağlı əmr versə də, bu əmrdən irəli gələn öhdəliklər, yəni müqavilə dəyişikliyi həyata keçirilməmiş, müqavilədə əmək haqqı ilə bağlı dəyişiklik öz əksini tapmamışdır.” fikirləri yanlış və əsassızdır. Çünki inzibati tənbehvermə haqqında qərardan şikayətə əlavə edilən əmrlərin surətində əmək şəraitinin dəyişdirilməsi barədə müddəalar tam əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunvericilyin yuxarıda qeyd edilən normalarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması müəyyən edilməli, onun təqsiri sübuta yetirilməlidir. Həmçinin inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələblərini hazırki işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmir. Qərardan şikayət verən orqan (şəxs) baş vermiş inzibati xəta hadisəsi üzrə subyekt hesab oluna bilməz, inzibati xətanın ona aidiyyəti müəyyən olunmur, beləliklə, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.2-ci maddəsi ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cı maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Bütün qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticədə qanunvericiliyin tələblərinin gözləməməsi inzibati xəta haqqında materialın hərtərəfli, tam və obyektiv araşdırılmamasına səbəb olmuş və yekunda qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini nəticə hissəsində ifadə edərək göstərilir ki, “Apellyasiya məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin qərarda daha sonra qeyd edilir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır“. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı və inzibati orqanın qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135, 136, 138-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə-Daşkəsən regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-635/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-635/2026
10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver